Toya getmək istəməyən bacısını boğub öldürdü: Bakıda tələbə qızın qətlə yetirildiyi evdən
Kriminal 28 Apr 2025 23:42:00 70 0
2023-cü il oktyabrın 12-də Bakının Binəqədi rayonunda qətl hadisəsi olur. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanırlar. Məlum olur ki, cinayət hadisəsi Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi evdə baş verib.
Bu xəbəri də oxu: Azərbaycanın unudulmaz simalarının arxiv
Otaqda, boğaz nahiyəsində boğulmağa xarakterik və digər xəsarət izləri ilə 2003-cü il təvəllüdlü İlahə Kərimovanın meyiti aşkarlanıb. 40-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən cinayəti törədən 2004-cü il təvəllüdlü Həsən Kərimov saxlanılıb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Son.az xəbər verir ki, Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, oktyabrın 12-si saat 23 radələrində yaşadıqları evdə İlahə Kərimova mobil telefonla danışan anası Brilyant İmanovanı təhqir edib. Qız bildirib ki, o, növbəti günlərdə Ağcabədi rayonunda baş tutacaq toy məclisində iştirak etməyəcək. Həsən Kərimov bacısına yaxınlaşıb, irad bildirərək ondan sakitləşməsini tələb edib. Amma İlahə Kərimova əksinə, qardaşının ünvanına da nalayiq ifadələr işlədib. Üzünü cırmaqlayıb, onun dodağına, boynuna və sinəsinə xəsarətlər yetirib. Həsən Kərimov bacısının hərəkətlərindən qəzəblənərək, onu öldürməyi düşünüb. Beləcə o, İlahənin bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr vuraraq, başını döşəməyə çırpıb.
Bacısının ölmədiyini görüb, digər otaqdakı şkafdan idman çantasının kəmərini götürüb. İlahə qardaşının otağa daxil olmasının qarşısını almaqdan ötrü qapını örtməyə çalışsa da, Həsən onun müqavimətini qırıb içəri girib. Anasının yalvarışına məhəl qoymayaraq, onun gözləri qarşısında kəməri bacısının boynuna dolayıb, özünə doğru dartıb və 3-4 dəqiqə sıxaraq, saxlayıb. Nəticədə, gənc qız ölüb.
İş üzrə dindirilmiş Həsən Kərimov bildirib ki, Ağdam şəhərində anadan olub. Anası və bacısı ilə Bakıda, Sulutəpə qəsəbəsində yaşayıb:
"İlahə Azərbaycan Dövlət Pedaqoji Kollecində təhsil alırdı. Mütəmadi evdə bizimlə ailə-məişət zəminində münaqişələr yaradıb. Bununla əlaqədar anam dəfələrlə "102" xidmətinə zəng edib, məlumat verib".
Məhkəmə iclasında Həsən Kərimov ittiham üzrə özünü təqsirli bilib və istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirib.
Zərərçəkmiş şəxsin hüquqi varisi ifadəsində göstərib ki, qızı vaxtaşırı evdə mübahisələr yaradıb. Bununla əlaqədar, o, dəfələrlə polisə müraciət edib:
"Amma sonra şikayət ərizəmi geri götürürdüm. Hadisə günü də, qızım hər hansı əsaslı səbəb olmadan telefonla danışmağıma müdaxilə edərək, mənimlə dalaşmağa başladı. Hədələdi ki, toyda iştirak etsəm, mənim üçün pis olacaq. Buna görə də, Həsən mübahisəmizə müdaxilə etdi".
Şahid qismində dindirilmiş qonşular bildiriblər ki, oktyabrın 12-də axşam Həsəngilin evində dava-dalaş səsi eşidiblər. Sonra biliblər ki, ölüm hadisəsi baş verib. Hadisə yerinə polis əməkdaşları gəliblər. Onlar birmənalı olaraq, təqsirləndirilən şəxsi sakit təbiətli, münaqişədən uzaq olan, yaşadığı məhəllədə qonşulara hörmətlə yanaşan oğlan kimi tanıdıqlarını deyiblər.
Məhkəmənin gedişatında 2 dəfə keçirilmiş məhkəmə-psixiatrık ekspertizalarının rəyləri arasında ziddiyyət olduğundan dövlət ittihamçısının vəsatəti əsasında təkrar ekspertiza təyin olunub. Bir müddətdən sonra, komisyon stasionar ekspertizanın rəyi açıqlanıb. Məlum olub ki, Həsən Kərimov ittiham olunan cinayət əməlini törətməzdən əvvəl psixi pozuntudan əziyyət çəkib. O, hərəkətlərinin faktiki xarakterini dərk və onları idarə etmək iqtidarında olmayıb. Buna görə də, Kərimov anlaqsız hesab edilməlidir.
Prokuror ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsə 16 il cəza təyin edilməsini istəyib.
Məhkəmə nəticəyə gəlib ki, Həsən Kərimovun Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 21-ci (anlaqsızlıq) maddəsinin tələblərinə müvafiq olaraq Həsən Kərimov cinayət məsuliyyətindən və cəzadan azad edilib, onun barəsində tibbi xarakterli məcburi tədbirlər təyin olunub. Son.az
Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif hesab edir ki,

Milyonçu iş adamı Əbülfəz Babayevin külli miqdarda pulunu dələduzluq yo

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycan Respu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın Xalq art

"Evdə qapını açarkən sol qolumun üstünə yıxıldım, qolum sındı.

Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin "Belcanto" konsert zalı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesa

Yeni araşdırma beynin düşündüyümüz kimi öyrənmədiyini göstərir.

Göz altında qaralar yuxusuzluqdan genetik faktorlara qədər bir çox səbəb

Bu həftə pul və maddi rifah məsələlərində bəzi əlamətlər üçün xü

"Kalbime gömerim" mahnısı ilə şöhrət qazanan müğənni Gökç

Xəbər verdiyimiz kimi, gecə saatlarında avtomobil idman zalına çırpılıb
