Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı təşkil olunacaq


Digərləri 29 May 2025 14:45:00 107 0

Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı təşkil olunacaq

İyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçiriləcək.

Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq festivalda hər bir azyaşlı və yeniyetmə öz maraq dairəsinə uyğun əyləncə seçib asudə vaxtını keçirə biləcək. 

Uşaqların Beynəlxalq Müdafiəsi Günündə təşkil olunan festivala Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın övladları, uşaq evlərinin sakinləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar da dəvət alıb. 

Tədbir zamanı Heydər Əliyev Mərkəzinin parkı mövzular və əyləncə növləri üzrə zonalara bölünəcək. Burada maraqlı və fərqli əyləncələr, maarifləndirici proqramlar təqdim olunacaq.  Festival çərçivəsində uşaq və gənclərin iştirakı ilə müxtəlif konsert proqramları təşkil olunacaq, gənc istedadlar öz bacarıqlarını nümayiş etdirəcək, rəqs qrupları və musiqi ansambllarının ifasında maraqlı çıxışlar olacaq, viktorinalar keçiriləcək.  "Aqrar zona"da iştirakçılara kənd təsərrüfatı və təbiət haqqında interaktiv məlumatlar veriləcək. Uşaqlar bitki həyatı, ətraf mühitə bitkilərin təsiri haqqında maarifləndirici məlumatlarla isə "Botanika zonası"nda tanış ola biləcək. Bu sahədə təcrübə qazanmaq üçün uşaqlara ustad dərsləri keçiriləcək: şitillər gətiriləcək, dibçəklərdə bitki əkmək imkanı yaradılacaq. 

Uşaqların heyvanlar aləminə marağını nəzərə alınaraq festivalda "Zoopark zonası" da yaradılacaq. 

Builki festivala Dövlət Kukla Teatrı da dəvət olunub. Teatrın ixtiyarına verilən zonada uşaqlar üçün "Qoğal" nağılı nümayiş etdiriləcək. 

Daha bir yenilik - festivalda Bakı Dövlət Sirkinin iştirakıdır. Animatorlar və sirk ustaları maraqlı şou proqramlarla uşaqları sevindirəcək, akrobatlar, klounlar və sehrbazlar xüsusi nömrələr nümayiş etdirəcək.

Festivalda "Art/Face Art" meydançasında uşaqlara müxtəlif incəsənət növləri öyrədiləcək.  Festivalın yeniliklərindən daha biri - moda meydançasıdır. Bu zonada uşaqlar və gənclər peşə təhsili müəssisələri tərəfindən dizayn, floristika, moda dünyasına səyahət edəcək, öz yaradıcılıqlarını nümayiş etdirəcək və müxtəlif dizayn ideyaları ilə tanış olacaqlar. Muzey zonasında Milli Xalça Muzeyi xalça toxunması üzrə ustad dərsi keçəcək.  Kosmos və astronomiya, həmçinin planetarium vasitəsilə ulduzlar və planetlər haqqında bilgilər əldə etmək "Azərkosmos" və "Planetarium" zonasında mümkün olacaq.  Festival çərçivəsində Azərbaycan Avtomobil Federasiyası (AAF) uşaqlar üçün Təhlükəsiz yollar/Ralli zonası təşkil edəcək. Uşaqlara kiçik avtomobillərlə ralli təcrübəsi təqdim ediləcək.  Həmin gün Mərkəzin parkında "Oxu zonası" da təşkil olunacaq, burada  oxu saatı keçiriləcək. 

Uşaqların Beynəlxalq Müdafiəsi Günündə gələcək nəslin sağlam böyüməsinə bir daha diqqəti yönəltmək məqsədilə festivalda "Sağlam uşaqlar zonası" fəaliyyət göstərəcək. Burada uşaqların müayinəsi üçün kuponlar veriləcək, qeydiyyat aparılacaq.  Uşaqların fiziki aktivliyini artırmaq məqsədilə "Estafet zonası"nda müxtəlif yarışlar və idman oyunları keçiriləcək, attraksionlar qurulacaq. "Badminton zonası"nda maraqlı yarışlar təşkil olunacaq. 

Beləliklə, Heydər Əliyev Mərkəzinin parkı gün ərzində həm əyləncə, həm də yaradıcılıq məkanı kimi uşaqların tam ixtiyarına verilərək.

 
Telefonun batareyası əlində PARTLADI like
  • 29 May 14:44  
Digərləri Telefonun batareyası əlində PARTLADI

Türkiyədə mağazaların birindən görüntü yayılıb.

arrow Ətraflı
Türkmənistanda 28 May  Müstəqillik Günü qeyd olunub  FOTO like
  • 29 May 14:41  
Kriminal Türkmənistanda 28 May Müstəqillik Günü qeyd olunub FOTO

Azərbaycanın Türkmənistandakı Səfirliyində 28 May - Müstəqillik Günü

arrow Ətraflı
“Komedixana”nın evli rejissorla eşq yaşayan aktrisası KİMDİR? – like
  • 29 May 14:24  
Şou-biznes “Komedixana”nın evli rejissorla eşq yaşayan aktrisası KİMDİR? –

2019-cu ildən "Xəzər" telekanalında yayımlanan "Komedixana&q

arrow Ətraflı
Belqradda azərbaycanlı qadını maşın vurdu, ayağı qopdu like
  • 29 May 13:59  
Digərləri Belqradda azərbaycanlı qadını maşın vurdu, ayağı qopdu

Belqradda yaşayan azərbaycanlı qadını maşın vurub.

arrow Ətraflı
Zelenski uzun müddət sonra ilk dəfə kostyum geyindi  FOTO like
  • 29 May 13:27  
Dünya Zelenski uzun müddət sonra ilk dəfə kostyum geyindi FOTO

Zelenski uzun müddət sonra ilk dəfə kostyum geyinib.

arrow Ətraflı
Sabah 33 dərəcə isti olacaq like
  • 29 May 12:55  
Digərləri Sabah 33 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu

arrow Ətraflı
Dörd BÜRC üçün böyük şans  Hər şey indi başlayır like
  • 29 May 12:52  
Digərləri Dörd BÜRC üçün böyük şans Hər şey indi başlayır

Yazın son ayları bəzi bürclər üçün dönüş nöqtəsi ola bilər. Kainat

arrow Ətraflı
"Estetik əməliyyatlarımın qiyməti 80 min manatdır" like
  • 29 May 12:38  
Şou-biznes "Estetik əməliyyatlarımın qiyməti 80 min manatdır"

Müğənni Qumral Musayeva maraqlı etiraf edib. Son.az xəbər verir ki, efi

arrow Ətraflı
Elgünün ölüm səbəbi açıqlandı  DTX, DİN və Baş Prokurorluq birgə məlumat yaydı like
  • 29 May 12:31  
Digərləri Elgünün ölüm səbəbi açıqlandı DTX, DİN və Baş Prokurorluq birgə məlumat yaydı

Xəbər verildiyi kimi, mayın 13-də 2007-ci il təvəllüdlü Elgün İbrahimo

arrow Ətraflı
Zaur Qurtsiyev öldürüldü  FOTO like
  • 29 May 12:27  
Digərləri Zaur Qurtsiyev öldürüldü FOTO

Mayın 29-na keçən gecə Stavropolda yaşayış binasının həyətində partl

arrow Ətraflı
Türkiyəli şagirdlər Azərbaycanı belə təbrik etdi  VİDEO like
  • 29 May 12:20  
Digərləri Türkiyəli şagirdlər Azərbaycanı belə təbrik etdi VİDEO

Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

arrow Ətraflı
Zeynəb Xanlarovanın adından dələduzluq edildi like
  • 29 May 12:15  
Şou-biznes Zeynəb Xanlarovanın adından dələduzluq edildi

Xalq artisti Zeynəb Xanlarovanın adından dələduzluq edilib.

arrow Ətraflı
Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib like
  • 29 May 11:53  
Siyasət Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

arrow Ətraflı
Ali Məhkəmədən "TikTok"da təhqir məsələsi ilə bağlı mühüm qərar like
  • 29 May 11:50  
Digərləri Ali Məhkəmədən "TikTok"da təhqir məsələsi ilə bağlı mühüm qərar

Ali Məhkəmə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul ed

arrow Ətraflı
Maldiv Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb like
  • 29 May 11:45  
Siyasət Maldiv Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu Azərbaycan Respublikası

arrow Ətraflı