Kamaləddin Qafarov: “Şuşa Bəyannaməsi ölkələrimiz arasında münasibətlərin yeni mərhələsidir”
Digərləri 14 İyn 2025 10:50:00 90 0
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də imzalanan "Şuşa Bəyannaməsi" ölkələrimizin sarsılmaz qardaşlığını bütün dünyaya bildirən strateji mesajdır. Bu Bəyannamə faktiki olaraq iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu".
Son.az xəbər verir ki, bu sözləri Şuşa Bəyannaməsinin imzalanmasının 4-cü ildönümü ilə əlaqədar mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, bildirib ki, bu unikal tarixi sənəd Azərbaycan və Türkiyəninimkanlarının birləşdirilməsini və maraqlarının birgə müdafiəsini nəzərdə tutan münasibətlərə rəsmi xarakter vermiş oldu."Mahiyyət etibarı ilə hər iki ölkənin stabil, inkişaf edən və təhlükəsiz gələcəyinə hesablanmış Bəyannamə bu gün ölkələrimiz arasındakı siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələrdə müttəfiqlik əlaqələrini özündə əks etdirir və bütün bu sahələrdə keyfiyyətcə daha dərin münasibətlərin təminatı kimi çıxış edir. Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırmaqla, ölkələrimiz və xalqlarımız arasında qardaşlığın yeni tarixi mərhələsini açmış oldu. Bəyannamədə öz əksini tapmış mühüm məqamlardan biri də Zəngəzur dəhlizi ilə bağlı ölkələrimizin eyni mövqelərdən çıxış etmələridir. Regional aspektdən Naxçıvanı ölkənin əsas ərazisi ilə birləşdirəcək bu dəhliz, əslində, qlobal miqyasda böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək.Beləliklə, bir mənalı olaraq demək lazımdır ki, Zəngəzur dəhlizi qlobal miqyasda geosiyasi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir."
Bu gün ümumtəhsil müəssisələrində keçirilən "Son zəng" təd

İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində ölənlərin say

Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərd

Astrologiya əsrlərdir insanların xarakterini və münasibətlərini anlamaqda

İran İsrailin mülki yaşayış məntəqələrinə raket atmağa cəsarət etm

"Sent Vinsent" kimi tanınan müğənni və bəstəkar Enn Erin Klark

Qazaxıstanın altı vətəndaşı öz ölkəsinə qayıtması üçün Astara s

İsrailin Baş naziri Benyamin Netanyahu İran xalqına videomüraciət ünvanla

Bu gün Azərbaycanda 2024-2025-ci tədris ili başa çatır və bütün ümumi

"Oskar" mükafatçısı və çoxuşaqlı ana yubileyini qeyd edib.

Məşhur inanclar deyir ki, ölən bir qohumu yuxuda gördüyünüz zaman bu, m
