Bir ekosistemi Money 20/20 Europe tədbirində: PashaPay və Mastercard strateji əməkdaşlığa başlayır
Digərləri 04 İyn 2025 21:00:00 89 0
Amsterdam şəhərində keçirilən və dünyanın aparıcı fintex tədbirlərindən biri sayılan Money 20/20 Europe forumunda, Qafqaz regionunun ilk tam inteqrasiyalı ekosistemi olan Bir ekosisteminin fintex şirkəti PashaPay ölkəmizi təmsil edir. 3-5 iyun 2025-ci il tarixlərini əhatə edən tədbirdə PashaPay öz stendi ilə çıxış edərək Azərbaycanın innovativ rəqəmsal maliyyə həllərini beynəlxalq arenaya təqdim edir. Money 20/20 Europe maliyyə və texnologiya sahəsində ən nüfuzlu qlobal tədbirlərdən biridir. Burada dünyanın ən qabaqcıl fintex liderləri, innovativ startapları və iri maliyyə institutları yeni tərəfdaşlıqlar qurur, gələcək trendləri formalaşdırır və birgə innovativ layihələrə imza atırlar. Tədbir çərçivəsində Bir ekosisteminin beynəlxalq tərəfdaşlıq gündəliyinə uyğun olaraq mühüm bir əməkdaşlığa da imza atılıb. Belə ki, PashaPay, rəqəmsal ödəniş texnologiyaları sahəsində qlobal lider olan Mastercard ilə birlikdə ölkədə innovativ rəqəmsal maliyyə həllərinə çıxışı genişləndirmək məqsədilə Anlaşma Memorandumu imzalayıb. Əməkdaşlıq çərçivəsində tərəflər kibertəhlükəsizlik, rəqəmsal identifikasiya və fırıldaqçılıqdan qorunma texnologiyaları sahəsində birgə fəaliyyət göstərəcəklər. Bununla yanaşı, Mastercard-ın "MoneySend", "Cross-Border Send" və "Alias Directory" xidmətləri vasitəsilə beynəlxalq pul köçürmələrinə daha geniş çıxışın təmin edilməsi də nəzərdə tutulur. Qeyd edək ki, Bir ekosisteminin əsas şirkətlərindən biri olan Kapital Bank da öz nümayəndə heyəti ilə tədbirdə iştirak edir. Belə ki, bankın liderləri tədbir zamanı aparıcı beynəlxalq banklarla təcrübə mübadiləsi aparır, qabaqcıl rəqəmsal bankçılıq və fintex trendləri ilə tanış olur, həmçinin müxtəlif vörkşoplarda iştirak edərək sektorun ən son yeniliklərini öyrənirlər. Qafqaz regionunun ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir ekosistemi Birbank, m10, MilliÖn, Umico.az, BakıKart və Trendyol Azərbaycan kimi ölkənin aparıcı brendlərini vahid çətir altında birləşdirir. PAŞA Holding tərəfindən yaradılan ekosistem 2025-ci il 7 fevralda ictimaiyyətə təqdim olunub və müştərilərin gündəlik maliyyə, alış-veriş və nəqliyyat ehtiyaclarını innovativ yanaşma ilə qarşılayaraq onlara inteqrasiya olunmuş istifadə təcrübəsi təqdim edir.
Bu xəbəri də oxu: Közərmə lampalarını satanları hansı cərimə gözləyir?
"Azercell" şirkətinin Müştəri Xidmətləri Departamentinin direkt

Dəri problemləri arasında ən çox yayılan hallardan biri olan sızanaqları

Aparıcı Tarix Əliyev efirdə qəzəblənib.

Mammoloq-radioloq Günel Qəmbərovanın qeyri-steril şəraitdə işlədiyi mə

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkda

Mobil telefonlar və digər texniki avadanlıqlara kənardan müdaxilə edən pr

Həkimlər məşhur britaniyalı müğənni və bəstəkar Cessi Ceyə süd vəz

ATM-lərdə yerləşdirilən gizli qurğular - skimmerlər bank kartınızın m

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia

Xalq artisti Nisə Qasımova Axşam.az obyektivinə tuş gəlib.

XXI əsr bir miflə vidalaşma dövrüdür. Müharibələr artıq tank və top s

Prezident Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrində kadr dəyişiklik

Qarşıdan Bakıda yayın ən maraqlı musiqi hadisələrindən biri - Bakı Pia

Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyal
