Biz Türkiyə mediasından bunu gözləmirdik!
Siyasət 15 İyn 2025 20:09:00 62 0
Son günlər İsrail-İran arasındakı qarşıdurma bütün dünya mediasının diqqət mərkəzindədir.
Bu xəbəri də oxu: Həmrəyliyimiz əbədi davam edəcək Türkiyə XİN
Türkiyə mediası da bu münaqişə ətrafında geniş müzakirələr aparır.
Lakin təəssüflə qeyd etməliyik ki, qardaş Türkiyənin bəzi media qurumları bu müzakirələrdə Azərbaycana qarşı açıq-aşkar propaqanda həyata keçirir və yalan məlumatlar yayır.
Əvvəla onu xüsusi olaraq qeyd edək ki, Azərbaycan mediasında Türkiyəyə qarşı hər hansı bir neqativ informasiya yayılanda qardaş ölkə buna çox həssas yanaşır və bu məlumatları inkar edərək dezinformasiya adlandırır, qarşısının alınması üçün tələblər irəli sürür.
Hətta qardaş Türkiyə təmsil olunduğu ölkələrdə dezinformasiyalarla mübarizə aparmaq üçün səfirlikləri və diplomatları da səfərbər edib. Əgər Türkiyə barədə hər hansı yanlış və ya dezinformasiya xarakterli məlumat yayılırsa, bu ölkənin Prezident Administrasiyası Kommunikasiya İdarəsinin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi təkzib verir və həmin məlumatın digər ölkə medialarında yayılması da təşkil olunur. Məsələn, Kürecik radar bazasından İsrailə məlumat ötürülməsi barədə iddiaların təkzibini Azərbaycan mediası da sevə-sevə yaydı.
Təəssüflə qeyd etməliyik ki, biz bu dəstəyi və aktivliyi qardaş ölkədən görmürük. İstər İsrail-Fələstin münaqişəsi zamanı, istərsə də İsrail-İran toqquşmasında Türkiyə mediasında Azərbaycan-İsrail münasibətləri fonunda yalan və böhtan xarakterli informasiyalar yayılmaqdadır. Lakin nədənsə qardaş Türkiyənin aidiyyəti qurumları bu məsələdə həssaslıq nümayiş etdirmirlər və yayılan dezinformasiyaların qarşısının alınması üçün heç bir əməli tədbir görmürlər.
Son günlər qardaş Türkiyə mediasına nəzər saldıqda görürük ki, sanki erməni telegram kanallarla birləşib İsrail mövzusunda Azəbaycana qarşı qərəzli məlumatlar yayırlar. Təbii ki, qardaş ölkənin mediasında yayılan bu dezinformasiyalardan ən çox istifadə edənlər ermənilərdir. Onlar yaranmış vəziyyətdən öz mənafeləri üçün yararlanırlar. Belə ki, ermənilərə məxsus "Baqramyan 26" teleqram kanalı artıq nəyinki Türkiyə mediasının, hətta televiziyalarının da Azərbaycan haqqında tənqidlər səsləndirdiyini tirajlayır.
Bunun səbəbləri bizə məlum deyil, amma Azərbaycanda, ölkəmizin media məkanında Türkiyə haqqında hər hansı neqativ məlumat və materialın yayılmasını təsəvvür edə bilmədiyimiz halda, qardaş ölkənin mediasında anti-Azərbaycan əhval-ruhiyyəsinin mövcudluğu və rəsmi dairələrin buna susqunluğu düşündürücüdür... (lent.az)
Cümə günündən bəri İsrailin hücumları nəticəsində azı 14 iranlı n

Yer üzündəki qızılın böyük hissəsi konsentrləşmiş yataqlarda deyil,

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyun - Milli Qurtuluş Günü

İsrail İranın Tehranın şimalındakı Xarici İşlər Nazirliyinin binası v

İran tərəfindən İsrailə 50 ballistik raket atılıb. İsrail ordusu Təl-

Ötən il Bakıda müntəzəm marşrut xətti üzrə sürücüsü kimi çalışa

Xəbər verildiyi kimi, Bakı şəhərinin Səbail rayonu, Şıx çimərliyində

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind

Naxçıvanda mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb.

Yüksək qan təzyiqindən əziyyət çəkənlər üçün qidalanma çox mühüm

Tanınmış aktyor Cansel Elçin və həyat yoldaşı, aktrisa Zeynep Tuğçe Ba

"Zəvvarların geridönüş qrafikində heç bir dəyişiklik olmayacaq. 18

İsrail ordusu İranın paytaxtı Tehrana raket zərbələri endirib.

Səhhətimizdə narahatlıq yarandıqda ağrılardan daha tez qurtulmaq üçün
