Ayaq baş barmağınız əyilirsə, diqqətli olun – Mütəxəssis xəbərdarlıq edir


Digərləri 01 İyn 2025 15:54:00 97 0

Ayaq baş barmağınız əyilirsə, diqqətli olun – Mütəxəssis xəbərdarlıq edir

Nə zaman narahat olmalı və hansı halda mütəxəssisə müraciət etməliyik?

Uşaqlarda və böyüklərdə tez-tez rast gəlinən ortopedik problemlərdən biri yastı pəncəlik (yastıdabanlıq), digəri isə halluks valgus - yəni ayaq baş barmağının xaricə doğru əyilərək sümük çıxıntısı şəklində görünməsidir. Bəs bu problemlər hansı halda təhlükəlidir və erkən müdaxilə vacibdirmi?

Bu barədə reabilitoloq və fizioterapevt Afaq Azad Son.az-a açıqlama verib.

Mütəxəssin sözlərinə görə, uşaqlarda yastı pəncəlik 3-4 yaşa qədər fizioloji hal sayılır və bu dövrdə pəncə tağının (svodunun) formalaşması təbii şəkildə baş verir:

"Uşağın pəncəsi körpəlikdə tam formalaşmamış olur, bu zaman pəncə altı daha yastı görünə bilər. Bu, çox hallarda valideynləri narahat edir, amma 5-6 yaşa qədər bu hal normadır. Lakin bu yaşdan sonra pəncə tağı hələ də yaranmayıbsa, artıq ortopedik qiymətləndirmə tələb olunur. Müalicə olunmayan yastı pəncəlik gələcəkdə ayaqlarda ağrı, diz və bel oynaqlarında yükün artması, düzgün olmayan gediş və duruş pozğunluğuna gətirib çıxara bilər".

O, qeyd edib ki, erkən dövrdə müəyyən ortopedik ayaqqabılar, xüsusi təyin edilmiş idman hərəkətləri və fizioterapiya metodları ilə bu problem düzəldilə bilər.

Eyni zamanda ayaq əzələlərini möhkəmləndirən oyunlar, qum və müxtəlif səthlər üzərində gəzmək də təbii şəkildə pəncənin formalaşmasına yardımçı olur.

Halluks valgus nədir və qarşısı alına bilərmi?

Afaq Azad halluks valgus - yəni baş barmağın deformasiyası ilə bağlı isə bunları deyib:

"Halluks valgus qadınlarda daha çox rast gəlinir və əsas səbəblər arasında genetik meyil, uzun müddət dar və dabanlı ayaqqabı geyinmək, eləcə də düzgün olmayan yüklənmə durur. Bu problem tədricən inkişaf edir və əgər ilkin mərhələdə müdaxilə olunmazsa, həm estetik narahatlıq, həm də güclü ağrılarla müşahidə olunan xroniki vəziyyətə çevrilə bilər".

Həmsöhbətim vurğulayıb ki, erkən mərhələlərdə fizioterapiya prosedurları, xüsusi ortopedik breketlər və gündəlik həyat rejiminin dəyişdirilməsi ilə barmaqdakı əyriliyin inkişafının qarşısını almaq mümkündür.

"İrəliləmiş hallarda artıq konservativ müalicə effektiv olmur və cərrahi müdaxilə qaçılmaz olur. Ona görə də hər hansı dəyişiklik və ya narahatlıq müşahidə edilərsə, vaxtında həkimə müraciət olunmalıdır".

Afaq Azad həmçinin əlavə edib ki, istər yastı pəncəlik, istərsə də halluks valgus zamanı şəxsin həyat tərzinə, ayaqqabı seçiminə və fiziki aktivliyinə diqqət yetirmək böyük rol oynayır. Erkən diaqnoz və uyğun reabilitasiya tədbirləri ilə bu kimi ortopedik problemlərin qarşısını almaq mümkündür.

