Məhkəmədə Sarkisyanın və Akopyanın Azərbaycan ərazilərinin işğalında iştirakını ifşa edən material nümayiş olunub
Siyasət 05 May 2025 14:19:00 524 0
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Xocavənd rayonunun işğal edilməsi ilə bağlı daha bir videomaterial tədqiq olunub.
Bu xəbəri də oxu: Meksikaya yeni səfir təyin olundu
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, 1993-cü ilin aprel ayında ermənilər tərəfindən çəkilmiş videogörüntülərdə Azərbaycanın həmin vaxt Ermənistan silahli qüvvələrinin işğalı altında olan Xocavənd rayonunda bir qrup silahlı hərbçi, o cümlədən Serj Sarkisyan (2008-2018-ci illərdə Ermənistan prezidenti) və hazırda məhkəmədə mühakimə olunan David İşxanyan görünür.
Erməni dilində olan videomaterialın tərcüməsi vasitəsilə tədqiqi zamanı məlum olub ki, Serj Sarkisyan hərbi bölmələri yoxlamağa gəlib.
Videogörüntülərdə Monte Melkonyan S.Sarkisyana məruzə edir. S.Sarkisyan ona "Söhbət bu dəqiqə atəşi dayandırmaqdan getmir. Söhbət bu dəqiqə hücum əməliyyatlarından və daha çox ərazi tutmaqdan gedir" - deyir.
Videomaterialda daha sonra əraziyə baxış keçirilir, S.Sarkisyan D.İşxanyanla söhbət edir. D.İşxanyan ona Ağdam rayonu və rayonun Abdal Gülablı istiqamətindəki döyüş əməliyyatı, əməliyyat şəraiti barədə məlumat verir.
Videogörüntülərdə daha sonra qoşunların təminatı barədə danışılır.
Vidematerialda daha sonra Serj Sarkisyan əsgərlərlə bir qədər söhbət edir.
Məhkəmədə nümayiş etdirilmiş vidematerialla bağlı dövlət ittihamçıları təqsirləndirilən şəxs David İşxanyana suallar ünvanlayıb.
D.İşxanyan dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən bu videomaterialın çəkilməsini və S.Sarkisyanın əraziyə səfərinin məqsədini xatırladığını deyib. O, daha sonra bildirib: "Gəlmişdilər mənim taboruma. Taborun mövqələrindəki vəziyyətlə tanış olurdular".
O, videodakı şəxslərin bir qisminin adlarını da sadalayıb: "Serj Sarkisyan, Monte Melkonyan, Movses Akopyan (sonradan Ermənistan silahlı qüvvələrinin keçmiş baş qərargah rəisi - red.). O, həmin vaxt Monte Melkonyanın müavini idi. Videodakı digər şəxs mənim qərargah rəisim Aramayız Karapetyandır".
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Azərbaycanda yay aylarında müəllimlərin növbəti sertifikasiya imtahanın
#AzərbaycanMüəllimləri: TikTok Elm və Təhsil Nazirliyinin dəstəyi ilə m
Müasir Avrasiya geosiyasi dramının paradoksal səhnələrindən biri yaşanı
Bakıda 10 yeni metrostansiyanın tikiləcəyi ərazilərin müəyyənləşdirim
Ağ Evin "X"dəki rəsmi hesabı prezident Donald Trampın "Ulduz
Paytaxt sakinləri 158 saylı avtobus marşrutunda yaranan sərnişin sıxlığ
Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu açıqlaması ilə diqq
Suriya artıq uzun müddətdir ki, öz faciəsində müstəqil aktor olma status
Paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məsci
Bakıda "Vertu" markalı mobil telefon fantastik qiymətə satışa ç
Belarus Respublikasının Baş naziri Aleksandr Turçin mayın 5-də Azərbaycan
Ukraynadan pilotsuz təyyarənin hücumundan sonra Moskva aeroportu bağlanıb
Xətai rayonunda təmir-bərpa işləri ilə əlaqədar elektrik enerjisinin ver
ABŞ Prezidenti Donald Tramp San-Fransiskodakı Alkatras həbsxanasının yenid
