5ci uşağı ölü doğuldu
Digərləri 31 May 2025 14:55:00 79 0
Kürdəmirdə 32 yaşlı hamilə qadının uşağı ana bətnində ölüb.
Bu xəbəri də oxu: Türkiyədə ardarda iki zəlzələ oldu
Son.az xəbər verir ki, rayonun Çöl-Ərəb kənd sakini Rüfanə Bayramova mayın 29-da Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə ağrıları ilə bağlı müraciət edib. Yaxınlarının bildirdiklərinə görə, həkimlər ona qorxulu bir şey olmadığını deyiblər. O, evə aparılıb.
Ötən gün isə qadının halı qəfildən pisləşib və yenidən Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə çatdırılıb. Həkimlər qadının vəziyyətinin ağır olduğunu bildirərək onu əməliyyata götürüblər. Sonra həkim-cərrah qadının yaxınlarına bildirib ki, uşaq tələf olub.
Qadının yaxınlarının sözlərinə görə, hadisəyə səbəb axşam növbətçi həkimin olmamasıdır:
"Daha öncə 4 övladı olub. Bütün hamiləlikləri tam normal keçib. Uşaqlar da sağlam dünyaya gəliblər. Nəyə görə beşinci uşaq belə olur? Burada ancaq həkim səhlənkarlığı olub".
Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, 1993-cü il təvəllüdlü hamilə yalançı doğum sancıları diaqnozu ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:
"Pasiyentə stasionar yatış tövsiyə edilsə də, o imtina edib. Bu barədə şöbənin qəbul və imtina jurnalında qeydlər də aparılıb. Daha sonra ötən gün saat 13:00 radələrində hamilə qadın ciftin dəqiqləşməmiş vaxtından əvvəl ayrılması diaqnozu ilə yenidən Doğum şöbəsinə hospitalizasiya olunub. Dərhal həkimlər konsilium keçirib və hamilə təcili əməliyyat blokuna alınaraq qeysəriyyə kəsiyi əməliyyatının icrasına başlanılıb. Əməliyyat nəticəsində ana bətnindən ölü döl xaric edilib. Pasiyent əməliyyatdan sonra reanimasiya şöbəsinə köçürülüb. Hazırda vəziyyəti stabil qiymətləndirilir. /Xezerxeber.az
Müğənni Sevda Sanaliyeva səhnə performansı ilə gündəm olub.

Samux rayonunda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi və Təhsil İş

Sosial şəbəkələrdə yayılan video marağa səbəb olub.

İyunun 1-dən "WhatsApp" məşhur "iPhone" modelləri və A

ABŞ-nin keçmiş Prezidenti Co Baydenə bir müddət əvvəl qoyulan prostat x

Türkiyədə son zamanlar gündəmdə olan aktrisalardan biri müzakirələrə s

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) tədqiqat sahəsində

Sosial şəbəkələrdə yayılan video böyük marağa səbəb olub.

Astara Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatç

Ermənistan parlamentinin sədri Alen Simonyanın 300 min azərbaycanlının qay

Həftə sonu ulduzların düzülüşü bəzi bürclər üçün maliyyə baxımı

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca
