Çin avtomobilləri Azərbaycan bazarına nə vəd edir?
Digərləri 07 İyn 2025 10:17:00 61 0
Son illər Çin istehsalı avtomobillərin Azərbaycan bazarına daxil olmasından sonra rəqibsiz hesab edilən Almaniya istehsalı olan avtomobillərə maraq azalıb. Hətta bir çox modellərdə qiymətlərin 15-20%-ə qədər enməsinin şahidi oluruq.
Bu xəbəri də oxu: Qurban bayramında necə qidalanmalı?
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev Trend-ə qeyd edib ki, Çin avtomobil industriyası nəinki Azərbaycanı, artıq dünyanı zəbt etməyə doğru böyük addımlar atır:
"İstər Asiya regionunda, istər ərəb ölkələrində istər Amerika qitəsinin bir çox ölkələrində 10 ildən çoxdur Çin avtomobillərinin satışı həyata keçirilir.
Artıq MDB ölkələrinin özündə də Çin avtomobillərinin satışı və ölkədəki avtomobil industriyasındakı payları bəlli dərəcədə görsənir. Qazaxıstan və Rusiya kimi ölkələrdə də artıq Çin avtomobillərinin hegemonluğu göz önündədir".
E.Əliyev qeyd edib ki, Azərbaycan bazarında Çin avtomobillərinin ucuz olmasının müxtəlif səbəbləri var:
"Burada rəsmi distrubutor xətti ilə gələn, yaxud Çinin daxili bazarı üçü nəzərdə tutulan avtomobillər var. Çinin daxi bazarı üçün nəzərdə tutulan avtomobillərin ucuz olmasının səbəbləri var. Həmin avtomobillər distrubutor xətti ilə deyil, fərdi şəxslər ölkəyə gətirirlər. O avtomobillər əlbəttə ki, ucuz olur. Amma mən deməzdim ki, burada Yaponiya, Koreya, Avropa avtomobilləri tam uduzub. Sadəcə müəyyən bir dönəmdir,bu dönəmdə hər kəs bu avtomobillərə yönəlir. Amma bir müddətdən sonra bu avtomobillərin mənfi və müsbət tərəfləri kəşf olunduqdan sonra onların da bəzilərinə maraq azalacaq, bəziləri bazarda mövqeyini itirəcək, bəziləri isə mövqeyini daha da gücləndirəcək. Bunu zaman göstərəcək".
Müsahibimizin sözlərinə görə, ölkəmizdə 20-dən çox Çin avtomobil markasının rəsmi distrubutoru var:
"Bundan başqa qeyri-rəsmi xətlə gələn avtomobillərin bazar payı həddən artıq çoxdur. Çinin daxili bazarı üçün nəzərdə tutulan, amma ölkəmizə gətirilən avtomobillərin bir dönəm sonra servis və ehtiyat hissələri problemləri ortaya çıxdıqda həmin avtomobillərə maraq itəcək. İnsanlar artıq distrubutor xətti ilə gələn avtomobillərə yönələndə əlbəttə ki, Çin avtomobillərinin bazar payında bir qədər azalmalar müşahidə edəcəyik. Amma sözsüz ki, bu 2025-ci il üçün olmayacaq. Bu tendensiya 2026-cı ilin sonlarına yaxın baş verəcək".
Nəqliyyat eksperti Eldəniz Cəfərov Trend-ə açıqlamasında bildirib ki, burada Çin istehsalı olan yox, zəmanətsiz gətirilən avtomobillərə fokuslanmaq lazımdır:
"Avtomobilin harada istehsal olunmasından çox hansı ölkə üçün istehsal olunması, hansı spesifikasiyalara malik olması vacibdir. Çində bir sıra markaların avtomobil markaları istehysal olunur. O cümlədən ölkəmizə gətirilən Çin istehsalı avtomobillər var ki, bir qismi zəmanətlidir, rəsmi diler və disturbutorları var, ölkədə daha çox istismar olunur".
