Məhkəmə: Qubadlı və Zəngilanın işğalı zamanı çəkilən videomaterial nümayiş olunub
Siyasət 15 May 2025 19:44:00 52 0
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Qubadlının Zilanlı kəndinin və Zəngilanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı çəkilən videomaterial nümayiş olunub.
Bu xəbəri də oxu: Azərbaycanda yeni medal təsis olundu
Son.az AZƏRTAC-a istinadən bildirir ki, videokadrlarda öldürülərək yandırılmış Azərbaycan polislərinin nəşləri görünür.
Kadrlarda Ermənistan ordusunun hərbçiləri danışırlar. Onlar deyirlər: "Biz bu yüksəkliyi götürmüşük. Buradan o tərəfə İrandır. Bundan sonra Zəngilana gedəcəyik. O tərəflərdə - Araz tərəfdə Zəngilandır. Babalarımızın vəsiyyətini həyata keçirdik, öz məqsədimizə çatmışıq".
Ermənistan ordusunun hərbçiləri üzərində "Daşnaksütyun" yazılmış bayrağın fonunda "Qalx daşnak Dro" mahnısı oxuyurlar.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 16-da davam etdiriləcək. Son.az
Dünyanın diqqəti Rusiyayla Ukrayna arasında baş tutması planlaşdırılan

Qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anatol

Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya R

Ötən ilin oktyabrından Bakıda itkin düşmüş şəxs kimi axtarılan Kənan

Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən, Xalq artisti, həkim-cərra

"ChatGPT"nin ən son süni intellekt modeli GPT-4.1 artıq ödənişli

"Rusiya və Ukrayna atəşkəs fikri ilə razılaşıb".

İnsanlar bəzən ümidlərini göyə deyil, suyun dərinliklərinə yazırlar.

"Vakuumlu qanalma iynəsi (kəpənək) 23G" ticarət adlı tibb vasit

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və O

Bakıda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Astroloqlar yaxın gələcəkdə xüsusilə maliyyə sahəsində şanslı olacaq

İlham Əliyevin Albaniyaya səfəri gözlənilir. O, Albaniyanın paytaxtı Ti
