Gecə öskürəyinin əsl səbəbi üzə çıxdı Dişlərini udurmuş
Digərləri 20 May 2025 17:20:00 482 0
İstanbulun Küçükçekmece rayonunda yaşayan 41 yaşlı E.Ö. gecə saatlarında şiddətli öskürək və nəfəs darlığı ilə yuxudan oyanaraq xəstəxanaya müraciət edib. Müayinələr nəticəsində kişinin iki implant dişini yatarkən udduğu və onların nəfəs yollarında ilişib qaldığı müəyyən olunub.
Bu xəbəri də oxu: Gözümüzə baxıb xəstəliyimizi tapacaqlar Tibbdə yeni era
Son.az xəbər verir ki, hadisə ötən ay baş versə də, həkimlərin açıqlaması və bronxoskopiya görüntüləri bu günlərdə ictimaiyyətə təqdim olunub. E.Ö. səhər güzgüyə baxdığında ön iki dişinin yerində olmadığını görüb və təngnəfəslik hiss etdiyi üçün dərhal xəstəxanaya gedib. Bakırköydəki xəstəxanada aparılan görüntüləmələr zamanı sol bronxda yad cisim - dişlər - aşkar edilib.
Pasiyent daha sonra başqa xəstəxanaya köçürülüb. Burada dosent doktor Efsun Qonca Uğur Çounun rəhbərliyi ilə bronxoskopiya əməliyyatı icra olunub və implant dişlər uğurla çıxarılıb.
Dos. Dr. Çoun bildirib ki, tənəffüs yollarına yad cisim daxil olduqda xəstələr bunu bəzən hiss etməyə bilər: "Xəstələr nəfəs darlığı və öskürəklə müraciət edir, lakin problemin səbəbi yad cisim ola bilər. Əgər bu vəziyyət vaxtında müdaxilə olunmasa, tənəffüs yollarının ventilyasiyası pozula və ciddi ağırlaşmalar - hətta sətəlcəm və bronx genişlənməsi - baş verə bilər."
"Abzas Media" əməkdaşlarının cinayət işi üzrə məhkəmə pros
ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun alimləri süni intellekt sahəs
Tarix elmləri namizədi, arxeoloq Qoşqar Qoşqarlı vəfat edib.
Postsovet məkanında coğrafiya ilə tarix arasında davam edən gərginlik uni
ABŞ-da keçirilən tibb konfransında təqdim edilən yeni araşdırma tualetd
Ali təhsil yalnız diplom almaq üçün deyil, insan kapitalı formalaşdırmaq
Sabirabadda qətl hadisəsi baş verib.
Müğənnilər Qumral və Kəmalə Nəsibova arasında qalmaqal pik həddə çat
Biz bu gün Macarıstanın köhnə dostunu görürük. Dost dar gündə tanınar
Türkiyənin xarici işlər naziri Hakan Fidan mayın 25-də Moskvaya rəsmi sə
Bakıda qopan qulaq 34 saat sonra yerinə tikildi.
Bakının Nərimanov rayonunda yerləşən məşhur "Şəki" restoran
Müğənni Günel Zeynalovanın məclislərin birindən görüntüsü yayılı
Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə
Xarici ölkədən avtomobil gətirib Dövlət Yol Polisi İdarəsində ilkin qey
