Kombi erası başa çatır: Vətəndaşların xeyri nə olacaq?


Digərləri 25 May 2025 11:25:00 83 0

Kombi erası başa çatır: Vətəndaşların xeyri nə olacaq?

"İstilik təchizatı haqqında" yeni qanun layihəsi hazırlanıb. Qanun layihəsinə əsasən, bundan sonra tikiləcək mənzillərdə mərkəzi istilik sistemləri quraşdırılacaq. Bu reallaşarsa, daha yeni tikilən binalardakı mənzillərdə kombi quraşdırılmasına ehtiyac olmayacaq.

Son.az xəbər verir ki, qanun layihəsinə əsasən, çoxmənzilli yaşayış binalarında hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasının nəzərdə tutulmasına yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilən hallarda yol verilir. Halların mövcudluğuna hər bir bina üzrə Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikinti layihələrinin ekspertizadan keçirilməsi zamanı baxılır. Çoxmənzilli yaşayış binalarının şəbəkəyə qoşulması və ya həmin şəbəkədən ayrılması yalnız binanın mənzil mülkiyyətçiləri və ya onları təmsil edən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti, ixtisaslaşmış istehlak kooperativi, idarəedici təşkilatın paylayıcıya yazılı müraciəti əsasında həyata keçiriləcək. Qanun qüvvəyə mindikdən sonra şəbəkəyə qoşulan və şəbəkə vasitəsilə istilik təchizatı təmin edilən çoxmənzilli yaşayış binalarında ayrı-ayrı mənzillər üzrə təbii qaz ilə qidalanan fərdi istilik sistemlərinin quraşdırılmasına və istismarına yol verilməyəcək.

"Həm vətəndaşların, həm də büdcənin yükü azalacaq"

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyev bu sahədə müəyyən problemlər olduğunu bildirdi: "Təəssüflər olsun ki, mərkəzi istilik təchizatının təmin edilməsi ilə bağlı çox ciddi problemlər yaşanmaqdadır. Bu sahədə nəzarət mexanizmi o qədər də güclü deyil. O səbəbdən yeni tikilmiş binalarda mərkəzi istilik sistemi təmin edilməyib. Yeni qanunun əsas məqsədlərindən biri bundan sonra mərkəzləşdirilmiş istilik təchizat sisteminin təmin edilməsidir".

N.Həmzəyev düşünür ki, yeni qanun vətəndaşlar üçün sərfəlidir: "Qanun layihəsi çox mütərəqqidir. Olduqca müsbət yanaşmalar var. Xeyli problemlər aradan qaldırılacaq. Ümid edirik ki, bu sistem yeni yanaşmalarla qurulacaq. Çünki belə olmazsa, subsidiyalara ehtiyac olacaq. Bu isə hökumətin yükünü artıracaq. Yeni texnologiyalara əsaslanan istilik sistemləri quraşdırılmalıdır ki, vətəndaşların ödəyəcəkləri pul hazırda istilik üçün ödədikləri sərfiyyata yaxın olsun. Çalışmalıyıq ki, vətəndaşların büdcəsinə xeyir etsin".

Məhəllə tipli istilik sistemləri olacaq

Deputatın sözlərinə görə, qanun qüvvəyə mindikdən sonra tikilən binalarda məhəlli tipli sistem mərkəzləşdirilmiş istilik sistemləri yaradılacaq: "Mərkəzi istilik sisteminin quraşdırılması mümkün olan yerlərdə həyata keçiriləcək. Yeni tikiləcək binalara aid olacaq. İstilik sistemləri ya mərkəzi, yaxud da komplekslər üzrə ola bilər. Daha böyük əraziləri əhatə edən istilik sistemlərinin quraşdırılması uyğun deyil. Çünki yenidən boruların çəkilməsi, baş verə biləcək qəzalar, problemlər nəzərə alınmalıdır. O səbəbdən məhəllə tipli istilik sistemlərinin quraşdırılmasına üstünlük veriləcək".

