Boşanma təbliğatı pik həddə: Ailələrin dağılmasını da şənlik kimi qeyd edirlər...


Digərləri 13 İyn 2025 17:00:00 100 0

Boşanma təbliğatı pik həddə: Ailələrin dağılmasını da şənlik kimi qeyd edirlər...

Bu gün bir sıra sosial şəbəkələr və televerilişlər açıq-aydın boşanmanı təbliğ edir. Hər yerdə boşanmaq bir qurtuluş kimi təşviq edilir. Bəzi hallarda qadınlar boşanmaları münasibətilə şənlik təşkil edib, bunu bayram da edirlər.

Bu xəbəri də oxu: Bu gün "Son Zəng"dir

Ən pisi də odur ki, bu təbliğatın izləyici sayı günbəgün artır. Bu da məsələni kommersiyalaşdırır. Yəni bu gün efirdə kimlərinsə boşanması geniş müzakirə edilirsə, bu həm də yeni-yeni sponsorların ortaya çıxması deməkdir.

Nə etməli?

Son.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan sosioloq Üzeyir Şəfiyev deyir ki, Azərbaycanda boşanma bumu yaşanır:

"Ölkəmizdə heç vaxt olmadığı qədər boşanma statistikası var. 2024-cü ildə 49 min 508 nikah, 21 min 384 boşanma qeydə alınıb. Bu rəsmi statistikadır. Əgər buraya boşanmanı realllaşdırmamış  birlikdə ikən ayrılanları, yəni münaqişəli cütlüküləri də əlavə etsək, vəziyyət daha düşündürücü olur. Boşanmalarda iki yeni tendensiya özün göstərir. Birinci tendensiya bizdə çox nadir hal olan "boz boşanma", yəni 50 yaşdan yuxarı cütlüklər arasında boşanmaların artmasıdır (7-8 min), ikinci tendensiya uşaqlı ailələrdə boşanmanın üstünlük təşkil etməsidir. Əlbəttə, boşanmanın səbəbləri çox spesifik, fərqlidir".

Bu prosesi tətikləyən faktorlar var.

Müsahibimiz qeyd edib ki, Azərbaycan cəmiyyətində düşüncə transformasiyası baş verir:

"Bu da səbəbsiz deyil. Qərb mərkəzli güclərin klassik ailə institutunu hədəf almaq, qadın hüquqları adı ilə qadın kişi qarşıdurması yaratmaq, aqressiv feminist dalğanı Azərbaycana yansıtmaq cəhdləri var. Problemin həlli üçün ilk növbədə mətbuat, sosial media, sosial şəbəkə platformaları sağlam olmalı, ailə dəyərləri bu platformalarda deqradasiyaya uğramalıdır.

Əfsuslar olsun ki, günümüzdə "ailə dəyərləri" sözügedən platformalarda zərbə altına düşür.

Əgər boşanmış məşhur imzalar bu platformalar vasitəsilə boşanmanı təbliğ edirlərsə, sosial şəbəkələrdə boşanma partiləri keçirilirsə və onlara "sağ əlin mənim başıma, mən də edəcəm" komenti yazılırsa, əgər bir əməkdar artist mətbuatda boşandıqdan sonra "gözəlləşmişəm" deyirsə, bir məşhur müğənni yoldaşınının xəyanətini xəyanətlə cavablandırdığını efirlər vasitəsilə tamaşaçıya yansıdırsa, bu ailə dəyərlərinin sosial şəbəkə və televiziyalar vasitəsilə ayaqlar altına atılması deyilmi?!"

Ailə münasibəti kommersiyalaşıb

Psixoloq Gülnar Orucova deyir ki, boşanmaların sayının çoxalmasının iki səbəbi var:

"Birinci səbəb odur ki, ikili münasibətlər kommersiyalaşıb. Bu gün həm oğlan, həm də qız qarşı tərəfə "pul kisəsi" kimi baxır. Sonrakı mərhələdə bu ümidlər boşa çıxanda artıq ailədaxili münaqişə başlayır.

İkinci səbəbsə odur ki, ailəyə kənar müdaxilələr çoxalıb. Əgər əvvəllər ailəyə müdaxilə daha çox qayınana tərəfindən olurdusa, indi mənzərə dəyişib. İxtiyari şəxs başqasının ailəsi haqqında söz sahibi kimi danışır. Fikir verin, televerilişlərdə dəvət olunan istənilən şəxs cütlüyə "ağıl verir". Bəzi hallarda isə odun üstünə körüklə gedirlər. Sanki insanlar başqalarının əzabından, problemindən ləzzət alır. Bir sıra insanlar çalışırlar ki, ətrafdakı insanlar daha bədbəxt və zavallı olsun. Sanki bu həmin adama əhatəsində seçilmək imkanı verəcək".

Pul insan xoşbəxtliyinin bir ünsürüdür...

