Yeni Roma Papası seçildi
Dünya 08 May 2025 20:14:00 464 0
8 may 2025-ci il tarixində Vatikan şəhərində keçirilən konklav nəticəsində yeni Papa seçilib. Sistina Şapelinin bacasından çıxan ağ tüstü Katolik kilsəsinin 267-ci Papasının seçildiyini rəmzi şəkildə elan edib.
Bu xəbəri də oxu: Monteneqroda "Türklərə ölüm" şüarları səsləndirilir
Son.az xarici mətbuata istinadən xəbər verir ki, Papa Fransiskin 21 aprel tarixində vəfatından sonra başlayan seçim prosesində dünyanın 70 ölkəsindən 133 kardinal bir araya gələrək səsvermə yolu ilə yeni ruhani lideri müəyyən ediblər. Seçim üçüncü turda yekunlaşıb və yeni Papa yaxın zamanda Vatikanın məşhur Müqəddəs Pyotr Bazilikasının eyvanından rəsmi şəkildə xalqa təqdim olunacaq.
Hazırda yeni Papa'nın adı hələlik açıqlanmayıb, lakin onun seçildiyi rəsmi şəkildə təsdiqlənib. Gözlənilir ki, yaxın dəqiqələrdə və ya saatlarda yeni Papa'nın adı bütün dünyaya elan ediləcək.
Xatırladaq ki, Papa Fransiskin ölümündən sonra Roma Papası postuna dörd kardinal namizəd idi.
Namizədlərdən biri Filippinin paytaxtı Maniladan olan arxiyepiskop Luis Antonio Taqledir. Jurnalistlər qeyd edirlər ki, o, konklavda səs çoxluğu qazanacağı təqdirdə Asiya əsilli ilk pontifik kimi tarixə düşəcək, eyni zamanda, "ən liberal Roma papası" olacaq.
Digər namizəd Vatikanın dövlət katibi Pyetro Parolindir. O, dəfələrlə beynəlxalq münaqişələrin nizamlanmasında iştirak edib və buna görə "Vatikanın misilsiz diplomatı" reputasiyasını qazanıb.
Üçüncü namizəd əslən Macarıstandan olan arxiyepiskop Esterq Budapeştli Peter Erdyodur. Dördüncü namizədin isə Keyp-Kostun keçmiş yepiskopu Piter Turksondur. Jurnalistlər qeyd edirlər ki, o, tarixin ilk qaradərili Roma Papası ola bilər.
Lalə Qüdrətova Son.az
"Azərbaycanda bəzi vətəndaşlar müddətli həqiqi hərbi xidmətə ça
Azərbaycan ilə Türkiyə arasında mövcud olan hərbi əməkdaşlıq əlaqəl
Hələ də bəzi sahələrdə təkmilləşməyə, asanlaşmaya ehtiyac var. Bunl
"Malibo" MTK binasında yaşayan vətəndaşa liftdən istifadə etmə
Kiyev vilayətinin Soviyevskaya Borşaqovka kəndi yaxınlığında naməlum ş
Mərhum reper Anar Nağılbazın oğlu Tamerlan atası ilə bağlı paylaşım e
Astroloqlara görə bəzi bürclər şanslı doğulublar. Onlar üçün fürsət
Bakının Əhməd Rəcəbli küçəsində, Uluqbəy küçəsi ilə kəsişməsin
Azerinfo.az saytının rəhbəri İbrahim Hümbətovun cinayət işi üzrə sonu
Xəbər verdiyimiz kimi Türkmənistandan idxal edilən pomidor məhsulundan nü
"Azərbaycan Gənclər İttifaqı" İctimai Birliyi və "Azərbay
"Volvo" təhlükəsizlik problemi səbəbindən 413 mindən çox avto
