"O məktəb həyat yoldaşımın adını daşıyır"
Şou-biznes 30 Apr 2025 01:01:00 53 0
"Beyləqan rayonu mənim üçün əzizdir. Çünki mənim doğmalarım, oğlumun nənəsi, babası, bibisi oradadır. Beləqanın Günəşli qəsəbəsində yaşayırlar. O kənddə mənim həyat yoldaşım Zahid Əhmədovun adını daşıyan məktəb var".
Bu xəbəri də oxu: "Kaş, hörmətli, şəxsiyyətli kişinin arvadı olardım"
Son.az xəbər verir ki, Əməkdar artist Gülüstan Əliyeva həmin məktəbdə müəllim kimi çalışdığını da bildirib:
"1994-cü ilə qədər qaynatamgillə orada birlikdə yaşamışıq. Cəbrayıl rayonu işğal olunduqdan bir qədər sonra mən valideynlərimin yanına getdim. Həmin məktəbdə musiqi müəllimi kimi çalışırdım. Orada Azərbaycan və rus dilindən dərslər deyirdim. Ölkəmiz üçün çox çətin günlər idi. O kənd məktəbi də çətin dönəmləri yaşayan təhsil ocağı idi. Həyat yoldaşım həmin məkəbdə təhsil almışdı. Oraya onun adının verilməsi üçün Bəyləqan rayon Maarif Şöbəsinə və icra hakimiyyətinə müraciət etdim. Sağ olsunlar, bu günə qədər də o təhsil ocağı Zahid Əhmədov adına tam orta məktəbdir".
Qeyd edək ki, Gülüstan Əliyevanın həyat yoldaşı Zahid Əhmədov I Qarabağ müharibəsində şəhid olub. (Axşam.az) Son.az
Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenkonun Vol

2024-cü ildə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən fo

Hindistan və Pakistan hərbçiləri arasında Cammu bölgəsində atışma baş

Ukrayna və Avropa İttifaqı atəşkəs tələb edir, çünki Ukrayna Silahlı

Əməkdar artist Səbinə Babayeva həmkarı Nadir Qafarzadənin ifasına reaks

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

İti tərəfindən hücuma məruz qalan müğənni Əli Mirəliyev səhhəti il

"Təkcə bu ilin martından bəri 25-ə yaxın yeniyetmə qız Azərbaycan

Aprel ayında qeyri-sabit hava şəraitinin keçməsi xarakterikdir.

Show TV-də yayımlanan və Gold Film-in istehsalı olan "Kızılcık Şerb

Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb. Atəş səslər

"Maliyyə Nazirliyinin sistem əhəmiyyətli banklara təxminən 1 milyard

Dolğu inyeksiyaları qısa müddətdə üzə təzəlik və həcm qazandırsa da

"Oğlumla qonşu yaşayırıq. Aramızda bir neçə bina var. Bütün gün