Müsahibimiz qeyd edir ki, bəziləri elə düşünür ki, çoxlu pulu olanda xoşbəxt olacaq:

"Əsla! Pul insanı xoşbəxt etmir. Ən yaxşı haldı hansısa istəyini reallaşdırmaqda vasitəçi olur. Xoşbəxtlik qarşılıqlı hörmətdir, sədaqətdir, hüzndür. Bax bu amillər olan ailə xoşbəxt ailədir. Və ailənin sirlərini ictimailəşdirmək əxlaqsızlıqdır. Bu qalanı içəridən dağıtmaqdır. Heç kimə ixtiyar verilmir ki, milyonların qarşısında oturub kiməsə "ailə dəyərləri"ndən dərs desin".

Faciəvi şəkildə ölən Bələdiyyə sədrinin xanımının çıxışı hər kəsi KÖVRƏLTDİ like
  • 13 İyn 16:55  
Digərləri Faciəvi şəkildə ölən Bələdiyyə sədrinin xanımının çıxışı hər kəsi KÖVRƏLTDİ

Bir neçə gün öncə faciəvi şəkildə ölən  ilə vida mərasimi keçiril

arrow Ətraflı
Almaniyadan İsrailə dəstək MESAJI like
  • 13 İyn 16:50  
Dünya Almaniyadan İsrailə dəstək MESAJI

Almaniya kansleri Fridrix Merts ölkədəki yəhudi və İsrail müəssisələri

arrow Ətraflı
Xalq artisti heç nə demədən verilişdən "yoxa çıxdı" like
  • 13 İyn 16:40  
Şou-biznes Xalq artisti heç nə demədən verilişdən "yoxa çıxdı"

Xalq artisti Tariyel Qasımov qonaq olduğu "Elgizlə izlə" verilişi

arrow Ətraflı
Netanyahunun təyyarəsi Yunanıstana göndərildi like
  • 13 İyn 16:38  
Dünya Netanyahunun təyyarəsi Yunanıstana göndərildi

İsrailin Baş naziri Benyamin Netanyahunun təyyarəsi iki qırıcının müşa

arrow Ətraflı
Dilan Polad dəlixanaya yerləşdirildi like
  • 13 İyn 16:35  
Şou-biznes Dilan Polad dəlixanaya yerləşdirildi

Çirkli pulların yuyulmasında təqsirli bilinən türkiyəli sosial media feno

arrow Ətraflı
Sabahın tibbimeteoroloji PROQNOZU like
  • 13 İyn 16:31  
Digərləri Sabahın tibbimeteoroloji PROQNOZU

İyunun 14-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

arrow Ətraflı
Ərdoğandan İsrailin İrana hücumuna reaksiya like
  • 13 İyn 16:20  
Digərləri Ərdoğandan İsrailin İrana hücumuna reaksiya

Türkiyə İsrailin İrana qarşı hücumlarını qınayır.

arrow Ətraflı
"WhatsApp"dan YENİLİK like
  • 13 İyn 16:12  
Digərləri "WhatsApp"dan YENİLİK

"WhatsApp" süni intellektə əsaslanan yeni funksiyanı sınaqdan ke

arrow Ətraflı
6cı “Yerli şirkətlərin tanıtım sərgisi”nə dair brifinq keçirilib like
  • 13 İyn 16:10  
Digərləri 6cı “Yerli şirkətlərin tanıtım sərgisi”nə dair brifinq keçirilib

Sərgidə 300-ə yaxın yerli şirkətin məhsulları, yeni brendlər, istehsal

arrow Ətraflı
Qara qutu tapıldı: 265 nəfərin ölümünə səbəb olan qəzanın sirri açılır like
  • 13 İyn 16:10  
Dünya Qara qutu tapıldı: 265 nəfərin ölümünə səbəb olan qəzanın sirri açılır

Hindistanın qərbində yerləşən Əhmədabad şəhəri yaxınlığında baş

arrow Ətraflı
Beynəlxalq axtarışa verilmiş daha 3 şəxs Azərbaycana ekstradisiya edilib like
  • 13 İyn 16:07  
Digərləri Beynəlxalq axtarışa verilmiş daha 3 şəxs Azərbaycana ekstradisiya edilib

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi mü

arrow Ətraflı
Pezeşkiandan İsrailin zərbələrinə ilk REAKSİYA like
  • 13 İyn 16:04  
Dünya Pezeşkiandan İsrailin zərbələrinə ilk REAKSİYA

İran Prezidenti Məsud Pezeşkian ilk dəfə İsrailin zərbələrinə reaksi

arrow Ətraflı
Xəstəxanalarda qiymətlər bahalaşdı like
  • 13 İyn 16:01  
Digərləri Xəstəxanalarda qiymətlər bahalaşdı

2025-ci ilin may ayında əhaliyə göstərilən ödənişli xidmətlər üzrə

arrow Ətraflı
Turizm sənayesinin muzdlu əmək bazarındakı payı artacaq like
  • 13 İyn 15:55  
Digərləri Turizm sənayesinin muzdlu əmək bazarındakı payı artacaq

2030-cu ilə qədər turizm sektorunda ÜDM istehsalının 11.5 milyard manat, t

arrow Ətraflı
İsrail İran raketlərini belə vurdu like
  • 13 İyn 15:45  
Dünya İsrail İran raketlərini belə vurdu

İsrail Hərbi Hava Qüvvələri İrandan İsrail istiqamətində atılan bir ne

arrow Ətraflı