Leyla Əliyeva Nepalın Prezidenti ilə görüşüb FOTO
Siyasət 27 Apr 2025 11:21:00 392 0
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Katmanduya səfəri zamanı Nepalın Prezidenti Ramçandra Paudel ilə görüşüb.
Bu xəbəri də oxu: Zəngəzur Dəhlizi: Avrasiyanın yeni strateji nəbzi
Son.az AZƏRTAC-a istinadən bildirir ki, görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Nepalın Prezidentinə çatdıran Leyla Əliyeva iki ölkə arasında dostluq münasibətlərinin önəmini bir daha vurğulayıb.
COP29 zamanı Bakıya səfər etdiyini xatırladan prezident Ramçandra Paudel Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşünün tarixini əhəmiyyətini qeyd edib və aparılan müzakirələrin ölkələrarası əlaqələrin inkişafına təkan verəcəyini bildirib.
Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən Nepalda bir sıra layihələrin icrasının nəzərdə tutulduğunu, səfər çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi, eləcə də Katmanduda şəhər xəstəxanasına ziyarət edildiyini bildirib.
Heydər Əliyev Fondunun Nepalda dəstək layihələrinin eyni zamanda sosial və səhiyyə sahələrini əhatə edəcəyi diqqətə çatdırılıb.
Görüşdə mövcud əlaqələrin müxtəlif sahələri, o cümlədən humanitar və iqlim dəyişmələri, davamlı inkişaf məsələlərini əhatə etməsinin vacibliyi vurğulanıb.
Prezident Ramçandra Paudel Azərbaycan və Nepal arasında əlaqələri, o cümlədən Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirərək, göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Tərtərdə bir ailənin 4 üzvü dəm qazından boğularaq ölüb. Buna səbəb
Xalq artisti Naibə Allahverdiyeva boşandığı ikinci həyat yoldaşı ilə ba
Prezident İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidenti Matamela Si
Azərbaycan Prezidenti İlham Əliyev Syerra-Leone Respublikasının milli bayra
Fələstin Prezidenti Mahmud Abbas yaxın sirdaşı sayılan Hüseyin Eş-Şeyxi
Türkiyənin məşhur pop ulduz İrem Derici tənqid hədəfi olub.
Xüsusilə quru dəriyə sahib olanlar üçün nəmləndirici kremlər gündəli
Kanadada keçirilən seçkilərin qalibi olan və yeni baş nazir seçilən Mark
Çalışqan və müvəffəqiyyətli tələbələr adətən gördükləri işlər
Türkiyənin İzmir şəhərinin Menemen rayonundakı sərbəst zonada rüşvət
Azərbaycan Xarici İşlər Nazirliyi İranın Bəndər Abbas şəhərindəki li
ARB telekanalında yayımlanan "Maqazin Plus" verilişinin qonağı ol
Türkiyənin Sivas şəhərində yataqxanada qalan 53 universitet tələbəsi qi
