Tokioda 28 May Müstəqillik Günü və “Osaka Ekspo 2025” çərçivəsində tədbir keçirilib FOTO


Digərləri 04 İyn 2025 14:05:00 121 0

Tokioda 28 May  Müstəqillik Günü və “Osaka Ekspo 2025” çərçivəsində tədbir keçirilib  FOTO

Azərbaycanın Yaponiyadakı səfirliyinin və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Tokioda 28 May - Müstəqillik Günü və "Osaka Ekspo 2025" çərçivəsində tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, ölkəmizin Yaponiyadakı səfiri Gürsel İsmayılzadə, Yaponiya hökumətinin rəsmiləri, parlamentin deputatları, diplomatik korpusun təmsilçiləri və bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Yaponiyanın Dövlət himnləri yaponiyalı müğənni Kyoko Yamamoto tərəfindən canlı ifa edilib.

Səfir Gürsel İsmayılzadə 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə firavan ölkəyə çevrildiyini, sosial-iqtisadi sahədə böyük inkişafa nail olmaqla əhalinin rifahının yüksəldiyini bildirib. 2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan olunduğunu vurğulayan diplomat bu il müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulunun 30-cu, habelə ərazilərimizin işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsində qələbənin 5-ci ildönümü olduğunu diqqətə çatdırıb. Ölkəmizin Şərq ilə Qərbi, Şimal ilə Cənubu birləşdirən coğrafi, siyasi, enerji, nəqliyyat, ticarət körpüsü olduğunu bildirən diplomat əlavə edib ki, Azərbaycanın liderliyi ilə həyata keçirilən irimiqyaslı layihələr Avrasiyada enerji və nəqliyyat xəritələrini dəyişib, çoxtərəfli səmərəli əməkdaşlığa yol açıb. Gürsel İsmayılzadə ölkəmizin Osaka şəhərində "Ekspo 2025"də fəal iştirakına toxunaraq, Azərbaycan milli pavilyonunun "A" kateqoriyalı pavilyonlar sırasında olduğunu diqqətə çatdırıb.

Yaponiya xarici işlər nazirinin parlament müavini, Yaponiya parlamentinin ilk türkəsilli deputatı xanım Eri Arfiya Azərbaycan dilində çıxış edərək, Yaponiya hökuməti adından xalqımıza təbriklərini çatdırıb. İki ölkə arasında 1992-ci ildə diplomatik münasibətlər qurulandan bəri yaxşı siyasi əlaqələrə, sıx iqtisadi əməkdaşlığa əsaslanan dostluğun təmin oldunduğunu vurğulayan Eri Arfiya bu əlaqələrin inkişafına parlamentlərin də böyük töhfələr verdiyini deyib. O, Azərbaycanın Osakada keçirilən "Ekspo 2025"də fəal iştirakına toxunaraq, milli pavilyonun Azərbaycanın zəngin mədəni irsini, əsrarəngiz təbiətini təqdim etdiyini deyib.

Ötən il COP29 tədbiri zamanı Azərbaycanda səfərdə olduğunu bildirən Yaponiyanın ətraf mühit naziri Asao Keyiçiro ölkəmizin beynəlxalq konfransa uğurla ev sahibliyi etdiyini deyib, tədbir çərçivəsində qazanılan nailiyyətlərin iqlim dəyişmələri ilə mübarizəyə önəmli töhfələr verəcəyinə ümidvar olduğunu ifadə edib.

Yaponiya parlamentində Azərbaycan üzrə dostluq qrupunun fəxri sədri Akira Amari və qrupun sədri Tanaka Kazunori Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik ediblər.

Sonra keçirilən konsert proqramında klassik əsərlərdən parçalar, xalq və bəstəkar mahnıları, milli rəqslərimiz təqdim olunub.