Ekspertin sözlərinə görə, paralel olaraq həmin avtomobillərin analoqları da Çindən gətirilir:
"Amma onların zəmanəti olmur. İstehsalçı belə avtomobillərə zəmanət vermir. Bu da artıq müəyyən şübhələr yaradır ki, nə üçün bu avtomobillərə zəmanət verilmir. İkincisi isə həmin avtomobillər çox ucuz qiymətə gətirilib Azərbaycan bazarında satılır. Burada da qeyri-sağlam rəqabət yaranır. Faktiki olaraq həmin avtomobilləri rəsmi dilerlər tərəfindən zəmanəti olan, Avropa təhlükəsizlik spesifikasiyalarına cavab verən avtomobillərdən təxminən 30% daha ucuz qiymətə təklif edirlər. Bu da bazarda qeyri-sağlam rəqabət yaradır".
"Gördüyünüz kimi artıq 2 ildir ki, Azərbaycan avtomobil bazarında durğunluq yaşanır. Ölkəmizdə rəsmi Çin avtomobilləri satan şirkətlər var ki, onlar artıq bu qeyri-sağlam rəqabətə tab gətirə bilmirlər. Elə bu səbəbdən də işlərini yekunlaşdıracaqlar və ixtisarlar olacaq. Bu da ölkə iqtisadiyyatı üçün böyük ziyandır"- deyə E.Cəfərov bildirib.
Nəqliyyat eksperti Bulud Bağırov isə Trend-ə qeyd edib ki, Çin avtomobilləri Azərbaycan bazarına daxil olandan digər ölkələrin avtomobillərinin qiymətləri aşağı düşüb:
"Çin avtomobilləri müasir standartlara cavab verir və gömrük rüsumu azdır. Ona görə də hər kəs bu avtomobillərə üstünlük verir. Bu halda da digər avtomobillərin qiymətləri aşağı düşür. Bütün avtomobillərdə yeni gələn model baha olur, bir müddətdən sonra qiymətləri enir. Yeni avtomobillə 1 il əvvəl alınan avtomobildə qiymət fərqi olması təbiidir".
Ekspert qeyd edib ki, Çin avtomobilləri bazara daxil olandan hələki xüsusi bir nasazlıqla yadda qalmayıblar:
"Kiçik texniki problemlər isə istənilən avtomobildə qarşılaşmaq olur. Bu avtomobillərə maraq böyükdür, mənim pulum olsa mən də alaram. İndi hamı ucuza qaçır, onları qınamaq olmur. Biraz da Çin avtomobillərinin müasirliyi onlara marağın artmasına səbəb olur. Ola bilsin ki, bu avtomobillərin detalları digərlərinə nisbətən tez sıradan çıxa bilər. Çindən, İrandan nə gəlirsə tez sıradan çıxır, amma bu avtomobillərin ehtiyat hissələri digərlərindən ucuzdur".
Bakıdan Bərdəyə istirahət üçün yola düşən ailə gözlənilməz hadis

Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb.

İyun ayı bəzi bürclər üçün həqiqətən səxavətli olacaq. Planetlərin

Tanınmış teleaparıcı Xoşqədəm Baxşəliyevaya növbəti ağır itki üz

İki udum şərab, bir stəkan pivə, yaxud "qadın içkisi" adıyla t

Yayın əsas meyvəsi sayılan gilas olduqca faydalıdır.

Ənənəvi iş həyatının ayrılmaz hissəsi olan qalstukun beyinə gedən qan

Qurban bayramında bir-birindən ləzzətli təamlarla zəngin olan bayram süfr

Yatağımızı 60 min ildir bölüşdüyümüz bir canlı növü ola biləcəyi

Mütəxəssislər isti havalarda rahat yuxu üçün tez-tez istifadə olunan &qu

"Barilla" makaronunda sağlamlıq üçün təhlükəli maddə aşkarla

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Avstraliyada yerləşən Doherty İnstitutunun alimləri HIV-in müalicəsi isti
