Türkiyə israrlıdır, Ərdoğan Putinlə danışacaq
Siyasət 16 May 2025 16:50:00 58 0
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 15-də ukraynalı həmkarı Volodimir Zelenski ilə Ankarada görüş zamanı Rusiya-Ukrayna müharibəsinə son qoymaq səylərini müzakirə edib. Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Bu xəbəri də oxu: İlham Əliyev Albaniyada Rəcəb Tayyib Ərdoğanla görüşüb
Ərdoğan hazırkı mərhələdə müharibənin gedişatı birbaşa danışıqlar yolu ilə həlli zəruri etdiyini bildirib.Türkiyə Prezidenti danışıqlara başlamaq üçün tarixi fürsətdən istifadə edildiyini, həm texniki, həm də liderlər səviyyəsində ola biləcək danışıqları güclü şəkildə dəstəklədiyini vurğulayıb. O, həmçinin, iki ölkənin prezidentinin görüşünə də ev sahibliyi etməyə hazır olduğunu əlavə edib. Rusiya Prezidenti Vladimir Putinin və Ağ Ev rəhbəri Donald Trampın İstanbula getməməsi görüşdən gözləntiləri xeyli dərəcədə azaltdı. Bu görüşün nəticəsinin atəşkəsə səbəb olma ehtimalı çox azdır.
Son.az xəbər verir ki, mövzunu siyasi şərhçi Kənan Novruzov şərh edib:
"Yayılan məlumatda diqqətçəkən bir neçə məqam var. Birincisi, görünən odur ki, Türkiyə də Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların tərəfdarıdır. Çünki rəsmi Ankara da başa düşür ki, bu, daha optimal variantdır. Üçüncü güclərin prosesə müdaxiləsi yalnız prosesi mürəkkənləşdirir. Həm ABŞ, həm də Avropa bu məsələyə öz maraqları kontekstindən yanaşır. İkincisi, rəsmi Ankara İstanbuldakı danışıqları tarixi fürsət kimi qiymətləndirir. Doğrudur, Rusiya və ABŞ prezidentlər səviyyəsində görüşdə iştirak etmədi. Buna baxmayaraq, prosesin davamı gələ bilər. Rəsmi Vaşinqton da bu məsələdə xüsusi iradə ortaya qoya bilər. Yəni, indi, doğrudan da, tarixi fürsət yaranıb. Bu, bəlkə də, həm Moskva, həm də Kiyev üçün son şansdır".
Ekspert qeyd edib ki, rəsmi Ankara bildirib ki, Rusiya və Ukrayna liderlərinin görüşünə ev sahibliyi etməyə hazırdır. Bu, onların hər ikisinə, xüsusilə də Putinə növbəti çağırışdır. Görünən odur ki, Türkiyə belə bir görüşə ev sahibliyi etməyə iddialıdır:
"Məsələyə bu konteksdən yanaşsaq deməliyik ki, gələcəkdə Türkiyədə yenidən görüşlər keçirilə bilər. Həmçinin yaxın günlərdə Ərdoğanla Putin arasında telefon danışığının baş tutması da mümkündür".
Aysel Əkbər Son.az
Azərbaycan dili (dövlət dili) fənni üzrə mayın 4-də keçirilən test imt

Yeni araşdırmaya görə, AB qan qrupu olan insanların "Alzheimer" x

Mayın 17-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

Fransa sülhün əldə olunması və sülh müqaviləsinin bağlanması üçün

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Rusiya və Ukrayna a

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexani

Xəbər verdiyimiz kimi, mayın 13-nə keçən gecə Gəncə şəhər sakini 18

Albaniyanın paytaxtı Tiranada Avropa Siyasi Birliyinin 6-cı Zirvə toplantıs

Asiyanın sıx məskunlaşan şəhərləri olan Honq-Konq və Sinqapurda Covid-1

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində be

Mayın 16-da Tiranada "Avropa Siyasi Birliyi" 6-cı Zirvə toplantıs

Xalq artisti Mələkxanım Əyyubova etirafı ilə diqqət çəkib.

Sosial şəbəkələrdə yollarda videokameralar quraşdırılması sürücül

Albaniyada keçirilən "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplant

Prezident İlham Əliyev Albaniyada "Avropa Siyasi Birliyi"nin 6-cı Z