 
Paşinyan evini 201 minə satdı like
  • 04 İyn 13:55  
Dünya Paşinyan evini 201 minə satdı

Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanın Qaregin Njde küçəsində y

arrow Ətraflı
Müəllimlərin əmək məzuniyyəti necə hesablanır?  QAYDALAR like
  • 04 İyn 13:50  
Digərləri Müəllimlərin əmək məzuniyyəti necə hesablanır? QAYDALAR

Tədris ilinin sonuna yaxınlaşdıqca təhsil işçilərini düşündürən mə

arrow Ətraflı
Prezident Minifutbol Federasiyasına iki milyon manat ayırdı like
  • 04 İyn 13:37  
Siyasət Prezident Minifutbol Federasiyasına iki milyon manat ayırdı

Azərbaycan milli yığma komandasının 2025-ci il minifutbol üzrə Dünya çe

arrow Ətraflı
MəhkəməHüquq Şurasının 20 illik yubiley medalı haqqında Əsasnamə təsdiqləndi like
  • 04 İyn 13:36  
Siyasət MəhkəməHüquq Şurasının 20 illik yubiley medalı haqqında Əsasnamə təsdiqləndi

"Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005-2

arrow Ətraflı
Damlanın ayaqqabılarını lağa qoydular like
  • 04 İyn 13:30  
Şou-biznes Damlanın ayaqqabılarını lağa qoydular

Müğənni Damla geyimi ilə yenidən dillərə düşüb. 

arrow Ətraflı
39 min aliment borcu yaranan ata məhkəmə zalında HƏBS EDİLDİ like
  • 04 İyn 13:20  
Digərləri 39 min aliment borcu yaranan ata məhkəmə zalında HƏBS EDİLDİ

Bakıda 39 min manata yaxın aliment borcu yaranan şəxs həbs edilib.

arrow Ətraflı
Nazir müavininə ağır itki üz verdi like
  • 04 İyn 13:12  
Digərləri Nazir müavininə ağır itki üz verdi

Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevə ağır itki üz verib

arrow Ətraflı
Ölkəmizdə baş verən güclü zəlzələlərin sayı açıqlandı like
  • 04 İyn 13:03  
Digərləri Ölkəmizdə baş verən güclü zəlzələlərin sayı açıqlandı

Son 12 ildə Azərbaycanda maqnitudası 5-6 arası olan zəlzələlərin sayınd

arrow Ətraflı
Vətəndaşlar istilik xidmətini özəl sektordan da ala biləcək like
  • 04 İyn 12:55  
Digərləri Vətəndaşlar istilik xidmətini özəl sektordan da ala biləcək

Azərbaycanda mərkəzi istilik sisteminə qoşulmaq mənzil mülkiyyətçiləri

arrow Ətraflı
Samsung WindFree™ Black evinizin havasını dəyişir like
  • 04 İyn 12:45  
Digərləri Samsung WindFree™ Black evinizin havasını dəyişir

AI Avtomatik Soyutma rejimi ilə Samsung evdə sərinləmə təcrübəsini kök

arrow Ətraflı
Prezident bu yolun təmirinə 1,5 milyon manat ayırdı like
  • 04 İyn 12:37  
Siyasət Prezident bu yolun təmirinə 1,5 milyon manat ayırdı

Quba rayonunun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi (137 km)

arrow Ətraflı
“Roşka” ləqəbli tiktokerin həbs müddəti uzadıldı like
  • 04 İyn 12:36  
Digərləri “Roşka” ləqəbli tiktokerin həbs müddəti uzadıldı

Polis tərəfindən saxlanılan "Roşka" ləqəbli tiktoker Rövşən

arrow Ətraflı
Sabah yağış yağacaq, dolu düşəcək  PROQNOZ like
  • 04 İyn 12:27  
Digərləri Sabah yağış yağacaq, dolu düşəcək PROQNOZ

Azərbaycanda iyunun 5-də bəzi yerlərdə arabir yağış yağacaq.

arrow Ətraflı
Prezidentin köməkçisi Yaponiyanın Baş nazirinin müşaviri ilə görüşdü  FOTO like
  • 04 İyn 12:14  
Siyasət Prezidentin köməkçisi Yaponiyanın Baş nazirinin müşaviri ilə görüşdü FOTO

Yaponiyada səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi, ölkəmizin &

arrow Ətraflı