Avtobusda yaşlı qadının hücumuna məruz qalan Çingiz dünya ulduzuna çevirilir
Digərləri 13 İyn 2025 18:00:00 499 0
Qazaxıstandan olan Çingiz Alqazin yaşadığı qeyri-adi hadisə nəticəsində dünya səviyyəli model agentliyi ilə müqavilə imzalayıb.
Bu xəbəri də oxu: Həmin qalmaqalla bağlı AVPdən
Qaynarinfo xəbər verir ki, 2024-cü ilin əvvəlində Almatıda ictimai avtobusda baş verən insident gəncin həyatını tamamilə dəyişib.
Çingiz avtobusda özünü videoya çəkərkən, yaxınlıqda əyləşən yaşlı qadın onun məhz özünü çəkdiyini zənn edərək, çantasını çırpmaqla cəzalandırmağa çalışıb. Gənc bu gözlənilməz toqquşmanın görüntülərini sosial şəbəkələrdə yayımlayıb.
Sosial şəbəkələrdə sürətlə yayılan bu video Çingizin xarici görünüşünü bəyənən "Mulan" adlı Qazaxıstan model agentliyinin diqqətini çəkib. Gəncə agentlikdən təklif göndərilib, o isə bu fürsəti dəyərləndirərək təlim keçib və model kimi fəaliyyətə başlayıb.
Yaxın günlərdə 22 yaşlı Almatı sakini dünyanın ən məşhur model agentliklərindən biri olan "IMG Models" ilə müqavilə imzalayıb. Sözügedən agentlik Bella və Gigi Hadid bacıları, Haydi Klum və Keyt Moss kimi dünyaca tanınmış simaları təmsil edir.
Çingiz bildirib ki, bu cür irəliləyiş onun üçün gözlənilməz olub: "Çox təəccübləndim. Hazırda viza prosesindəyəm və sentyabrda artıq Milan və ya Paris podiumlarında yer alacağam".
Azərbaycan tərəfindən İran İslam Respublikasından təxliyələrin həyata
Bakıda "parkovşik"lər arasında baş verən insidentlə bağlı mə
ABŞ-in Vaşinqton şəhərində Miqrasiya və Gömrük Xidmətinin binası yax
Taksi sifarişi operatorları tərəfindən qanunvericiliyin pozulmasına qarş
Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlən
Qanunsuz abort etməyə görə cəzalar sərtləşdirilir.
İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı başladılan hərbi əm
"İsrailin İrana zərbələr endirəcəyi əslində gözlənilən idi. İs
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerinin qız
Bu gün bir sıra sosial şəbəkələr və televerilişlər açıq-aydın boşa
Bir neçə gün öncə faciəvi şəkildə ölən ilə vida mərasimi keçiril
Almaniya kansleri Fridrix Merts ölkədəki yəhudi və İsrail müəssisələri
Xalq artisti Tariyel Qasımov qonaq olduğu "Elgizlə izlə" verilişi
İsrailin Baş naziri Benyamin Netanyahunun təyyarəsi iki qırıcının müşa
Çirkli pulların yuyulmasında təqsirli bilinən türkiyəli sosial media feno
