İçki içdi, dəhşət yaşadı Metal çubuq beyninə qədər irəlilədi
Dünya 20 Apr 2025 18:14:00 352 0
Çinin cənubunda sərxoş vəziyyətdə olan bir kişi nahar zamanı bədbəxt hadisə nəticəsində başını metal çubuğa sancdı. Hadisə nəticəsində onun həyatı təhlükə altına düşsə də, həkimlər 10 saat davam edən əməliyyatla onun həyatını xilas etdilər.
Bu xəbəri də oxu: “Şahid”lər ballistik raketlərdən daha təhlükəlidir"
Son.az xəbər verir ki, bu barədə Çinin "South China Morning Post" nəşri məlumat yayıb.
Hadisə Guangdong əyalətində yerləşən Şenzhen Universiteti Ümumi Xəstəxanasında qeydə alınıb. "Aqiang" təxəllüsü ilə tanıdılan kişi həmkarları ilə birlikdə yemək yeyərkən sərxoş olub, ayağa qalxarkən tarazlığını itirərək masanın üzərində dik vəziyyətdə olan 40 sm uzunluğundakı metal çubuğun üzərinə yıxılıb. Çubuq onun ağzından daxil olaraq beyninə qədər irəliləyib.
Gözləri önündə baş verən hadisə həmkarlarını dəhşətə gətirib. Qan içində qalan "Aqiang" dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Mürəkkəb və həyati riskli əməliyyat
Travma Mərkəzinin həkimləri hadisəni nadir və son dərəcə təhlükəli adlandırıblar. Onların sözlərinə görə, çubuq ağız, göz və beyin nahiyəsindən keçib və uc hissəsi beynin əsas qan damarlarına cəmi 2 mm məsafədə dayanıb.
Əməliyyata başlamazdan əvvəl həkimlər çubuğun xaricdə qalan hissəsini diqqətlə kəsiblər. Əməliyyatın ən çətin hissəsi çubuğun ucundakı metal klipi zədələmədən çıxarmaq olub. Həkimlər hər hansı bir yanlış hərəkətin ölümə səbəb ola biləcəyini bildiriblər.
Möcüzəvi sağalma
Çinin Hebey əyalətinin Tanşan şəhərində inanılmaz bir hadisə yaşanıb
Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 20-də ümumi (9 illik) orta təhsil
Təxminən 2 milyon insanın heç bir qida mənbəyi olmadan yaşadığı Qəzza
Ağdamda traktor sürücüsü ilanın hücumuna məruz qalıb.
"Çoxları sənətə sənət eşqi ilə gəlmir. Başqa şey üçün gəlir
Roma Papası Fransisk Pasxa bayramı münasibətilə ünvanladığı müraciəti
Kərə yağı qidalanmada əvəzolunmaz məhsullardan biridir. Lakin bəzi məhs
Dünyada son zamanlar sürətlə yayılan Dubay şokoladı dəbi, püstə ləpə
Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən obyek
Ölkə ərazisində bir necə gün davam edən qeyri-sabit hava şəraiti mülay
Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində baş verən yanğın səb
Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 20-də ümumi (9 illik) orta təhsil
Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb.
Suriyada ötən il 50 illik Bəəs rejimi devrilib. Bundan sonra Azərbaycanla S
Bu gün Bakı şəhərinin Sabunçu (I hissə), Xəzər (I hissə), Yasamal və
