Hərbi vəzifəli şəxslərlə bağlı cinayət işi başlandı Mülki şəxs həbs olundu
Digərləri 30 May 2025 14:07:00 88 0
Hərbi Prokurorluğun İstintaq idarəsində hərbi vəzifəli şəxslərin qanunsuz əməllərinə dair cinayət işi başlanaraq, ibtidai istintaq aparılır.
Bu xəbəri də oxu: İyunun ilk gününün HAVASI
Son.az Hərbi Prokurorluğa istinadən xəbər verir ki, istintaqla Müdafiə Nazirliyinin hərbi qulluqçusu olan Azad Məmmədovun N saylı hərbi hissənin xidmət rəisi vəzifəsində xidmət etdiyi müddətdə mənimsəmə və digər qanunsuz əməllər törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, cinayət işi üzrə davam etdirilən istintaq tədbirləri ilə hüquqi şəxsə faktiki rəhbərliyi həyata keçirmiş mülki şəxs Cahangir Hüseynovun müxtəlif hərbi vəzifəli şəxslərlə əlbir olaraq mənimsəmə törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Cahangir Hüseynov və Azad Məmmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilib, Cahangir Hüseynovun barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Azad Məmmədovun barəsində isə istintaq orqanının qərarı ilə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri olan bütün tədbirlərin görülməsi, o cümlədən cinayət törətmiş digər şəxslərin ifşa edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür.
Amerikalı aktrisa Sidni Svini çimdiyi sudan istifadə edərək sabun istehsal

"Toyota Prius" markalı avtomobillərin iştirakı ilə qəribə qəza

Bollivud ulduzu Ayşvariya Ray uzun ardan sonra tədbirlərin birində görünt

Xətai rayon Xudu Məmmədov 19 ərazisində sakinlər lift problemindən əziyy

Çində paraplanerist Pənq Yutszyan (Peng Yujian) təlim zamanı gözlənilməd

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dahi rus bəstəkarı P.

2021-ci ildə döş xərçəngini məğlub edərək sağlamlığına qovuşan t

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Fransa Prezidenti Emmanuel Makro

Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə Prezident cənab İl

Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb.

Aşıq Namiq Fərhadoğlu ilk dəfə evinin qapısını kameraların "üzü

"BMW" yalnız 70 ədəd istehsal ediləcək "Speedtop" adl

Rusiya Dövlət Dumasının "Yeni İnsanlar" fraksiyasının deputatla
