İtaliya Prezidenti İlham Əliyevi təbrik edib
Siyasət 27 May 2025 12:49:00 338 0
İtaliya Prezidenti Sercio Mattarella azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu göndərib.
Son.az-ın məlumatına görə, məktubda deyilir:
"Zati-aliləri.
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə təbriklərimi, dost Azərbaycan xalqına firavan gələcəklə bağlı ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Xalqlarımız arasında mövcud olan ənənəvi dostluq münasibətləri əməkdaşlığımızın möhkəm təməlini təşkil edir. Son illərdə əlaqələrin getdikcə intensivləşməsi, xüsusilə də ötən ilin sentyabr ayında Sizin Romaya etdiyiniz dəyərli səfər münasibətlərimizin gələcəyinə inamla baxmağa imkan verir. Bu isə ortaq maraq doğuran bir çox sahələrdə strateji tərəfdaşlığın daha da inkişafı üçün ideal zəmin yaradır.
Daimi dialoq və qarşılıqlı anlayış həm ikitərəfli səviyyədə, həm də Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlər kontekstində İtaliya tərəfindən ardıcıl olaraq təşviq olunan vasitələrdir. Məqsədimiz bugünkü mürəkkəb beynəlxalq şəraitdə yaxşı qonşuluq əlaqələrini, regional sabitliyi və ümumi inkişafı dəstəkləməkdir.
Cənab Prezident, bu əlamətdar gün münasibətilə İtaliya Respublikası adından və şəxsən öz adımdan Sizə və bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram".
Səyyah Xristofor Kristofer Kolumb bir dəfə gəmilərini təmir etdirmək üç
31 may saat 11:00-da Opera studiyasında "İşıqlı Sirk" adlı teatr
Uzun illər DİN BDYPİ-nin qeydiyyat-imtahan və texniki baxış şöbəsin
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın ra
Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevə təbr
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerdən Az
Bakıda və Abşeron yarımadasında mayın 28-də hava şəraitinin dəyişkən
Aşıq Namiq Fərhadoğlu açıqlaması ilə diqqət çəkib.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind
Sosial mediada dəbdəbəli həyat tərzi və rəngarəng çıxışları ilə ta
Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə
Bəzi ev bitkilərinin gözoxşayan görüntüsünün arxasında ciddi sağlaml
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın ka
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın El
