Azərbaycan və İran arasında bir sıra sənədlər imzalanıb
Siyasət 28 Apr 2025 15:12:00 61 0
Aprelin 28-də Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Məsud Pezeşkianın iştirakı ilə mübadiləsi mərasimi olub.
Bu xəbəri də oxu: İlham Əliyev: Biz müstəmləkəçiliyin bütün formalarını və təzahürlərini qətiyyətlə rədd edirik
Son.az AZƏRTAC-a istinadən bildirir ki, əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian prezidentlərin Birgə Bəyanatını imzaladılar.
"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İran İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında 2025-2027-ci illər üçün Siyasi Məsləhətləşmələr Proqramı"nı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İranın xarici işlər naziri Seyid Abbas Əraqçi mübadilə etdilər.
"Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyi arasında 2025-2026-cı illər üçün nəqliyyat sahəsində hərtərəfli əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və İranın yol və şəhərsalma naziri (hökumətlərarası komissiyanın həmsədri) xanım Fərzanə Sadiq mübadilə etdilər.
"Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyi arasında "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya"nın (əlavələrlə) I/10-cu qaydasına əsasən sertifikatların qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu"nu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və İranın yol və şəhərsalma naziri (hökumətlərarası komissiyanın həmsədri) xanım Fərzanə Sadiq mübadilə etdilər.
"Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında 2025-2028-ci illər üzrə Mədəni Mübadilə Proqramı"nı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və İranın mədəni irs, turizm və əl işləri sənayesi naziri Seyid Rza Salehi Əmiri mübadilə etdilər.
"Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında media əməkdaşlığı haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın Baş nazirinin müavini (hökumətlərarası komissiyanın həmsədri) Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri (hökumətlərarası komissiyanın həmsədri) xanım Fərzanə Sadiq mübadilə etdilər.
Meyxanaçı-müğənni Samirə Yusifqızı yenidən əməliyyata hazırlaşır.

Şimali Koreya ilk dəfə olaraq Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya

ABŞ-da fəaliyyət göstərən it yemi şirkəti qeyri-adi iş elanı ilə gü

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ş

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Er

Azərbaycanda yaşanan ailə dramı diqqət çəkib.

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ş

Mayın 1-i saat 11:00-dan etibarən yeni tədris ili üzrə ümumi təhsil müə

Dollar bir əsr boyunca dünyanın padşahı oldu. Trampın yüz günü isə bu

11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlar

Robot cərrahlar beş il ərzində insan həkimlərini geridə qoya bilər.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre
