Süni intellekt hər kəs üçün: Samsung, Galaxy A56 5G, A36 5G və A26 5G modellərini təqdim edir
Digərləri 22 May 2025 10:00:00 66 0
Mobile World Congress 2025 sərgisində Samsung qarşısına qoyduğu məqsədləri reallığa çevirərək, yalnız yüksək texnologiyaları əlçatan etməklə kifayətlənməyib, həm də daha geniş kütləyə süni intellekti tanıtdı. Belə ki, şirkətin təqdim etdiyi yeni orta seqment smartfonları - Galaxy A56 5G, A36 5G və A26 5G - dizayn, güclü texniki göstəricilər və indiyə qədər yalnız premium flaqmanlarda mövcud olan "smart" funksiyaları özündə birləşdirir.
Bu xəbəri də oxu: “Mənə 6000 maaş veriləcəyini dedi” STP əməkdaşı iş yoldaşını aldadıb
Dizayn - artıq sadəcə görünüş deyil
Yeni A seriyalı smartfonlar görünüş baxımından premium modellərlə maksimum dərəcədə yaxınlaşdırılıb: minimalist korpus, parlaq səthlər və axarı xətlər. A56 5G və A36 5G cəmi 7,4 mm qalınlığa və 200 qramdan az çəkiyə malikdir. Burada təqdim olunan rəng palitrası canlı, lakin zövqlüdür - Samsung bu cihazları bir neçə mövsüm vizual cəhətdən aktuallığını itirməyəcək şəkildə hazırlayıb.
Awesome Intelligence - hər kəs üçün yeni süni intellekt standartı
Yeni A seriyasının əsas özəlliyi - Awesome Intelligence adlanan süni intellekt alətlər toplusudur. Sözü gedən bu funksiyalar əvvəllər yalnız Galaxy S seriyasında mövcud idi:
Circle to Search with Google - ekrandakı obyektin üzərinə basaraq və ya dairəvi hərəkət ilə ani axtarış; Object Eraser - fotoşəkillərdə arzuolunmaz obyektləri redaktə izləri olmadan silinməsi; Best Face - bir neçə kadrı birləşdirərək ideal qrup fotosu yaradır; AI əsaslı gecə rejimi - ön kamera indi tam funksiyalı gecə çəkiliş rejiminə malikdir.Bu yeniliklər A seriyasını tələbələr, gənc mütəxəssislər və flaqman fünksiyalarına malik smartfona daha az ödəyərək, yüksək səviyyəli funksionallıq axtaran istifadəçilər üçün daha da cəlbedici edir.
Oyun və yaradıcılıq üçün kifayət edən yüksək performans
Texniki baxımdan Samsung etibarlılığa üstünlük verərək, yeni smartfonlarda gündəlik istifadə və orta-yüksək qrafikalı oyunlar üçün ideal olan, Exynos 1480 (A56 5G) və Snapdragon 6 Gen 3 (A36 5G) prosessorlarından istifadə etmişdir. Burada, RAM həcmi 8 GB-a qədər artır, yaddaş isə microSD kartlarla genişlənir. 5000 mAh tutumlu batareya və 45 vatt sürətli şarj dəstəyi isə bu seqmentdə nadir rast gəlinən üstünlüklərdəndir.
Ekran və suya davamlılıq - artıq eksklüziv deyil
6,7 düymlük Super AMOLED ekran - bu qiymət aralığında 2025-ci il üçün maksimum göstəricilərdir. Suya və toza qarşı IP67 standartı ilə qorunma indi A26 5G modelində də mövcuddur. Bu, aktiv həyat tərzi olan və hər gün istifadə üçün dayanıqlı cihaz axtaranlar üçün mühüm üstünlükdür.
Sosial şəbəkə reallığına uyğun fotolar
Əsas kamera 50 MP, ultra-geniş bucaq modulu 12 MP (A56 5G), HDR dəstəkləyən ön kamera - bu əla fotoşəkillərin və videoların əldə edilməsi üçün mükəmməl triodur. Samsung təkcə meqapiksellərə deyil, həm də AI əsaslı şəkil emalına önəm verir, belə ki, gün batımı, konsert və ya klub selfiləri kimi çətin çəkiliş şəraitlərində belə, nəticələr yüksək keyfiyyətlidir.
Nəticə: A seriyası kölgədən çıxaraq, smartfon anlayışını tamamilə dəyişir
Samsung sübut edir ki, "orta seqment" artıq kompromis demək deyil. Galaxy A56 5G, A36 5G və A26 5G modelləri sadəcə balanslı funksiyalar deyil, həm də yeni keyfiyyət, təhlükəsizlik və intellektual imkanlar təqdim edir. Bu, bütövlükdə mobil sənaye üçün ciddi çağırışdır.
Bu gün Şahbuz rayonu Daylaqlı kəndində qaz təchizatında fasilə yaranacaq

Akademik Rafael Hüseynovun 525-ci qəzetdə məqaləsi dərc edilib.

Bu gün Egey dənizi sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb.

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Sinə böyütmək yox, orqan bərpası - plastik cərrahlar üçün yeni dövr b

Xalq şairi Ramiz Rövşənin səhhətində problem yaranıb.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı Patrik Züskindin "

Komanda yoldaşlarımın və mənim iqtidara gəlmək hədəfimiz yoxdur, məqs

Stomatoloji müəssisələr üçün 1800 manatlıq "plan" öhdəliyi t

Son.az xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatçılar altı il

Müğənni Manaf Ağayev və həmkarı Pərvin Lətifov arasında efirlərin bir

Hazırda ölkənin 51 ali təhsil müəssisəsində 190 minə yaxın tələbə t

Çinli tələbə Xu Yanq 3D çap texnologiyası ilə hazırlanmış mikrodronu s

Beynəlxalq arxeoloqlar qrupu Yava adası yaxınlığında Madura boğazının d