"Kombi sistemlərinə nəzarət artırılmalıdır"

Bakıda söküntü zamanı insident: Şirkətin ekskavatoru yandırıldı like
  • 25 May 11:18  
Digərləri Bakıda söküntü zamanı insident: Şirkətin ekskavatoru yandırıldı

"PİLOT-16" MMC-nin ekskavatorunu "molotov kokteyli" ilə ya

arrow Ətraflı
“Bir millət, iki dövlət”  daim bir, bütöv  Əminə Ərdoğan like
  • 25 May 11:04  
Siyasət “Bir millət, iki dövlət” daim bir, bütöv Əminə Ərdoğan

VII Etnoidman Mədəniyyət Festivalında Qarabağ atlarının qəlblərə toxun

arrow Ətraflı
Prezident İlham Əliyev Misir Senatının sədrini qəbul edib  FOTO like
  • 25 May 10:52  
Siyasət Prezident İlham Əliyev Misir Senatının sədrini qəbul edib FOTO

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

arrow Ətraflı
Kolumbiyada tələbə avtobusu qəzasında 10 nəfər ölüb like
  • 25 May 10:47  
Dünya Kolumbiyada tələbə avtobusu qəzasında 10 nəfər ölüb

Kolumbiyanın qərbində tələbələri daşıyan avtobusun baryerə çırpılma

arrow Ətraflı
"Çərçivəni keçmədən zamanın nəbzini tutmağa çalışıram"  Samirədən ETİRAF like
  • 25 May 10:32  
Şou-biznes "Çərçivəni keçmədən zamanın nəbzini tutmağa çalışıram" Samirədən ETİRAF

Müğənni Samirə ƏliMəryəm verilişlərə getməməsinin səbəbini açıql

arrow Ətraflı
Prezident İordaniya Kralına təbrik ünvanlayıb like
  • 25 May 10:25  
Siyasət Prezident İordaniya Kralına təbrik ünvanlayıb

Prezident İlham Əliyev İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynə təb

arrow Ətraflı
Prezident İlham Əliyev Ukraynanın xarici işlər nazirini qəbul edib  FOTO like
  • 25 May 10:03  
Siyasət Prezident İlham Əliyev Ukraynanın xarici işlər nazirini qəbul edib FOTO

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

arrow Ətraflı
Xankəndidə 51 abituriyent qəbul imtahanı verir like
  • 25 May 09:54  
Digərləri Xankəndidə 51 abituriyent qəbul imtahanı verir

Bu gün 51 abituriyent Xankəndi şəhərində II və III ixtisas qrupları üzr

arrow Ətraflı
Mayın 25də Günəşdə güclü partlayış baş verib like
  • 25 May 09:38  
Dünya Mayın 25də Günəşdə güclü partlayış baş verib

Mayın 25-də Günəşdə yüksək enerji səviyyəli - X sinifinə aid güclü

arrow Ətraflı
Rusiyada güclü zəlzələ oldu like
  • 25 May 09:25  
Digərləri Rusiyada güclü zəlzələ oldu

Rusiyada 5,4 maqnitudalı zəlzələ qeydə alınıb.

arrow Ətraflı
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək like
  • 25 May 09:12  
Digərləri Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 25-də II və III ixtisas qrupl

arrow Ətraflı
Yeni qanunla sosial media reklamı tənzimlənir  Nələr dəyişəcək? like
  • 25 May 08:48  
Digərləri Yeni qanunla sosial media reklamı tənzimlənir Nələr dəyişəcək?

Azərbaycanda sosial mediada reklam fəaliyyəti ilə bağlı yeni qanunvericili

arrow Ətraflı
Gələcəyin döyüşçüləri  Çində robotlar döyüşdürüldü  VİDEO like
  • 25 May 08:08  
Digərləri Gələcəyin döyüşçüləri Çində robotlar döyüşdürüldü VİDEO

Çində keçirilən texnologiya yarmarkasında maraqlı hadisə baş verib.

arrow Ətraflı
Ayan sevgisindən danışdı like
  • 25 May 07:07  
Şou-biznes Ayan sevgisindən danışdı

Müğənni Ayan Babakişiyeva sevgi etirafı ilə gündəmə gəlib. 

arrow Ətraflı
Ən uzunömürlü avtomobil markaları like
  • 25 May 06:06  
Digərləri Ən uzunömürlü avtomobil markaları

Reytinqə həm köhnə modellər, həm də davamlılığı ilə təəcübləndir

arrow Ətraflı