“12 yaşlı oğluma zərbələr endirərək zorla harasa aparmağa çalışıblar”
Digərləri 23 May 2025 08:25:00 79 0
Bərdə rayonunda imtahandan qayıdan 12 yaşlı Hüseynxanlı Altay 45-50 yaşlarında iki kişi tərəfindən hücuma məruz qalıb.
Bu xəbəri də oxu: Təhsil sistemində sərt qərar: Daha 3 məktəb direktoru işdən çıxarıldı
Son.az xəbər verir ki, bu barədə Bakues.az məlumat yayıb.
Altayın anası Aydan Quliyevanın sözlərinə görə, imtahana gedən oğlu 17 may saat 16:00-17:00 radələrində tanımadıqları iki kişi tərəfindən fiziki zorakılıqla üzləşib: "Oğlum imtahandan qayıdanda Cəfər Cabbarlı küçəsində dostu və sinif yoldaşı ilə görüşərək bir az vaxt keçiriblər. Dostu oğlumu evə yola salmaq üçün küçəylə bərabər gələndə eyni yaşlarda olan bir uşaq onlara sataşıb. Oğlumu və dostumu söyüb, nalayiq əl hərəkəti edib. Oğlum həmin uşağa yaxınlaşaraq söyməyinin səbəbini soruşub. Uşaq oğlumu itələyib və şillə vurub. Oğlum da cavab olaraq ona şillə vurub. Evləri yaxınlıqda yerləşən uşaq qaçaraq, atasına xəbər verib. 52 yaşlı ata təxminən 40-45 yaşlı xalası oğlu ilə "Mersedes" markalı maşınla oğlumun dalınca düşüblər. Oğlumu saxlayandan sonra onun şillə vurub-vurmadığını soruşublar. Oğlum da "Hə, əmi, vurmuşam. Biz yolu keçəndə bizi söydü, sonra isə mənə əl atdı", - cavabını verib.
Bundan sonra həmin şəxslər maşının qapısını açaraq, uşağımı tutmaq istəyəndə qaçıb. Onlar oğlumu əvvəl maşınla, sonra isə piyada Alaçadırlı kəndinə kimi qovalayıblar. Həmin şəxslərdən qaçan oğlum bir mağazaya girib. Lakin onlar oğlumu mağazadan zorla çölə çıxarıb, belinə və başına zərbələr endiriblər. Daha sonra isə zorla harasa aparmağa çalışıblar. Lakin kəndin sakinləri uşağımı onların əllərindən almağı bacarıblar".
Valideyn qeyd edib ki, övladı yaşadığı bu hadisədən sonra qorxu içində yaşayır. O, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini də əlavə edib: "Ölkəmizdə uşaq hüquqları qorunur. Ölkəmiz dərəbəylik deyil ki, hər yoldan keçən uşaqlara psixoloji travma yaşatsın. Oğlum evə çox pis vəziyyətdə gətirildi. Yekə kişilərin azyaşlı uşağı bu hala salması nə dərəcədə doğrudur?! Əgər uşağımın səhvi varsa, üzr istəməyə hazırıq. Lakin 40-50 yaşlı kişilərin 12 yaşlı uşağa bu cür qorxu yaşatması qəbuledilməzdir. Övladım hazırda qorxuyla yaşayır, gecə yatdığı yerdə qışqırır. Xahiş edirəm ki, uşağıma bu halı yaşadanlar öz cəzasını çəksin". --------
DİN-in Mətbuat Xidmətinin Bərdə Regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı sorğumuza cavab olaraq bildirib ki, məsələ ilə bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılıb və əməldə kriminal tərkib olmadığı müəyyən edilib.
Mövzuya aid videogörüntünü təqdim edirik: Son.az
Bakı metrosunda veyplərin təhlükələri barədə sosial reklamlar yayımlan

Bir çoxumuz bəzən heç düşünmədən dost-tanışımıza zaminlik edirik. K

Xalq artisti Röya Ayxan Kann Film Festivalında qırmızı xalıya çıxıb.

Texnologiya nəhəngi "Xiaomi" 2025-ci ilin iyun ayından etibarən ye

Kağız dəsmallar yalnız əlləri qurulamaq və təmizlik üçün deyil.

Yarığı olan cins ətək 2025-ci ilin yaz və yay mövsümünün əsas dəb tr

Şirəli gilas və ya onun şirəsi yuxusuzluq üçün təbii bir müalicə vasi

"Google" təxminən 2 milyard Gmail istifadəçisini xəbərdar edib.

Əməkdar artist Elza Seyidcahan şəxsi həyatı ilə bağlı sualları cavabla

Gələn ay ABŞ-nin Texas ştatının Ostin şəhərində "Tesla" şir

Efirlərin birində qonaq olan müğənni Bəturə Hüseynovanın başına iş g

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Azərba

Xəbər verdiyimiz kimi, reklam daşıyıcılarının əhatə dairəsi genişlə
