"Xalçaçı Günü"nə həsr olunmuş mükafatlandırma mərasimi keçirilib FOTO
Kriminal 06 May 2025 15:47:00 379 0
Mədəniyyət Nazirliyinin nəzdində Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzi (Yaradıcı Mərkəz) dəstəyi ilə "Xalçaçı Günü"-nün peşə bayramı şərəfinə bayram mükafatlandırma mərasimi keçirilib.
Bu xəbəri də oxu: Opera studiyasında Nizami Əliyevin yaradıcılıq gecəsi keçiriləcək
Tədbirdə Mədəniyyət Nazirliyinin nəzdində Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin (Yaradıcı Mərkəz) icraçı direktoru Lalə Əhmədova, xalçaçı-texnoloq, sənətşünas Afət Əliyeva, "Azərxalça" ASC-nin İstehsalat üzrə direktoru Əlisafa Nuriyev, xalçaçılıq nümayəndələri çıxış ediblər.
5 may- "Xalçaçı Günü" ilə əlaqədar xalqımızın mənəvi dünyasını, həyata, duyğu və düşüncələrə fəlsəfi baxışını əks etdirən bu qədim milli sənət növünün qorunub saxlanılması və inkişaf etdirilməsi üçün həyatlarını xalçaçılığa həsr edən hər kəsə səmimi qəlbdən təbriklər çatdırılıb. Bildirilib ki, xalçaçılıq Azərbaycanın ənənəvi, qədim dekorativ - tətbiqi sənət növlərindən biridir və dövlət tərəfindən bu sahənin inkişafına və təbliğinə xüsusi diqqət yetirilir. Xalçaçılığın inkişafında qadınların rolu xüsusi vurğulanıb. Azərbaycanda istehsal olunan xalça və xalça məmulatları bir çox tarixi kitablarda, klassik ədəbiyyatda və folklorda dəfələrlə təriflənmişdir. Azərbaycan xalçaları bütün dünyada muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır. Azərbaycan xalçaçılarının şah əsərləri olmadan dünya mədəniyyəti xəzinəsini təsəvvür etmək çətindir. Yeddi xalça məktəbi Bakı, Quba, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz - hər biri öz orijinal texnikasından istifadə edərək ornamentlə tanınan əsərlər yaradır. Azərbaycan xalça sənəti YUNESKO-nun "Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısı"na daxildir.
Azərbaycan milli xalça muzeyi, "Azərxalça", xalq rəssamı Eldar Mikailazdenin emalatxanası və digər xalçaçılara və bu sahənin mütəxəssislərinə təşəkkür diplomları təqdim olunub. Qonaqlar üçün bayram süfrəsi təşkil edildi, konsert proqramı təqdim edildi.
Hər hansı bir şəxs dünyasını dəyişdikdə yaxınlarını narahat edən
Son günlər "havhavhav" mahnısı ilə gündəm olan reper saxlanıl
Ölkəmizdə ali məktəblərə qəbul prosesinin birinci mərhələsi artıq ye
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley
Azərbaycan qanunvericiliyinə görə 5 uşağı olan analar 5 il tez pensiyaya
COP29 Azərbaycan Əməliyyat Şirkətinin nümayəndə heyətinin Braziliyaya i
Liza adı ilə tanınan aktrisa Lalisa Manobal "Met Gala" tədbirind
Süni intellekt texnologiyalarının gündəlik həyatımıza sürətlə daxil o
Parisdə yaz qoxusu duyulur, amma bu yalnız Yelisey meydanında çiçək açan
Meyxanaçı-müğənni Samirə Yusifqızının qızı Fərəh ağır əməliyya
Yaz aylarının yaxınlaşması ilə birlikdə, dondurma sevənlərin sayının
Okeanlar, həyatla dolu olan geniş ərazilərdir və burada bir çox təhlükə
"Bizimləsən" verilişinə üz tutan şəxsin "Dnt" testini
