Prezident: Atılan mütərəqqi addımlar sayəsində Azərbaycan səhiyyəsi nailiyyətlərlə dolu bir yol keçmişdir


Siyasət 17 May 2025 12:47:00 63 0

Prezident: Atılan mütərəqqi addımlar sayəsində Azərbaycan səhiyyəsi nailiyyətlərlə dolu bir yol keçmişdir

Artıq ənənəvi şəkil almış Konqresin Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunması xüsusi məna daşıyır. Ulu Öndər bütün fəaliyyəti boyu ölkəmizin səhiyyə sisteminin davamlı təkmilləşdirilməsi və yüksək standartlar səviyyəsində qurulması işinə dəyərli töhfələr vermişdir. Ötən müddətdə atılan mütərəqqi addımlar sayəsində Azərbaycan səhiyyəsi nailiyyətlərlə dolu bir yol keçmişdir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər Prezident İlham Əliyevin "Bakı Ürək Günləri" 9-cu Beynəlxalq Konqresin iştirakçılarına ünvanladığı müraciətində yer alıb.

"İndi ölkəmizdə təbabətin müxtəlif sahələrinin inkişafı, o cümlədən kardiologiya elminin son yeniliklərindən bəhrələnməklə ürək-damar xəstəliklərinin ən müasir cərrahi üsullarla müalicəsi üçün lazımi şərait vardır. Dünyanın məşhur ürək mərkəzlərində aparılan mürəkkəb əməliyyatların yerli mütəxəssislərimiz tərəfindən uğurla gerçəkləşdirilməsi sevindirici haldır.

Təbabətin yeni müalicə üsulları və texnologiyalarının Azərbaycanda tətbiqi baxımından bu Konqres özünəməxsus rolu ilə seçilir. Mötəbər beynəlxalq tibb qurumlarını təmsil edən tanınmış kardioloq alim və cərrahların iştirakı mühüm elmi və praktiki əhəmiyyətə malik tədbirinizin böyük nüfuzunun göstəricisidir.

Ümidvaram ki, kardiologiyanın və ürək-damar cərrahiyyəsinin aktual məsələlərinin Konqresdə geniş müzakirəsi həkimlərimizin öz xarici həmkarları ilə əlaqələrini daha da möhkəmləndirəcək, beynəlxalq təcrübədən qarşılıqlı faydalanmaqla bütövlükdə tibb elminin inkişafına xidmət edəcəkdir", - deyə müraciətdə bildirilib.

Azərbaycanda dövlət qulluqçularının reyestri aparılacaq like
  • 17 May 12:44  
Siyasət Azərbaycanda dövlət qulluqçularının reyestri aparılacaq

Dövlət qulluqçularının reyestri aparılacaq.

arrow Ətraflı
Həmin şagirdlə bağlı Baş Prokurorluq və DİNdən like
  • 17 May 12:42  
Kriminal Həmin şagirdlə bağlı Baş Prokurorluq və DİNdən

Mayın 12-də 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhərind

arrow Ətraflı
1 milyon fələstinli Liviyaya köçürüləcək like
  • 17 May 12:33  
Dünya 1 milyon fələstinli Liviyaya köçürüləcək

ABŞ Prezidenti Donald Trampın administrasiyası Qəzza zolağından 1 milyon f

arrow Ətraflı
Bazar gününün HAVASI like
  • 17 May 12:17  
Digərləri Bazar gününün HAVASI

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca

arrow Ətraflı
Yeni "Quli" peyda oldu  Böyük "müharibə" olacaq  FOTO like
  • 17 May 12:04  
Kriminal Yeni "Quli" peyda oldu Böyük "müharibə" olacaq FOTO

Abxaziyada kriminal aləmin lideri Raul Bartsba və ya Pızanı devirmək üçü

arrow Ətraflı
Ukraynada avtobus PUA ilə vuruldu like
  • 17 May 11:51  
Dünya Ukraynada avtobus PUA ilə vuruldu

Rusiya ordusu Ukraynanın Sumı vilayətinə pilotsuz uçuş aparatları ilə h

arrow Ətraflı
"170 min verib özümə maşın ALDIM" like
  • 17 May 11:39  
Şou-biznes "170 min verib özümə maşın ALDIM"

Müğənni Mənzurə Musayeva maraqlı etiraf edib.

arrow Ətraflı
Bu BÜRCLƏRİN arzuları gerçəkləşəcək like
  • 17 May 11:15  
Digərləri Bu BÜRCLƏRİN arzuları gerçəkləşəcək

May 2025, xüsusilə bəzi bürclər üçün, arzuların gerçəkləşməsi və

arrow Ətraflı
"Tarqovıy"da piyadaların arasında "Prius" sürdülər  VİDEO like
  • 17 May 10:54  
Digərləri "Tarqovıy"da piyadaların arasında "Prius" sürdülər VİDEO

Sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub.

arrow Ətraflı
"Taleyinə uğurunu ailəsi ilə bölüşmək yazılmadı..."  FOTO like
  • 17 May 10:30  
Digərləri "Taleyinə uğurunu ailəsi ilə bölüşmək yazılmadı..." FOTO

Gəncədə döyülərək öldürülən 11-ci sinif şagirdi Elgün İbrahimovun

arrow Ətraflı
Bakıda bəylə gəlin toya metro ilə getdi  VİDEO like
  • 17 May 10:10  
Digərləri Bakıda bəylə gəlin toya metro ilə getdi VİDEO

Sosial şəbəkələrdə yayılan video marağa səbəb olub.

arrow Ətraflı