İslam dünyasında parçalanma: İran dronlarını müsəlman ölkələri vurur
Siyasət 13 İyn 2025 19:00:00 89 0
"Bu gün gecə saat 3-dən etibarən İsrailin İrana endirdiyi hava zərbələri, nəticədə İranın nüvə proqramına məsul altı tanınmış alimin öldürülməsi və İran ordusunun ali hərbi rəhbərliyində, o cümlədən Silahlı Qüvvələrin Qərargah rəisinin həlak olması göstərir ki, İsrail bu hücuma uzun illər boyu hazırlaşıb. Digər tərəfdən, hücumun Vaşinqtonla əvvəlcədən razılaşdırıldığı da şübhə doğurmur.
Bu xəbəri də oxu: Rusiya Azərbaycana təşəkkür etdi
İsrail bu hərbi əməliyyatı İrandan ona qarşı mövcud olan təhlükə ilə əlaqələndirir və təhlükəsizliyini təmin etmək məqsədilə qabaqlayıcı tədbir kimi təqdim edir. Halbuki bu, müstəqil və suveren bir dövlətə qarşı edilən açıq təcavüzdür və beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir".
Son.az xəbər verir ki, bunu politoloq Elşən Manafov deyib.
O bildirib ki, İsrail İranın yaxın bir il ərzində nüvə silahına sahib ola biləcəyi iddiasını qabardır və bunu regional, eləcə də qlobal təhlükəsizlik üçün ciddi təhdid kimi göstərir. Halbuki, özü uzun illərdir ki, nüvə silahına malikdir və bunu rəsmi olaraq etiraf etmir. ABŞ isə bu məsələ ilə bağlı MAQATE-nin İsraildə araşdırma aparmasında təkid etmir, çünki Təl-Əviv Vaşinqtonun Yaxın Şərqdəki əsas müttəfiqidir:
"İsrailin hücumu zamanı İranın nüvə obyektlərinin hədəfə alındığı məlumdur. Lakin İsfahan, Buşehr və Fordo kimi əsas nüvə obyektləri heç bir zərər görməyib. Çünki bu obyektlər 900-1200 metr dərinlikdə yerləşən bunkerlərdə yerləşir. Eyni zamanda, İranın sahib olduğu və İsrailin ehtiyat etdiyi 3000-dən artıq ballistik raket də bu cür müdafiə sistemlərində qorunur.
İsrail bu hücumdan sonra İranın cavab tədbirləri görəcəyini nəzərə alaraq, ABŞ və Avropa ölkələrinin təhlükəsizlik dəstəyi altında hərəkət etməyi lazım bilib. Hazırda İsrailə doğru yönəldilmiş yüzlərlə İran mənşəli pilotsuz uçuş aparatları (PUA) ABŞ, Böyük Britaniya, Fransa və Almaniyaya məxsus qırıcılar tərəfindən hələ İsrail hava məkanına daxil olmamış qarşılanır.
İsrailin bu hücumundan sonra ABŞ və İran arasında Omanda keçirilməsi planlaşdırılan danışıqların 6-cı raundu təxirə salınıb. Görünən odur ki, İsrail bununla bağlı strateji məqsədinə çatmağa çalışır. İsrail diplomatiyası və kəşfiyyatı bu qarşıdurmaya ciddi hazırlıq görüb və nəticədə İslam dünyasında parçalanma yaradıb. İordaniyanın öz hava məkanında İran dronlarını vurması, Səudiyyə Ərəbistanının isə kəşfiyyat məlumatlarını İsrailə ötürməsi bu vəziyyəti təsdiqləyir.
Hərbi əməliyyatların bilavasitə Azərbaycanın dövlət sərhədlərinə yaxın ərazilərdə baş verməsi, üstəlik İranın Təbriz və Şiraz şəhərlərində israilli təyyarələrin zərbələr endirməsi ölkəmizi və soydaşlarımızın taleyini ciddi şəkildə narahat edir.
Azərbaycanın Xarici İşlər Nazirliyi bu hadisələrlə bağlı bəyanat yayaraq münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində və diplomatik yollarla həll edilməsinin vacibliyini vurğulayıb".
Asya Son.az
Azərbaycan tərəfindən İran İslam Respublikasından təxliyələrin həyata

Yay aylarında yüksək temperatur bəzi qidaların zəhərlənmə risqini artı

İsrailin İrana qarşı hərbi kampaniyası 14 gün davam edəcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 14-16 iyun 2025-

Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Gününə həsr olunan ko

Qazaxıstandan olan Çingiz Alqazin yaşadığı qeyri-adi hadisə nəticəsind

Azərbaycan tərəfindən İran İslam Respublikasından təxliyələrin həyata

Bakıda "parkovşik"lər arasında baş verən insidentlə bağlı mə

ABŞ-in Vaşinqton şəhərində Miqrasiya və Gömrük Xidmətinin binası yax

Taksi sifarişi operatorları tərəfindən qanunvericiliyin pozulmasına qarş

Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlən

Qanunsuz abort etməyə görə cəzalar sərtləşdirilir.

İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı başladılan hərbi əm

"İsrailin İrana zərbələr endirəcəyi əslində gözlənilən idi. İs

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerinin qız