Kənan Son.az

Yollarda görünüş məsafəsi məhdudlaşacaq like
  • 01 İyn 15:32  
Digərləri Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb.

arrow Ətraflı
ABŞdə atışma: iki nəfər ölüb, bir zabit yaralanıb like
  • 01 İyn 15:14  
Dünya ABŞdə atışma: iki nəfər ölüb, bir zabit yaralanıb

ABŞ-nin Kaliforniya ştatının Bolduin-Park şəhərində baş verən silahlı

arrow Ətraflı
Bu gün saat 15:00da imtahanın düzgün cavabları təqdim olunacaq like
  • 01 İyn 14:56  
Digərləri Bu gün saat 15:00da imtahanın düzgün cavabları təqdim olunacaq

Bu gün Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən II

arrow Ətraflı
Türkiyədə ardarda iki zəlzələ oldu like
  • 01 İyn 14:41  
Digərləri Türkiyədə ardarda iki zəlzələ oldu

Türkiyənin Bingöl vilayətində ardıcıl olaraq iki zəlzələ qeydə alın

arrow Ətraflı
Xaricdən mobil telefon gətirmək niyə azalıb?  ARAŞDIRMA like
  • 01 İyn 14:21  
Digərləri Xaricdən mobil telefon gətirmək niyə azalıb? ARAŞDIRMA

Artıq kargo şirkətləri xaricdən mobil telefonların ölkəyə çatdırılma

arrow Ətraflı
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib like
  • 01 İyn 13:59  
Digərləri Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış

arrow Ətraflı
“Ümidsiz Evdar Qadınlar”ın aktrisası vəfat etdi like
  • 01 İyn 13:18  
Şou-biznes “Ümidsiz Evdar Qadınlar”ın aktrisası vəfat etdi

Amerikalı aktrisa, "Desperate Housewives" ("Ümidsiz Evdar Qadı

arrow Ətraflı
Smartfonunuzdakı yeddi ən təhlükəli PROQRAM like
  • 01 İyn 12:46  
Digərləri Smartfonunuzdakı yeddi ən təhlükəli PROQRAM

Mobil texnologiyaların müasir dünyasını tətbiqlərsiz təsəvvür etmək m

arrow Ətraflı
Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilir like
  • 01 İyn 12:25  
Digərləri Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilir

Şuşa şəhərində türkdilli xalqların məktəbliləri arasında "Şuş

arrow Ətraflı
Bakıda külək güclənəcək, rayonlara dolu düşəcək  Sabahın havası like
  • 01 İyn 12:18  
Digərləri Bakıda külək güclənəcək, rayonlara dolu düşəcək Sabahın havası

İyunun 2-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
"Özəl xəstəxanaların əksəriyyəti insanları soymaq üçündür" like
  • 01 İyn 11:58  
Şou-biznes "Özəl xəstəxanaların əksəriyyəti insanları soymaq üçündür"

"Mən həmişə dövlət xəstəxanalarına üz tutmuşam. Bir-iki dəfə o

arrow Ətraflı
Bəhreyn kralından III Çarlza dəyərli hədiyyə – “RollsRoyce” avtomobili like
  • 01 İyn 11:40  
Digərləri Bəhreyn kralından III Çarlza dəyərli hədiyyə – “RollsRoyce” avtomobili

Bəhreyn kralı Şeyx Həməd bin İsa Əl Xəlifə 2023-cü ildə keçirilən t

arrow Ətraflı
Rusiyada körpü partladılıb – Ölən və yaralananlar var like
  • 01 İyn 11:26  
Digərləri Rusiyada körpü partladılıb – Ölən və yaralananlar var

Bu gecə Rusiyanın Bryansk vilayətində magistral yol üzərində yerləşən

arrow Ətraflı
PSJnin qələbəsindən sonra Parisdə iğtişaşlar başladı  Polis güc tətbiq edir like
  • 01 İyn 11:15  
Dünya PSJnin qələbəsindən sonra Parisdə iğtişaşlar başladı Polis güc tətbiq edir

Fransa çempionatında PSJ-nin dünənki qələbəsindən sonra Paris küçələ

arrow Ətraflı
İyunun ilk günü bu bürclər üçün xüsusi olacaq like
  • 01 İyn 11:01  
Digərləri İyunun ilk günü bu bürclər üçün xüsusi olacaq

İyunun 1-i üçün ulduz falı, bürcün bir neçə əlaməti üçün dərin d

arrow Ətraflı