Xanəndə Nəriman Əliyevin 95 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib FOTO
Kriminal 14 May 2025 13:19:00 87 0
Beynəlxalq Muğam Mərkəzində Əməkdar müəllim, xanəndə Nəriman Əliyevin 95 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.
Bu xəbəri də oxu: Gözəllik salonunda canlı yayım edən tiktoker güllələndi FOTO
Gecədə xanəndənin həyat və yaradıcılığından söz açılıb.
AYB-nin katibi, yazıçı-dramaturq İlqar Fəhmi xanəndənin pedaqoq kimi muğam sənətimizə verdiyi töhfələrdən söz açıb.
Əməkdar incəsənət xadimi, professor Arif Əsədullayev , Xalq artisti Vamiq Məmmədəliyev Nəriman Əliyevlə bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, unudulmaz xanəndə və pedaqoq Nəriman Əliyev Seyid Şuşinskinin xanəndəlik sinfində təhsil alıb, ustaddan muğamın sirlərini öyrənib, pedaqoq kimi müəlliminin metodlarını mənimsəyib.
Nəriman Əliyev 1965-ci ildən 1997-ci ilə kimi məzunu olduğu Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun xanəndəlik sinfində dərs deyib. Nəriman Əliyev pedaqoqluq fəaliyyəti ərzində çoxlu xanəndələr yetişdirib. Ustad-xanəndənin 95 illik yubileyinə həsr olunan gecədə tələbələri, Xalq artistləri Səkinə İsmayılova, Teyyub Aslanov, Gülyaz və Gülyanaq Məmmədovalar, Nəzakət Teymurova, Əməkdar artist Ruzə İbişova, Əməkdar müəllim Qəzənfər Abbasov, xanəndə-pedaqoq Sabir Abdullayev muğam və təsniflərdən ibarət konsert proqramı təqdim edib. Nəslin davamçısı olan beynəlxalq və respublika müsabiqələri laureatları , kamança ifaçısı Mehri Əsədullayeva çıxış edib.
Xanəndələr unudulmaz müəllimlərini dərin ehtiramla yad edərək vurğulayıblar ki, bu gün muğam sənətimizi səviyyəli şəkildə təqdim edən xanəndələrin ərsəyə gəlməsində onun rolu danılmazdır. Təsadüfi deyil ki, Nəriman müəllim xanəndəlik məktəbinə böyük bir xanəndə ordusu bəxş edib. Onların əksəriyyəti indi yüksək fəxri adlara layiq görülən tanınmış xanəndələrdir.
Qeyd edək ki, Nəriman Əliyev 5 may 1930-cu ildə Bakıda dünyaya göz açıb. Onun xanəndə kimi fəaliyyətinə və formalaşmasına 1956-cı ildə Seyid Şuşinski ilə tanış olmağı böyük təsir göstərir. O, S.Şuşinskinin xanəndəlik sinfində təhsil alır, ustaddan muğamın sirlərini öyrənir, pedaqoq kimi müəlliminin metodlarını mənimsəyir.
Nəriman Əliyev 1965-ci ildən 1997-ci ilə kimi məzunu olduğu Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun xanəndəlik sinfində dərs deyir.
Nəriman Əliyev pedaqoqluq fəaliyyəti ərzində çoxlu xanəndələr yetişdirib. Onlar sırasında Xalq artistləri Qəndab Quliyeva, Ağaxan Abdullayev, Səfa Qəhrəmanov, Səkinə İsmayılova, Nəzakət Teymurova, Gülyaz Məmmədova, Zümrüd Məmmədova, Teyyub Aslanov, Mələkxanım Əyyubova, Qəzənfər Abbasov, Gülyanaq Məmmədova və başqalarının adını qeyd etmək olar.
Xanəndə 1960-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olur. 1988-ci ildə Muğam Teatrına məsləhətçi kimi dəvət edilir. Azərbaycan Televiziyasının fondunda onun ifasında "Rast", "Bayatı-Şiraz", "Rahab", "Mahur-hindi", "Çahargah", "Şur", "Mənsuriyyə", "Mani" muğam və təsniflərinin, xalq mahnılarının lent yazısı saxlanılır.
Əməkdar müəllim, xanəndə Nəriman Əliyev 1998-ci il aprelin 28-də vəfat edib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əmək

Müğənni Aygün Ağayeva ailə qurub. Son.az xəbər verir ki, onun toyunda

Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən "Melissa

"Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunandan sonra h

Fransada baş verən hadisə ölkə ictimaiyyətində və mediada ciddi rezonans

Bu il Azərbaycandan 1 730 nəfər ABŞ-də yaşamaq icazəsi verən "Green

2025-ci il mayın 15-dən 17-dək Bakıda Mercedes-Benz-in strateji tərəfdaşl

Ali təhsil müəssələrində keçid ballarının artacağı gözlənilir. Buna

"Böyük Qayıdış" proqramının tərkib hissəsi olaraq Azərbaycan

25 illik fasilədən sonra ABŞ və Suriya liderləri ilk dəfə üz-üzə gör

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orq

Ağdam rayonu Mobil bazasının direktoru işdən çıxarılıb.

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazi bütövlüy

Xəbər verdiyimiz kimi, dünən "Avroviziya 2025" mahnı müsabiqəs
