Zelenski Papa XIV Leo ilə görüşüb
Dünya 18 May 2025 19:25:00 58 0
Ukrayna Prezidenti Volodimir Zelenski və həyat yoldaşı Yelena Zelenska bazar günü Müqəddəs Pyotr Meydanında keçirilən ayinə qatıldılar və daha sonra yeni Papa Leo XIV ilə xüsusi görüş keçiriblər. Bu, yeni seçilmiş pontifikin Rusiya ilə müharibəni bitirmək arzusunu ifadə etməsindən bir neçə gün sonraya təsadüf edirdi.
Bu xəbəri də oxu: Roma Papasının taxta çıxma mərasimi
Papa Leo XIV bildirib ki, Vatikan Ukrayna və Rusiya arasında danışıqlara ev sahibliyi etməyə hazırdır və sülhün bərqərar olması üçün əlindən gələni edəcək. "Müqəddəs Taxt-Tac hər zaman düşmənlərin bir araya gələrək üz-üzə danışması üçün yardım etməyə hazırdır," - deyə Papa vurğulayıb. Vatikanın Dövlət Katibi Kardinal Pietro Parolin isə bu təklifi "mövcud məkan imkanı" kimi xarakterizə edib və Vatikanın sülh danışıqları üçün "uyğun yer" olduğunu bildirib.
Son.az xarici mətbuata istinadən xəbər verir ki, bazar günü Müqəddəs Pyotr Bazilikasında keçirilən ayin zamanı, Papa Leo dünyanın müxtəlif yerlərində müharibələr səbəbilə əziyyət çəkən insanlardan danışaraq qətiyyətli çıxış edib.
"İşgəncə görmüş Ukrayna ədalətli və davamlı sülh danışıqlarını gözləyir," - deyə Leo çıxışının sonunda bildirib. Bu, sələfi Papa Fransiskin daha öncə istifadə etdiyi ifadələrlə səsləşir.
Zelenski sosial şəbəkə paylaşımında Papa Leo XIV-in "xüsusi sözlərinə" görə təşəkkür edib və qeyd edib ki, "hər bir xalq sülh və təhlükəsizlik içində yaşamağa layiqdir". O, Leo ilə görüşdən sonra Vatikana "Ukrayna ilə Rusiya arasında birbaşa danışıqlar üçün platforma təqdim etməyə hazır olduqları üçün" təşəkkürünü bildirib.
Türk serial dünyasında yeni bir səs-küyə səbəb olan iddia gündəmdədir

Tanınmış aparıcı Zümrüd Bədəlova sosial şəbəkədə paylaşım edib.

"Avroviziya 2025" beynəlxalq mahnı müsabiqəsinin yarımfinalında

Mayın 18-də "Sürətin evolyusiyası" layihəsinin ikinci günündə

İstanbulun Sultanbeyli rayonunda bir qrup şəxs mübahisə etdikləri gənci k

İstanbulun Küçükçekmece rayonunda iş adamı H.S.-yə hədə-qorxu gələn

Müğənni Xatirə İslam Gəncədə döyülərək öldürüldüyü iddia edilə

Nigeriyanın cənub-qərbində yerləşən Niger çayında bərənin batması n

Azərbaycan idmançısı Əminə Əliyeva İtaliyanın Peruca şəhərində keç

"Renault 4" modelinin tam ötürücülü (AWD) elektrik versiyası tə

İtaliya Ukraynaya yeni hərbi yardım paketi təqdim edəcək.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, may ayının 19-dan 20
