FHN metroda təlim keçirdi
Digərləri 09 Mar 2025 12:39:00 383 0
Fövqəladə Hallar Nazirliyi və "Bakı Metropoliteni" QSC-nin birgə təşkilatçılığı ilə metronun "İçəri şəhər" və "Sahil" stansiyalarında taktiki-xüsusi təlim keçirilib.
Bu xəbəri də oxu: Ramazan ayı bu tarixdə başlayacaq
Nazirlikdən Son.az-a verilən məlumata görə, təlimin mövzusu "Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili" olub. Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib.
Əvvəlcə, FHN-in "112" qaynar telefon xəttinə metronun əsasən "İçəri şəhər" və "Sahil" stansiyaları arası 1-ci yol mənzilində "yanğın" baş verməsi barədə "məlumat daxil olub" və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən əvvəlcə stansiyaların bağlanması, tuneldə işçi işıqların yandırılması, keçid qapılarının açılması və "yanğına ilkin müdaxilə" işləri həyata keçirilib.
FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın "söndürülüb", xilasetmə vasitələri tətbiq edilməklə "zərərçəkmişlər" təxliyə olunaraq onlara "ilkin yardım göstərilib".
Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə halların qarşısının alınması, bu zaman xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və təxliyə vaxtı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.
Təlimə FHN-in ümumilikdə 11 ədəd texnikası və 76 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.
Həftədə üç dəfə skumbriya yeməklə sağlamlığınıza böyük töhfə v
"Allahımdan xahiş edirəm ki, məni tez övladıma qovuşdursun". Bu
Böyük Britaniyada kişi həbsxanadı "HMP Ranby", yataq böcəkləri
Arizonanın isti iqlimi və təbii gözəllikləri məhəllə sakinlərinə aç
Naxçıvan şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində müv
Xəbər verdiyimiz kimi, İmişlidə bir ailənin 4 üzvü dəm qazından zəhə
Fransa prezidenti Emmanuel Makronun Avropa İttifaqının nüvə silahından mü
Son illər boşanmaların sayı sürətlə artır. Səbəblər müxtəlifdir. Am
Türkiyənin Diyarbəkir şəhərində "Starbucks" qəhvəxanasına si
Bura planetin ən isti yerlərindən biridir və temperatur 55-58,1 dərəcə ar
Puerto-Rikoda təxminən 40 il əvvəl həbsxanadan qaçan şəxs ABŞ-nin Flori
Almaniya hökuməti Avropa İttifaqının (Aİ) bir direktivini vaxtında həyat
lektromobillər artıq həyatımızın reallığıdır. Hər gün onlardan istif
