Kamaləddin Qafarov: “Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik dövləti idi”


Digərləri 28 May 2025 11:50:00 109 0

Kamaləddin Qafarov: “Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik dövləti idi”

"Bu il Azərbaycan xalqı Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 107-ci ildönümünü qeyd edir. Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il may ayının 28-də istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini bütün dünyaya nümayiş etdirmişdir".

Bu sözləri AXC-nin yaranmasının 107-ci ildönümü münasibətilə mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat xatırladıb ki, Cümhuriyyətin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. "Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci ilin may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi Konstitusiya aktı statusuna malik olan ilk hüquqi sənəd - İstiqlal Bəyannaməsində müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan olundu, onun hakimiyyətinin şamil edildiyi ərazinin hüdudları müəyyənləşdirildi və dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapdı. Cəmi 23 ay mövcud olmuş AXC müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır."       

K.Qafarov  xüsusi olaraq vurğulayıb ki, Cümhuriyyətin yaradıcılarına ən böyük dəyəri məhz Ümummilli Lider Heydər Əliyev vermişdir: "Keçən əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu bəyan etmişdir. AXC-nin öz istiqlalını dünyaya yaydığı 28 May günü də ölkəmizdə Respublika günü kimi hər il təntənə ilə qeyd edilir. Lakin bütün bunlar bu gün olmaya da bilərdi. 1991-1993-cü illərdə ölkəmizdə cərəyan edən hadisələr Azərbaycanı yenidən öz müstəqilliyini itirmək, hətta vahid bir dövlət kimi yox olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Azərbaycan  Xalq Cümhuriyyətinin  yaranmasının 80 illiyi də məhz Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə olaraq 1998-ci ildə dövlət səviyyəsində geniş qeyd olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti özünün fəaliyyəti dövründə düzgün siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərmişdir. Məhz bunun nəticəsi olaraq, Xalq Cümhuriyyəti dünya birliyi tərəfindən tanınmış və Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra ölkəmizin bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını almışdır".

Gürcüstanın daxili işlər naziri istefa VERDİ like
  • 28 May 11:37  
Dünya Gürcüstanın daxili işlər naziri istefa VERDİ

Gürcüstanın Baş nazirinin müavini, daxili işlər naziri Vaxtanq Qomelauri

arrow Ətraflı
Hüseynbala Mirələmovun qardaşı oğlunun cinayət işinə görə o da like
  • 28 May 11:25  
Kriminal Hüseynbala Mirələmovun qardaşı oğlunun cinayət işinə görə o da

Sabiq deputat Hüseynbala Mirələmovun qardaşı oğlunun törətdiyi cinayət

arrow Ətraflı
Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi like
  • 28 May 11:19  
Kriminal Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi

Azərbaycan Respublikasının Kino Agentliyinə direktor müavini təyin edilib.

arrow Ətraflı
Neftimiz ucuzlaşdı like
  • 28 May 11:15  
Digərləri Neftimiz ucuzlaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti 1

arrow Ətraflı
Rəcəb Tayyib Ərdoğan Laçına gəlib like
  • 28 May 11:12  
Siyasət Rəcəb Tayyib Ərdoğan Laçına gəlib

Son.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçına

arrow Ətraflı
"Efir bitən kimi otağıma keçib hönkürhönkür ağladım, bundan şou düzəltmədim" like
  • 28 May 11:00  
Şou-biznes "Efir bitən kimi otağıma keçib hönkürhönkür ağladım, bundan şou düzəltmədim"

"Bildiklərim nəinki kitablara, dastanlara, cild-cild xatirələrə sığmaz"

arrow Ətraflı
Bakıda ilk dəfə "Brodski: Həyat hekayəsi" adlı monospektakl təqdim olunacaq  FOTO like
  • 28 May 10:55  
Kriminal Bakıda ilk dəfə "Brodski: Həyat hekayəsi" adlı monospektakl təqdim olunacaq FOTO

31 maydaBakıda ilk dəfə "Brodski: Həyat hekayəsi" adlı monospekt

arrow Ətraflı
Sabah bu ərazilər qazsız qalacaq like
  • 28 May 10:45  
Digərləri Sabah bu ərazilər qazsız qalacaq

Xəzər rayonundakı mövcud qaz xəttində aparılacaq təmir-bərpa işləri i

arrow Ətraflı
Azərbaycanda məktəbli qəfil ÖLDÜ like
  • 28 May 10:42  
Digərləri Azərbaycanda məktəbli qəfil ÖLDÜ

Naftalanda məktəbli müəmmalı şəkildə ölüb. 

arrow Ətraflı
Bin Ladeni öldürdüyünü deyən əsgər əməliyyatdan bu qədər qazanıbmış...  FOTO like
  • 28 May 10:32  
Dünya Bin Ladeni öldürdüyünü deyən əsgər əməliyyatdan bu qədər qazanıbmış... FOTO

"Əl-Qaidə" lideri Üsamə bin Ladeni Pakistanda keçirdiyi əməliyy

arrow Ətraflı
Dublin hava limanında təhlükəli eniş anı – VİDEO like
  • 28 May 10:22  
Dünya Dublin hava limanında təhlükəli eniş anı – VİDEO

Almaniyanın Lufthansa aviaşirkətinə məxsus Airbus A320neo təyyarəsi Dubli

arrow Ətraflı
Kirkorov xəstəxanaya yerləşdirildi like
  • 28 May 10:11  
Şou-biznes Kirkorov xəstəxanaya yerləşdirildi

Rusiyanın Xalq artisti Filipp Kirkorovun müalicəsi hələ 2-3 həftə davam e

arrow Ətraflı
Bu ərazilərdə qaz olmayacaq like
  • 28 May 10:00  
Digərləri Bu ərazilərdə qaz olmayacaq

Oğuz rayonunun bir neçə kəndinin təbii qazla təchizatında müvəqqəti fa

arrow Ətraflı
Nail Kəmərli 50 manata narkoman AXTARIR like
  • 28 May 09:53  
Digərləri Nail Kəmərli 50 manata narkoman AXTARIR

Tanınmış bloger Nail Kəmərli maraqlı elan paylaşıb.

arrow Ətraflı