Bütün dünya aktrisanın bu görüntülərindən danışır
Şou-biznes 24 Apr 2025 09:11:00 444 0
"Amazon"un qurucusu Ceff Bezosun sahibi olduğu "Blue Origin" şirkəti tərəfindən həyata keçirilən və yalnız qadınlardan ibarət heyətlə reallaşan kosmik uçuşla bağlı saxtakarlıq iddiaları gündəmə gəlib.
Bu xəbəri də oxu: Telefon nömrəsinin 30 min qiyməti var
Son.az xəbər verir ki, "Blue Origin"in "New Shepard" adlı kapsulu Texasdan qalxdıqdan sonra yerə enərkən çəkilmiş görüntülər, sosial şəbəkələrdə konspirasiya nəzəriyyələrinin yayılmasına səbəb olub.
Xüsusilə kapsulun yerə endikdən sonrakı görüntülərində şübhəli məqamlar izləyicilərin diqqətindən yayınmayıb.
Katy Perry qapını içəridən açır
İddialara görə, enişdən yalnız bir neçə dəqiqə sonra müğənni Katy Perry kapsulun qapısını içəridən açır və az sonra yenidən qapını bağlayır. Lakin bundan bir neçə dəqiqə sonra Ceff Bezos kapsulu xüsusi alətlə "rəsmi" olaraq açır. Bu ziddiyyətli anlar, missiyanın əvvəlcədən qurulmuş və qeyri-real olduğu barədə şayiələri gücləndirib.
Kapsul necə bu qədər təmiz qaldı?
Sosial media istifadəçiləri kapsulun yerə endikdən sonra gözlənildiyinin əksinə olaraq olduqca təmiz və ləkəsiz görünməsinə də diqqət çəkiblər. Bu məqam da saxtakarlıq iddialarını daha da alovlandırıb.
Texniki ziddiyyətlər nəyi göstərir?
Mütəxəssislər bildirirlər ki, təzyiqli kosmik kapsulların sərnişinlər tərəfindən içəridən açıla bilən bir qapısı olmamalıdır. Adətən bu tip kapsulların qapıları bayıra doğru açılır və onları yalnız xaricdəki texniki heyət tərəfindən açmaq mümkündür. Məsələn, NASA-nın astronavtları Butç Vilmor və Suni Villiamsın Yerə dönüşündə "SpaceX Crew Dragon" kapsulunun qapısının açılması üçün mühəndis qrupu uzun müddət çalışmışdı.
Hazırda "Blue Origin" şirkətindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib. Sosial mediada isə mübahisələr davam edir.
Kənan Son.az
"Rusiya tərəfi ilə keçmiş prezident Bəşər Əsədin Suriyaya təhvil
"Biz hər məclisimizi, səfərimizi sosial şəbəkədə paylaşmırıq. B
ABŞ administrasiyası hesab edir ki, Volodimir Zelenski Ukraynada sülhə doğr
Amerikanın texnologiya nəhəngi "Intel" bu həftə əməkdaşların
Son vaxtlar vətəndaşların adlarına onların xəbəri olmadan onlayn kredit
Türkiyənin Batman vilayətinin Sason rayonunda dağlardan toplanan təbii &quo
İsti havalarda bir çox valideynlər körpələrini günəşdən qorumaq məqs
Son illərdə fitnes dünyasında ayaqqabısız məşqlər - istər yoqa, istər
Astrologiyada hər bürcün özünəməxsus xüsusiyyətləri var, amma bəzi b
Market rəflərində asanlıqla tapılan kanola yağı haqqında fikir ayrılıq
"Instagram" video yaradıcıları üçün nəzərdə tutulan yeni mont
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul AFAD böhran mərkəzin
"Volodimir Zelenskinin istefası Rusiyanın Ukraynadakı münaqişənin hə
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
