Vardanyanın məhkəməsində zərərçəkmiş şəxs: Erməni silahlı dəstələrinin hücumu zamanı 14 hərbçi yoldaşım şəhid oldu
Siyasət 29 Apr 2025 16:15:00 69 0
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə aprelin 29-da keçirilən məhkəmə prosesində zərərçəkmiş şəxslər dindirilir.
Bu xəbəri də oxu: Leyla Əliyeva və Arzu Əliyeva Bakıda ICESCOnun regional ofisinin rəsmi açılış mərasimində iştirak ediblər
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, zərərçəkmiş şəxs Nurlan Bağırov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət edərkən hərbçi yoldaşları ilə birlikdə Ermənistan silahlı qüvvələrinin qalıqlarının və qanunsuz erməni silahlı dəstələrinin hücumuna məruz qaldığını bildirib.
N.Bağırovun sözlərinə görə, hadisə zamanı onlara atəş açılıb, əl qumbaraları atılıb. Nəticədə onun 14 hərbçi yoldaşı (Daxili Qoşunların 12, Müdafiə Nazirliyinin 2 hərbi qulluqçusu) şəhid olub, hərbçilərin bir hissəsi yaralanıb. N.Bağırov özünün də hadisə zamanı yaralandığını bildirib.
Məhkəmə prosesində zərərçəkmiş şəxs barəsində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi də elan edilib.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
Prezident İlham Əliyev "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisa

Azərbaycanın Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə mü

Türkiyəli professor Canan Karatay zeytunun yanlış istehlakının sağlamlıq

"Yeşilçam"ın aktrisası Meral Kurtulmuş 87 yaşında dünyasını

Sumqayıt şəhər 2 saylı Göz Xəstəxanasından şikayət var.

"Bakı Marafonu 2025"ə qeydiyyat başa çatıb. Mayın 4-də Heydər

İclasda hər iki ölkənin iş adamları arasında gələcək əməkdaşlıq is

Azərbaycanlı gənc Rusiyada yol-nəqliyyat hadisəsi zamanı ölüb.

Azərbaycanda bəzi vətəndaşlar pensiyaların verilmə tarixi ilə bağlı na

Varikoz damarlar bəzən zərərsiz görünsə də, uzunmüddətli narahatlıq v

Əməkdar artist Cabir Abdullayevneslə məşğul olduğu üzə çıxıb.

Ötən gün Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşk

Şair və qiraətçi Nazilə Səfərli səhhətində yaranan ciddi problemdən

Çinin şimal-şərqində yerləşən Liaonin əyalətində yerləşən restoran

“Bu nifrətlə 26 il yaşamışam, qan fışqıranda həzz alırdım...”
