Gələn aydan bu ödənişlərdə ƏDVnin yarısı geri qaytarılacaq
Digərləri 10 İyn 2025 09:39:00 420 0
"Vergi Məcəlləsi"nə edilən dəyişikliklərə əsasən, gələn aydan etibarən mədəniyyət sektorunda yeni vergi güzəştləri qüvvəyə minəcək. Bu dəyişikliklərin məqsədi sektora daha çox sərmayə cəlb etməklə onun inkişafını stimullaşdırmaqdır. Yeni güzəştlər, eyni zamanda, mədəniyyət sahəsində göstərilən bəzi xidmətlərin xərclərinin azalmasına və nəticə etibarilə qiymətlərin düşməsinə şərait yarada bilər.
Bu xəbəri də oxu: "Dailymail" Ləmanın ölümündən yazdı FOTO
Son.az xəbər verir ki, bu barədə iqtisadçı millət vəkili Vüqar Bayramov məlumat verib. Onun sözlərinə görə, iyulun 1-dən etibarən teatr tamaşaları, kinofilm nümayişləri, muzey ziyarətləri və simfonik orkestr konsertləri kimi xidmətlər üçün nağdsız formada edilən ödənişlər zamanı ƏDV-nin 50 faizi ("ƏDV cashback") alıcılara geri qaytarılacaq. Başqa sözlə, bu xidmətlər üzrə də keşbek mexanizmi tətbiq olunacaq.
Digər mühüm dəyişiklik isə mədəniyyət sektorunda fəaliyyət göstərən subyektlər üçün 5 il müddətinə torpaq vergisindən tam azadolma və mənfəət (və ya gəlir) vergisindən 90 faizlik güzəştin tətbiqidir. Əvvəllər 75 faiz olan bu güzəştin həcmi artırılaraq 90 faizə çatdırılıb.
1993-cü ildə Qazaxıstan "Chevron" şirkəti ilə ilk hasilatın pay
Manisa Böyükşəhər Bələdiyyə Başçısı Ferdi Zeyrek elektrik cərəyan
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Tez-tez olmasa da, nasazlıq səbəbi ilə yollarda qalan avtomobillərə rast g
Avroviziya qalibimiz Nigar Camal bir müddət öncə qalmaqal yaşadığı müğ
Ali məktəblərə qəbul olanların 40 faizə yaxını ixtisasından narazıdı
"Aş gətirməyin harası ayıb imiş, bilmirəm. Kaş mənim keçmişimdə
İtaliyanın Bazilikata bölgəsində yerləşən orta əsr şəhəri Krako sils
Cəmi iki inqrediyentdən ibarət olan bu salat sağlamlığınızı möhkəmlə
Jenşen qədim zamanlardan bəri Çin xalq təbabətində istifadə edilən bitk
Qaragilə "pis" xolesterini azaldır, beynin qan dövranını yaxşıl
Avtomobil dünyasında lüks olmadan yaşamaq mümkün deyil. Qiymət rekordlar
Damarları tıxayan xolesterolu azaltmaq üçün həkimlər manqo yeməyi məsl
Çimərlik mövsümünün başlamasına cəmi bir həftədən az vaxt qalıb.
