“Nar”ın dəstəyi ilə hazırlanan Jest dili tətbiqi tezliklə istifadəyə veriləcək
Digərləri 19 May 2025 18:37:00 76 0
Sərfəli mobil operator "Nar"ın, həmçinin bp və tərəfdaşlarının dəstəyi, ADA Universiteti və ADA Universiteti Fondunun təşkilatçılığı ilə jest dili üzrə mobil tətbiqin hazırlanması istiqamətində işlər planlı şəkildə davam etdirilir. Layihənin son rübündə mühüm mərhələyə - məzmunun yaradılmasından tətbiqə inteqrasiya və test prosesinə keçid edilib. Bu təşəbbüs inklüzivliyi təşviq edərək eşitmə və nitq məhdudiyyəti olan şəxslərin digər insanlarla ünsiyyətini asanlaşdırır və onların jest dilini tamamilə ödənişsiz və müəllimə ehtiyac olmadan öyrənməsinə imkan yaradır.
Bu xəbəri də oxu: Abşeronda qadının pansionatdan çıxarılma səbəbi
Yaxın zamanda yekunlaşacaq layihə çərçivəsində "Karlara Dəstək" İctimai Birliyinin dəstəyi ilə hazırlanan tədris məzmunu test mühitinə inteqrasiya edilib, server və verilənlər bazası üzrə işlər demək olar ki, tamamlanıb, AWS platformasında yerləşdirmə prosesi icra olunub. Eyni zamanda, tətbiqin əsas funksiyaları test üçün hazır vəziyyətə gətirilib, UI/UX dizayn elementləri yekunlaşdırılıb. İlkin mərhələdə planlaşdırılandan daha çox söz və tədris səhifəsi hazırlanaraq hədəfə doğru davamlı irəliləyiş təmin olunub. Qeyd edək ki, jest dili üzrə bu mobil tətbiqin hazırlanması layihəsinə "Nar"ın da qoşulması onun inklüziv cəmiyyətin qurulmasına yönəlmiş fəaliyyətindən irəli gəlir. Layihə bu sahədə başladığımız işlərin davamı olaraq, ölkədə işarət dilinin tədrisi və əlilliyi olan şəxslərin informasiya əlçatanlığına dəstək məqsədi daşıyır. Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən "Nar" son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Müğənni Əminə Şirin açıqlamasına görə onu qınayanlara cavab verib.

Beynəlxalq Muzeylər Günü münasibətilə Arts Council Azerbaijan QHT-si əfs

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-M

Lənkəranda qadın sürücü minik avtomobilinin yük hissəsində 3 azyaşlın

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Bu gün Azərbaycanın xüsusi xidmət orqanlarının tanınmış nümayəndəsi

Məhkəmə-Hüquq Şurasının 20 illik yubiley medalı təsis ediləcək.

Mayın ikinci yarısı bir sıra bürclər üçün xüsusilə uğurlu vəd edir.

Türkiyə və ABŞ-ın Suriya üzrə işçi qrupunun görüşü sabah Vaşinqton

Bu ilin yanvar ayında formalaşmış Sumqayıt Şəhər Bələdiyyəsinin sədr

Azərbaycanın aparıcı xəbər portallarından biri olan Day.Az Cənubi Qafqaz

Son dövrlər çox insanlar gəlir əldə etmək istəyərkən əslində illərl

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin

Səma hadisələri may ayının sonuna qədər bəzi bürclər üçün emosional
