Bu şəxslər Rusiyanı təcili tərk etməlidir
Digərləri 11 İyn 2025 21:47:00 320 0
İşini itirən, universitetdən xaric edilən və barmaq izi müayinəsindən keçməyən miqrantlar Rusiyanı tərk etməlidirlər.
Bu xəbəri də oxu: “Yelo Bank” “MTN işi” üzrə zərərçəkənlərin yarım milyondan çox vəsaitini qaytarmır – QALMAQAL
Son.az xəbər verir ki, bunu Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev deyib.
"Küçələrdə və ya yaşayış sektorunda qeyri-qanuni miqrantlar olmamalıdır. İşini itirən, universitetdən xaric edilən, barmaq izi alınmayan, dil öyrənməyən və Rusiya cəmiyyətinə heç bir faydası olmayanlar ölkəmizi tərk etməlidirlər", - nazir bildirib.
Xatırladaq ki, fevralın 5-dən Rusiyada qeyri-qanuni olan əcnəbilərin ölkədən çıxarılması ilə bağlı miqrasiya rejimi qüvvəyə minib. Bu tədbirlər çərçivəsində, qanunsuz miqrantlar xüsusi reyestrə daxil ediləcəklər və sözügedən reyestr bir sıra məhdudiyyətlər, qadağalar, eləcə də deportasiyanı nəzərdə tutur.
Sözügedən miqrasiya rejimi çərçivəsində qanunsuz miqrantların ayrı-ayrı hüquq və azadlıqlarının məhdudlaşdırılması nəzərdə tutulur. Onlar, əsas olaraq daxili işlər orqanlarının icazəsi olmadan yaşayış və yaxud müvəqqəti qalma yerini dəyişə, yaşadığı regiondan kənara çıxa, nəqliyyat vasitəsi idarə edə, daşınmaz əmlak ala, bankda depozit aça və yaxud digər bank əməliyyatları həyata keçirə bilməyəcəklər.
Bununla yanaşı, 2025-ci il yanvarın 1-dən Rusiya Federasiyasında əcnəbilərin 10-dan çox abonent nömrəsini öz adlarına qeydiyyatdan keçirməsinə qadağa qoyulub.
ABŞ-nin Los-Anceles şəhərində prezident Donald Trampın immiqrasiya siyasə
Anasını 48 yaşında süd vəzisi xərçəngindən itirən 53 yaşlı Geoff Sw
Cəlilabad rayonunun Moranlı kəndində şadlıq evində yanğın başlayıb.
"WhatsApp" avtomatik yüklənən foto və videoların keyfiyyətini se
Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə keçirilən qəb
47 il sonra İsveç adasında tapılan şüşə məktubun sirri açılıb.
Avstriyanın Qrats şəhərindəki məktəblərdən birində baş verən atışm
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq əməlin
Müğənni Ofeliya Şabanova "Rəngarəng" verilişinə gələrək efi
Şans deyilən bir sirr varsa, açarı bu üç bürcdə gizlidir...
Xəbər verdiyimiz kimi, III ixtisas qrupu üzrə 2 nəfər ən yüksək nəti
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bugünkü iclasında n
Tanınmış prodüser Anar Mədətov açıqlaması ilə diqqət çəkib.
Azərbaycanın bir çox rayonunda yas mərasimlərində ehsan verilməsi qadağa
"OpenAI" mürəkkəb məsələlərin həllinə yönəlmiş və xüsusi
