"Əlimyandı" adı ilə satışa çıxan ucuz maşınlar Rəqəm oyunu
Digərləri 23 May 2025 11:12:00 81 0
Avtomobil qiymətləri aşkar şəkildə manipulyasiya edilir. Redaksiyamıza daxil olan şikayət də bunu deməyə əsas verir. Adını açıqlamaq istəməyən şəxs bildirib ki, sosial şəbəkələrdə "əlimyandı", "cekpot" adı ilə həddindən artıq ucuz qiymətə təqdim olunan elanlar başdan ayağa saxtakarlıqdır.
Bu xəbəri də oxu: Sinif otağın "arenda"ya verən kim, "Son zəng"ə pul yığan kim İşdən çıxarılan direktorlarla bağlı FAKTLAR FOTO
"Ucuz qiymətə BMW modelləri satışa çıxarmışdılar, salona getdim, dedilər "satılıb, başqa modellərimiz var", elan isə avtomobil alqı-satqı saytında baha qiymətə qalırdı, maşının sahibi də deyir ki, maşın satılmayıb ancaq oradakı qiymətə deyil. Bu artıq ikinci dəfədir baş verir. Həmçinin digər alıcılar da deyir ki, bu kimi elanlara aldanıb zəng edirsən ya zəngə cavab verilmir, ya da deyilir ki, satılıb", - şikayətçi Son.az-a müraciətində qeyd edib.
Kiçik araşdırma nəticəsində məlum olub ki, deyilənlərdə yalan payı yoxdur. Belə ki, bu kimi elanların məqsədi alıcını salona cəlb etmək, qiymətləri manipulyasiya etməkdir. Onlar qiyməti bu dərəcədə salaraq avtomobil sahiblərindən maşınları ucuz qiymətə alaraq özləri sonradan daha yuxarı qiymətə satmağa çalışırlar. Bu kimi hallar Türkiyədə də yaşanıb. Saxta elanlarla qiymətləri manipulyasiya edən şəxslər bir müddət sonra polis tərəfindən saxlanılaraq həbs edilib.
Ekspertlər xəbərdarlıq edir ki, ikinci əl avtomobil alarkən xüsusilə diqqətli olmaq lazımdır. Ucuz qiymətə aldanaraq qaranlıqda və ya tələsik şəkildə maşın almaq alıcını ciddi maddi ziyana sala bilər. Bəzi avtomobillərin detalları ya çox bahadır, ya da ümumiyyətlə tapılmır. Bu səbəbdən alıcılar qiymət deyil, maşının texniki vəziyyətinə əsasən qərar verməlidir.
İslam Son.az
Astroloqlar ən xarizmatik 3 bürcü açıqlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də Türk Döv

Qadının ayaqları tez-tez diqqət çəkir, amma kişinin ayaqları da göz ox

"Yol-nəqliyyat hadisələrinin baş verməməsi həm sürücülərdən, h

Çinin "BYD" şirkəti aprel ayında Avropada 7 min 231 elektrikli ma

"Bu il mayın 20-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin Macarı

İyun 2025-ci ilə qədər olan dövrdə bürclər arasında həyatını dəyiş

Bakıda üç məktəb direktoru işdən azad olunub.

Xaçmaz rayonunda atası Hacıkərim Nəmətovu öldürməkdə təqsirli bilinə

Bülbülə gölünün ətrafında bulvar salınır, artıq işlər sürətli ş

Azərbaycanda beynəlxalq axtarışda olan Tacikistan vətəndaşı, iri narkoti

Məktəb direktoru tərəfindən təhdid edilən müəllimə "Xəzər Xəb
