Andjey Duda İlham Əliyevə təbrik ünvanlayıb
Siyasət 27 May 2025 20:21:00 392 0
Polşa Respublikasının Prezidenti Andjey Duda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Polşa Respublikası və Polşa xalqı adından, həmçinin öz adımdan Sizə, ölkənizə və onun bütün vətəndaşlarına təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Şadam ki, Polşa Respublikası ilə Azərbaycan Respublikası arasında çox yaxşı və mehriban ikitərəfli münasibətlər son illərdə geniş vüsət alıb.
Keçən il COP29 iqlim konfransında Bakıda olmağımı və Sizinlə şəxsi görüşümüzü məmnunluqla xatırlayıram. Belə böyük bir tədbirin uğurla keçirilməsi Azərbaycanın dinamik şəkildə artan imkanlarının və əhəmiyyətinin ən gözəl nümunəsidir.
Polşa Azərbaycanı Cənubi Qafqaz regionunda mühüm tərəfdaş kimi qəbul edir və biz Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyirik. Mən qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişaf etdirilməsində və onun ölkələrimizin daim artan iqtisadi potensialına uyğun səviyyəyə yüksəldilməsində xüsusilə maraqlıyam. Bundan əlavə, Polşanın istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avropa İttifaqı və Şərq Tərəfdaşlığı formatında ölkələrimiz üçün faydalı əməkdaşlığın bütün sahələrinin daha da inkişafına daim hazır olduğuna Sizi əmin etmək istəyirəm.
Sizə cansağlığı, ölkənizin hərtərəfli inkişafında bol-bol uğurlar, Azərbaycan Respublikasının bütün sakinlərinə firavanlıq və əmin-amanlıq arzulayıram". Son.az
Gürcüstanın Prezidenti Zati-aliləri cənab Mixeil Kavelaşvili Azərbaycan R
Tədbirdə nəqliyyat sahəsində yaşıl texnologiyaların tətbiqi, bu sahəd
Baku TV-nin "Qapqara" verilişinin budəfəki qonağı meyxana ustası
Son.az AZƏRTAC-a istinadən bildirir ki, mayın 27-də Laçında Azərbaycan Re
Albaniya Respublikasının Prezidenti Bayram Beqay Azərbaycan Respublikasının
Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycan Respublikasının
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley
Türkiyənin Şırnak rayonunda mayın 24-də baş verən qəza ağır itkilər
Əməkdar artist Coşqun Rəhimov "Günaydın, Azərbaycan" verilişin
Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avr
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezi
1918-ci il mayın 28-i Azərbaycan xalqının dövlətçilik tarixində dönüş
Müğənni Zenfira İbrahimova ilk dəfə evinin qapısını kameraların obyekt
Son.az xəbər verir ki, Laçında Azərbaycan Respublikasının Prezidenti İl
Ankara mərkəzli 16 il davam edən əməliyyat nəticəsində dövlət qurumlar
