Azərbaycan və İran prezidentləri arasında telefon danışığı olub
Siyasət 04 İyn 2025 21:49:00 94 0
İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, İran Prezidenti dövlətimizin başçısını, qardaş və dost Azərbaycan xalqını qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, xalqımıza rifah və tərəqqi arzulayıb.
Prezident İlham Əliyev də öz növbəsində İran Prezidentini, qardaş və dost İran xalqını qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, firavanlıq və tərəqqi arzularını çatdırıb.
Məsud Pezeşkian ölkəmizə rəsmi səfərini, səfər çərçivəsində dövlətimizin başçısı ilə keçirdiyi görüşləri və aparılan səmərəli müzakirələri məmnunluqla xatırlayıb.
Azərbaycan Prezidenti də səfər zamanı aparılan müzakirələri yüksək qiymətləndirib.
Telefon danışığı əsnasında hazırda iki ölkənin aidiyyəti dövlət qurumlarının Məsud Pezeşkianın ölkəmizə rəsmi səfəri zamanı qarşıya qoyulan tapşırıqların həyata keçirilməsi üçün səylərini davam etdirdikləri vurğulanıb. Səfərin nəticəsi olaraq Bakı-Təbriz aviareysinin bərpası və Bakı-Tehran istiqamətində təyyarə reyslərinin sayının artırılması qeyd edilib, bunun xalqlarımız arasında təmasların artmasına müsbət təsir göstərəcəyinə əminlik ifadə olunub.
Azərbaycan-İran əlaqələrinin inkişafında hazırda dönüş nöqtəsinin olduğu vurğulanıb və birgə səylərlə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə dinamik surətdə inkişaf edəcəyinə ümidvarlıq bildirilib.
Telefon söhbəti zamanı dövlət başçıları qarşılıqlı maraq doğuran digər məsələlərə də dair fikir mübadiləsi aparıblar. Son.az
Bakıda daha bir məşhur restoran sökülür. Hazırda texnika iş başındadı

Amsterdam şəhərində keçirilən və dünyanın aparıcı fintex tədbirləri

"Azercell" şirkətinin Müştəri Xidmətləri Departamentinin direkt

Dəri problemləri arasında ən çox yayılan hallardan biri olan sızanaqları

Aparıcı Tarix Əliyev efirdə qəzəblənib.

Mammoloq-radioloq Günel Qəmbərovanın qeyri-steril şəraitdə işlədiyi mə

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkda

Mobil telefonlar və digər texniki avadanlıqlara kənardan müdaxilə edən pr

Həkimlər məşhur britaniyalı müğənni və bəstəkar Cessi Ceyə süd vəz

ATM-lərdə yerləşdirilən gizli qurğular - skimmerlər bank kartınızın m

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia

Xalq artisti Nisə Qasımova Axşam.az obyektivinə tuş gəlib.

XXI əsr bir miflə vidalaşma dövrüdür. Müharibələr artıq tank və top s

Prezident Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrində kadr dəyişiklik
