YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının dəstəyi ilə SanktPeterburq şəhərində “Azərbaycan muğamı” konsert tədbiri təşkil edilib
Kriminal 23 May 2025 20:06:00 76 0
28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə 21 may 2025-ci il tarixində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində təşkil olunmuş rəsmi qəbul çərçivəsində YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının və Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsulluğunun birgə təşkilatçılığı ilə "Azərbaycan muğamı" konsert tədbiri keçirilib.
Bu xəbəri də oxu: Ələsgər Abbasovun doğum gününə həsr olunmuş "Bakı görüşü" adlı konsert keçirilib FOTO
Tədbirdə Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət və hökumət rəsmiləri, Sankt-Peterburq hökumətinin nümayəndələri, Sankt-Peterburqun Qanunvericilik Məclisinin deputatları, diplomatik korpusun rəhbərləri, Azərbaycan diasporunun üzvləri, azərbaycanlı mədəniyyət və incəsənət xadimləri, politoloqlar, tələbələr və kursantlar, mətbuat nümayəndələri iştirak etdi.
Tədbirin məqsədi Azərbaycanın qeyri-mədəni irs nümunəsi olaraq YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Reprezentativ Siyahısına daxil edilmiş muğamın təbliği və geniş auditoriyada tanıdılması idi. Konsert proqramında Azərbaycan Respublikasının əməkdar artisti Təyyar Bayramovun rəhbərliyi ilə Beynəlxalq Muğam Mərkəzinin incəsənət nümayəndələri Günay İmamverdiyeva, Altay Niftəliyev və Araz Ağaverdiyevin ifasında milli musiqimizin əvəzsiz nümunələri olan "Sarı gəlin", "Küçələrə su səpmişəm", "İrəvanda xal qalmadı" xalq mahnıları, "Sizə salam gətirmişəm", "Vətən gözəl", "Şuşanın dağları", "Azərbaycan oğluyam", "Qarabağ", "Yaşa, mənim xalqım" bəstəkar mahnıları və milli musiqimizin digər əvəzsiz nümunələri qonaqlar tərəfindən gurultulu alqışlarla qarşılandı. Tədbir çərçivəsində Azərbaycanın milli musiqi alətləri, milli geyimləri və xalçaları nümayiş olundu, ölkəmizin zəngin musiqi mədəniyyətindən və xalçaçılıq sənətindən bəhs edən kitabların sərgisi keçirilmiş, eləcə də qonaqlara Azərbaycanın milli mətbəxinin nümunələri təqdim edildi.
Paytaxtın Səbail rayonu Bayıl qəsəbəsində qayda pozan piyada sürücüyə

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ar

"Avropa Siyasi Birliyi" sammitinin 2028-ci ildə Azərbaycanda keçiri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respu

Yeni doğulan uşağın ölümü ilə bağlı açılan cinayət işi üzrə Lən

Əməkdar artist Nüşabə Ələsgərli həmkarı Vasif Məhərrəmlinin onun ha

Fövqəladə Hallar Nazirliyi bəzi bölgələrdə gözlənilən hava şəraiti

Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi

Xaçmazda evə sərxoş gələn qayınata gəlinini döyüb.

ABŞ prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında ən böyük hərbi ə

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX)

Əməkdar artist Dilarə Əliyeva İzzət Bağırovla bağlı yol əhvalatını

Mayın 24-ü axşam və 25-də Bakıda və Abşeron yarımadasında, eyni zamand

Sabah bir sıra yollarda avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiy
