Bu hallarda vətəndaşın ölkədən çıxışına qadağa qoyula bilər


Digərləri 05 İyn 2025 15:23:00 108 0

Bu hallarda vətəndaşın ölkədən çıxışına qadağa qoyula bilər

Son günlər müxtəlif tanınmış şəxslərin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı xəbərlər yayılır. Bu isə sual yaradır ki, ölkədən çıxışa hansı hallarda qadağa qoyula bilər?

Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib ki, vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması halları Miqrasiya Məcəlləsinin 9.3-cü bəndində sadalanır.

"Məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə Ədliyyə Nazirliyinin İcra xidməti tərəfindən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün tədbirlər görülür. Bu halda borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər

Şəxsin azadlığın məhdudlaşdırılması, islah işləri, ictimai işlər və ya cərimə növündə cəzaya məhkum olunması, yaxud üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş vəzifələr qoyulmaqla şərti məhkum edilməsi, yaxud da cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, habelə cəzasının çəkilməsinin təxirə salınması haqqında hökm və ya məhkəmənin digər yekun qərarının icrası ilə bağlı hakimin göstərişi ilə bağlı Ədliyyə Nazirliyinin Probasiya xidməti tərəfindən şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılır.

Bu halda hökm və ya məhkəmənin digər yekun qərarının icrası ilə bağlı hakimin göstərişi probasiya qurumuna daxil olduqdan sonra dərhal qeydiyyata alınır və icra məmuruna (probasiya üzrə) təqdim olunur.

Qeyd edək ki, ölkədən getmək və ölkəyə gəlmək hüququ məhdudlaşdırılan vətəndaşlar barədə məlumatlar "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahılarına daxil edilir və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusu dəyişdirilir", - nazirlikdən qeyd edilib.

Trend-ə açıqlama verən vəkil Emil Aslanov bildirib ki, Azərbaycan Respublikasında vətəndaşın ölkədən çıxmasına ancaq məhkəmə qərarı ilə qadağa qoyula bilər:

"Bu qərar da şəxsin hər hansı şəxsə, yaxud quruma borclu olması, habelə icra edilməmiş öhdəliyinin olması zamanı verilir. Habelə aparılan cinayət işində həmin şəxs şübhəli, yaxud təqsirləndirilən şəxs qismindədirsə, şəxsin ölkədən çıxışına qadağa qoyula bilər".

Vəkil Turan Abdullazadə isə Trend-ə deyib ki, Azərbaycan Respublikası İcra Haqqında Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər:

"Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir".

Pensiyaçılara ŞAD XƏBƏR like
  • 05 İyn 15:09  
Digərləri Pensiyaçılara ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia

arrow Ətraflı
Prezident Sərəncam imzaladı like
  • 05 İyn 15:08  
Siyasət Prezident Sərəncam imzaladı

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On

arrow Ətraflı
Karton və plastik stəkanlar xərçəng yaradır  XƏBƏRDARLIQ like
  • 05 İyn 15:00  
Digərləri Karton və plastik stəkanlar xərçəng yaradır XƏBƏRDARLIQ

Bir çox insanın gündəlik içki və şorbalarını içmək üçün sağlam sa

arrow Ətraflı
Bu tarixdə şənbə günü iş olacaq like
  • 05 İyn 14:54  
Digərləri Bu tarixdə şənbə günü iş olacaq

21 iyun şənbə günü iş günü olacaq.

arrow Ətraflı
Şəbnəm səhnədə "qorxulu anlar" yaşadı: köməyə mühafizəçi gəldi like
  • 05 İyn 14:42  
Şou-biznes Şəbnəm səhnədə "qorxulu anlar" yaşadı: köməyə mühafizəçi gəldi

Müğənni Şəbnəm Tovuzlu tədbirlərin birinə qatılıb.

arrow Ətraflı
Qazaxda baş verən qəzada ölən şəxslərin FOTOsu like
  • 05 İyn 14:33  
Digərləri Qazaxda baş verən qəzada ölən şəxslərin FOTOsu

Xəbər verdiyimiz kimi, Qazaxda ölümlə nəticələnən yol-nəqliyyat hadis

arrow Ətraflı
Ermənistanın Azərbaycana qəsdən ziyan vurması üzrə sənədlər məhkəmədə araşdırılır like
  • 05 İyn 14:20  
Digərləri Ermənistanın Azərbaycana qəsdən ziyan vurması üzrə sənədlər məhkəmədə araşdırılır

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənista

arrow Ətraflı
“Hercai”nin aktrisası əməliyyatdan sonra iflic oldu like
  • 05 İyn 14:12  
Digərləri “Hercai”nin aktrisası əməliyyatdan sonra iflic oldu

Türkiyənin məşhur "Hercai" serialında Keriman obrazını canland

arrow Ətraflı
Müalicəvi masaj faydalıdır, amma hər kəsə uyğun deyil  Reabilitoloq xəbərdar edir like
  • 05 İyn 14:00  
Digərləri Müalicəvi masaj faydalıdır, amma hər kəsə uyğun deyil Reabilitoloq xəbərdar edir

Son.az xəbər verir ki, reabilitoloq və fizioterapevt Afaq Azad Hit.Az-a açı

arrow Ətraflı
Bu maşınlar kəskin bahalaşacaq like
  • 05 İyn 13:44  
Digərləri Bu maşınlar kəskin bahalaşacaq

Əgər istehsal dayansa və ya azalsa, maşın sayı bazarda azalacaq

arrow Ətraflı
Hansı heyvanları qurban kimi kəsmək olar?  AÇIQLAMA like
  • 05 İyn 13:29  
Digərləri Hansı heyvanları qurban kimi kəsmək olar? AÇIQLAMA

Müqəddəs bayrama sayılı günlər qalıb. Bu il də niyyəti olanlar və imk

arrow Ətraflı
Azərbaycanda zorakılığa məruz qalan 74 yaşlı qadın öldü  saxlanılan var like
  • 05 İyn 13:19  
Digərləri Azərbaycanda zorakılığa məruz qalan 74 yaşlı qadın öldü saxlanılan var

Gədəbəydə 74 yaşlı qadına qarşı törədilmiş zorakılıq və quldurluq

arrow Ətraflı