İlham Əliyev Roma Papası XIV Leonu təbrik edib
Siyasət 09 May 2025 10:49:00 416 0
Prezident İlham Əliyev Roma Papası XIV Leonu təbrik edib.
Bu xəbəri də oxu: Ramiz Mehdiyevin xəyalını qurduğu “Dövlət Şurası” belə olacaqmış
Son.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:
"Zati-müqəddəsləri.
Roma Papası seçilməyiniz münasibətilə Sizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram.
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin hazırkı səviyyəsi, səmimi dialoq və qarşılıqlı anlaşma nümunəvi xarakter daşıyır. Biz Müqəddəs Taxt-Tac ilə əlaqələrin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət veririk.
Çoxəsrlik zəngin tolerantlıq ənənələrinə və multikultural dəyərlərə malik Azərbaycanda dini-mənəvi və etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.
İnanıram ki, ümumbəşəri dəyərlərin təşviqi və sivilizasiyalar arasında qarşılıqlı anlaşma və etimad mühitinin yaradılması naminə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında səmərəli əməkdaşlıq bundan sonra da birgə səylərimizlə uğurla davam edəcəkdir.
Sizə möhkəm cansağlığı, uzun ömür, bəşəri və müqəddəs amallar naminə qarşıdakı ali missiyanızda uğurlar diləyirəm".
Rusiya Prezidenti Vladimir Putin Kremlin sarayında 9 May - Qələbə Günü mü
Əgər su sərfiyyatı ilə bağlı borcunuzun birdəfəlik ödənilməsi maddi
Müğənni Aysun İsmayılovanın başına iş gəlib.
Bakıda qəzalı və kəskin qəzalı vəziyyətdə olan binaların mərhələli
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram
Son.az AZƏRTAC-a istinadən bildirir ki, mayın 9-da Azərbaycan Respublikas
Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızı
ABŞ-nin vitse-prezidenti JD Vance Hindistan və Pakistan arasında artan gərgi
Ukrayna Prezidenti Volodimir Zelenskinin yeni fotosu müzakirələrə səbəb ol
Bu gün, yəni 8 may 2025 üçün xarici astroloqların dediyinə görə şansl
"Azərin" şirkətinin Baş direktoru, Azərbaycan İnternet Cəmiyyə
İkinci Qarabağ müharibəsinin başa çatmasından artıq dörd ildən çox va
Anqola Respublikasının Prezidenti Joao Lorenso mayın 8-də Azərbaycan Respub
