Azərbaycan və İran strateji dialoqu gücləndirir Pezeşkianın Bakıya səfəri
Siyasət 27 Apr 2025 21:57:00 94 0
Aprelin 28-də İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək. Səfər İran və Azərbaycan arasında ikitərəfli iqtisadi əlaqələrin əhəmiyyətinin xüsusi strateji əhəmiyyət kəsb etdiyi regional dinamikanın artdığı bir vaxta təsadüf edir.
Bu xəbəri də oxu: İlham Əliyevin Məsud Pezeşkian ilə məhdud tərkibdə görüşü olub FOTO
İki ölkə arasında iqtisadi münasibətlər sabit müsbət dinamika nümayiş etdirir. 2024-cü ildə Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 20 faiz artaraq 580 milyon dollara çatıb. Bununla belə, tərəflərin hədəfləri bu rəqəmləri xeyli üstələyir: İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqin sözlərinə görə, Bakı və Tehran qarşıdakı beş ildə illik ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaq niyyətindədirlər.
İran ticarət əlaqələrinin qarşısındakı maneələri fəal şəkildə aradan qaldırır və Azərbaycanla uğurlu əməkdaşlığı regionun digər ölkələri ilə qurulacaq münasibətlər üçün bir modelə çevirmək istəyir. Gözlənilən səfər çərçivəsində İranın özəl sektorunun 100-dən çox nümayəndəsinin iştirakı nəzərdə tutulur ki, bu da Tehranın şəxsi biznesi ikitərəfli əməkdaşlığın əsas dayaqlarından birinə çevirmək istəyini göstərir.
Azərbaycan-İran strateji tərəfdaşlığı enerji sahəsində xüsusilə aydın görünür. 2024-cü ilin mayında Xudafərin SES və Araz çayı üzərindəki Qız-Qalası su elektrik stansiyası istifadəyə verilib. Bu layihələr hər iki ölkədə 400 min hektardan çox ərazinin suvarılmasını təmin edəcək və 280 MVt gücündə elektrik enerjisi istehsalı ilə sərhədyanı rayonların enerji təhlükəsizliyinə mühüm töhfə verəcək.
Nəqliyyat infrastrukturunun inkişafı da ikitərəfli əməkdaşlığın əsas istiqamətlərindəndir. Azərbaycan və İran Hindistan, İran, Azərbaycan, Rusiya və Avropanı birləşdirən beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizində fəal əməkdaşlıq edirlər. 2025-ci ildə başa çatdırılması planlaşdırılan Rəşt-Astara dəmir yolu və Astaraçay üzərində yeni avtomobil və dəmir yolu körpülərinin istifadəyə verilməsi yükdaşımaların effektivliyini xeyli artıracaq.
Bundan əlavə, İran ərazisindən keçməklə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək yeni nəqliyyat dəhlizinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Bu layihə təkcə Azərbaycanın daxili nəqliyyat bağlantılarıını gücləndirməyəcək, həm də Mərkəzi Asiya, Qafqaz və Yaxın Şərq arasında ticarət və tranzit imkanlarını genişləndirəcək, Azərbaycanın Avrasiyada əsas tranzit qovşaqlarından biri kimi mövqeyini möhkəmləndirəcək.
Kənd təsərrüfatı sahəsində də əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. 2024-cü ildə tərəflər sərhədyanı rayonlarda birgə kənd təsərrüfatı zonalarının yaradılması, Azərbaycanın kənd təsərrüfatı məhsullarının İrana ixracının artırılması və Qız-Qalası su elektorik stansiyası çərçivəsində yeni suvarma imkanlarının istifadəsi barədə razılığa gəliblər. Ərzaq təhlükəsizliyi sahəsində artan qlobal çağırışlar fonunda bu əməkdaşlıq hər iki ölkənin iqtisadi dayanıqlığını gücləndirmək üçün strateji əhəmiyyət daşıyır.
Prezident Məsud Pezeşkianın Azərbaycana səfəri İranın regional siyasətində yeni mərhələnin başlanğıcı hesab olunur. Tehranın Bakı ilə münasibətləri daha da möhkəmləndirmək istəyi yalnız iqtisadi maraqlarla deyil, həm də beynəlxalq sanksiyalar şəraitində xarici iqtisadi əlaqələri genişləndirmək zərurəti ilə izah olunur.
İnkişaf etmiş nəqliyyat infrastrukturu, sabit iqtisadiyyatı və Avrasiya ticarət yollarına təsiri artan Azərbaycan İran üçün etibarlı tərəfdaş və yeni bazarlara çıxış qapısı rolunu oynayır. Səmərəli ikitərəfli münasibətlərin dərinləşməsi təkcə Cənubi Qafqazda deyil, daha geniş regionda da yeni iqtisadi nizamın formalaşmasına, qarşılıqlı faydalı əməkdaşlığın və strateji təşəbbüslərin gələcək inkişafına zəmin yarada bilər. TREND
"Arka Sokaklar"da "Rıza baba" obrazını canlandıran Zafer

Niderlandın Apeldorn şəhərinin bələdiyyəsi səhvən 46 sənət əsərini,

Xalq artisti Könül Xasıyeva artıq çəkidən xilas ola bilməməsinin səbə

"İstanbulda böyük zəlzələnin baş verməsi üçün ən az 20 və ya 5

İran Prezidenti Məsud Pezeşkian sabah Azərbaycana səfər edəcək.

Bakı-Qazax magistralının Lökbatan qəsəbəsindən keçən hissəsində yol-

Meqastar Tarkan anası Neşe Tevetoğlunun vəfatından sonra ilk dəfə səhnə

Türkiyənin İstanbul şəhərində baş verən silsilə zəlzələlərdən son

TRT-də yayımlanan məşhur "Təşkilat" serialında maraqlı bir epi

Sabah Babək rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müəllimi Ahmet Karamanın dəfn

İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Televiziyasına (AzTV) eksklüziv

Bu gün Bakıda Böyük Şor bulvarında külək uşaqların olduğu hava doldur
