63 min manat mənimsəyən direktor: "Pulu müalicəmə xərclədim"


Kriminal 24 Apr 2025 18:39:00 99 0

63 min manat mənimsəyən direktor: "Pulu müalicəmə xərclədim"

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2 saylı xüsusi əyani-qiyabi tam orta məktəbinin sabiq direktoru Əmrah Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az "Teleqraf"a istinadən xəbər verir ki, Əmrah Səfərov 63 min 636 manat məbləğində mənimsəmədə ittiham olunub.

İş üzrə zərərçəkmiş qismində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tanınıb.

Qeyd edək ki, xüsusi məktəbdə yetkinlik yaşına çatmayan məhkumlar təhsil alırlar.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə ifadə verən Əmrah Səfərov ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O, ifadəsində göstərib ki, müəllimlik fəaliyyəti ilə məşğul olub məktəb direktoru vəzifəsində çalışıb:

"Cəzaçəkmə müəssisəsində məhbus şagirdlərə dərs vermişəm. Həmin şagirdlərin yaşı 25-dən çox olub. Ailəliyəm, 3 qız övladım var. Cəzaçəkmə müəssisəsində 20 faiz əlavə maaş verildiyinə görə müəllimlik fəaliyyətinı həmin müəssisədə davam etdirmişəm".

Təqsirləndirilən şəxsin sözlərinə görə, 1996-cı ildən ona onkoloji xəstəlik diaqnozu qoyulub və həmin il əməliyyat olunub:

"Müalicəmi davam etdirə bilmədiyim üçün bu cinayət hadisəsini törətdim. Müəllimlərin bəziləri maaşlarının az olduğu üçün dərsə gəlmək istəmirdilər. Lakin dərslərə görə əməkhaqqı almaq istədiklərini bildirirdilər. Bəzi müəllimlər arabir dərsə gəlirdilər. Onların işə gəlmə-getmə cədvəlini mən doldururdum, maaşı isə özləri alırdılar. Aldıqları maaşın bir qismini də mənə verirdilər. Törətdiyim cinayət əməlindən peşmanam. 2019-cu ildə böyrəyimdən əməliyyat olunmuşam. Lakin müalicələr effekt vermədi. Cinayət yolu ilə əldə etdiyim pulları müalicəm üçün xərcləmişəm".

Məhkəmənin hökmü ilə Əmrah Səfərovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 5 il 6 ay müddətinə şərti cəza verilib. O, 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilib.

Turisti quru sərhədlə Gürcüstana aparacağını deyib, 200 dollarını aldı like
  • 24 Apr 18:28  
Digərləri Turisti quru sərhədlə Gürcüstana aparacağını deyib, 200 dollarını aldı

Bakıda əcnəbi vətəndaşa qarşı xuliqanlıq hərəkəti etmiş taksi sür

arrow Ətraflı
Toy karvanında xuliqanlıq edən sürücü saxlanıldı like
  • 24 Apr 18:19  
Kriminal Toy karvanında xuliqanlıq edən sürücü saxlanıldı

Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları

arrow Ətraflı
Azərbaycan hərbçiləri “KURTARAN2025” təlimlərində iştirak edəcək like
  • 24 Apr 18:16  
Digərləri Azərbaycan hərbçiləri “KURTARAN2025” təlimlərində iştirak edəcək

Türkiyənin Marmaris şəhərində aprelin 30-dək keçiriləcək "KURTARA

arrow Ətraflı
Zelenski Afrika səfərindən təcili qayıtdı like
  • 24 Apr 17:55  
Dünya Zelenski Afrika səfərindən təcili qayıtdı

Ukrayna Prezidenti Volodimir Zelenski CAR-a səfərini yarıda qoyaraq ölkəsin

arrow Ətraflı
İlham Əliyevin sosial şəbəkə hesablarında Çinə dövlət səfərindən görüntülər paylaşılıb like
  • 24 Apr 17:53  
Siyasət İlham Əliyevin sosial şəbəkə hesablarında Çinə dövlət səfərindən görüntülər paylaşılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesa

arrow Ətraflı
Zaur efirdə müğənnidən ÜZR İSTƏDİ like
  • 24 Apr 17:50  
Şou-biznes Zaur efirdə müğənnidən ÜZR İSTƏDİ

Bir müddət əvvəl müğənni Kəmalə Qaramollayeva ilə Zaur Nəbioğlu ara

arrow Ətraflı
“Nəsildənnəslə teatr” layihəsinin növbəti qonağı Nicat Kazımov olacaq like
  • 24 Apr 17:36  
Kriminal “Nəsildənnəslə teatr” layihəsinin növbəti qonağı Nicat Kazımov olacaq

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartır

arrow Ətraflı
Qaz olmayacaq  Saat 10:00dan like
  • 24 Apr 17:32  
Digərləri Qaz olmayacaq Saat 10:00dan

Sabah Bakının Nərimanov və Sabunçu rayonlarının bəzi küçələrinin qaz

arrow Ətraflı
Bakıda "goreşən" tutuldu like
  • 24 Apr 17:22  
Digərləri Bakıda "goreşən" tutuldu

Bakıda qəbirlərdən qızıl dişləri talayan şəxs saxlanılıb.

arrow Ətraflı
10 gün iş olmayacaq like
  • 24 Apr 17:21  
Digərləri 10 gün iş olmayacaq

İyun ayında bayramlarla əlaqədar qeyri-iş günlərinin sayı açıqlanıb.

arrow Ətraflı
İstanbulda zəlzələ vaxtı biabırçılıq  Anbaan kameraya düşdü  VİDEO like
  • 24 Apr 17:06  
Digərləri İstanbulda zəlzələ vaxtı biabırçılıq Anbaan kameraya düşdü VİDEO

Ötən gün İstanbulda zəlzələni fürsət bilən şəxslər oğurluq ediblə

arrow Ətraflı
Hava bu tarixdən yenidən pisləşir  Dolu düşəcək, sulu qar yağacaq like
  • 24 Apr 16:50  
Digərləri Hava bu tarixdən yenidən pisləşir Dolu düşəcək, sulu qar yağacaq

Aprelin 25-i bəzi şimal və qərb rayonlarında, 26-sı gündüz isə əsasən

arrow Ətraflı
Ermənilər daha bir məşhur mahnımızı oğurladı  VİDEO like
  • 24 Apr 16:45  
Şou-biznes Ermənilər daha bir məşhur mahnımızı oğurladı VİDEO

Ermənilərin Azərbaycan musiqi irsinə qarşı plagiat halları yenidən günd

arrow Ətraflı
Prezident İlham Əliyevin Çinə dövlət səfəri başa çatıb  FOTO like
  • 24 Apr 16:40  
Siyasət Prezident İlham Əliyevin Çinə dövlət səfəri başa çatıb FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikas

arrow Ətraflı