Bakıda minlərlə insan şəxsi maşından imtina etdi


Digərləri 16 İyn 2025 17:18:00 77 0

Bakıda minlərlə insan şəxsi maşından imtina etdi

Bakıda ictimai nəqliyyat sahəsində aparılan islahatlar sərnişindaşıma göstəricilərində özünü göstərməyə başlayıb. Rəsmi statistikaya əsasən, 2025-ci ilin yanvar-aprel aylarında ictimai nəqliyyatdan istifadə edənlərin sayı 582,1 milyona çatıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 7 faizlik artım deməkdir.

Artım təkcə avtobuslarla məhdudlaşmır. Şəhər daxilində mikromobil nəqliyyat - əsasən skuterlər və velosipedlər də daha geniş istifadə edilir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA)məlumatına görə, 2024-cü ilin may ayında bu nəqliyyat vasitələrindən istifadə əvvəlki illərlə müqayisədə iki dəfədən çox artıb.

Ekspertlər artımı şəhərdə nəqliyyat infrastrukturunun yenilənməsi və xüsusi zolaqların yaradılması ilə izah edirlər.

"Bu keçid mərhələlidir - insanlar bir anda şəxsi avtomobildən imtina etmir", - deyə nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Modern.az-a açıqlamasında bildirib.

Hal-hazırda Bakı yollarında hərəkətdə olan avtobusların 77 faizi nağdsız ödəniş sistemi ilə təchiz olunub. Ümumilikdə isə 2022-ci illə müqayisədə xəttə çıxan avtobusların sayında 28 faiz artım qeydə alınıb. Agentlik avtobusların hərəkətini sürətləndirmək üçün 112 kilometr uzunluğunda xüsusi avtobus zolağı və 35 kilometrlik mikromobil zolağı ayırdığını bildirir.

Ekspertlərə görə, bu zolaqlar ictimai nəqliyyata keçidi stimullaşdırır. "Bu tədbirlər sayəsində avtobusların hərəkət sürəti artıb, ictimai nəqliyyatdan istifadə edənlərin sayı yüksəlib. Qısa məsafələr üçün isə mikromobil nəqliyyat vasitələri - velosiped və skuterlər əlverişli alternativə çevrilib" - Rauf Ağamirzəyev qeyd edir.

2024-cü ildən bəri islahatlar daha genişmiqyaslı mərhələyə keçib. Diqqət metro xətlərinin genişləndirilməsi, yeni stansiyaların inşası, şəhərətrafı qatarların gücləndirilməsi və tramvay sisteminin bərpası kimi relsli nəqliyyat həllərinə yönəlib. Bu layihələrin 2030-cu ilə qədər mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır. Həmin müddətə qədər Bakıda 10 yeni metro xəttinin istifadəyə verilməsi planlaşdırılır.

Hazırkı mərhələdə isə avtobuslar şəhər mərkəzinə çatmaq üçün ən səmərəli vasitə olaraq qalır. "Əsas diqqət relsli nəqliyyatın inkişafına yönəlib. Metro xətlərinin genişləndirilməsi, yeni stansiyaların tikintisi, şəhərətrafı elektrik qatarlarının gücləndirilməsi və tramvay sisteminin bərpası nəzərdə tutulur. Bu layihələrin 2030-cu ilədək mərhələli şəkildə icrası planlaşdırılıb. İslahatların davamı olaraq, relssiz nəqliyyatın (avtobus, mikromobil) yükünün relsli sistemlər üzərinə keçirilməsi ilə şəhərdə hərəkətlilik optimallaşdırılacaq" - ekspert deyir.

Hökumət, həmçinin piyada hərəkəti üçün infrastrukturun təkmilləşdirilməsini prioritet elan edib. Yeni layihələr çərçivəsində səkilərin yenilənməsi, baryerlərin aradan qaldırılması və işıqforlarda gözləmə müddətlərinin azaldılması planlaşdırılır.

İslahatların maliyyə dayanıqlığını təmin etmək üçün isə dövlət "brutto müqavilələr" sisteminə keçid etməyi hədəfləyir. Bu modelə görə, sürücülərin əməkhaqları sabitləşdirilir, güzəştli bilet sistemləri tətbiq olunur və xidmət keyfiyyəti yüksəldilir.

Rauf Ağamirzəyev rəqəmsal həllərin də bu keçiddə mühüm rol oynadığını bildirirlər. "İnsanlar artıq mobil tətbiqlərlə avtobusların harada olduğunu görür, marşrutunu planlaşdırır" - o vurğulayıb və əlavə edib ki, dayanacaqlara verilən unikal ad və nömrələr isə sərnişinlərin istiqamətlənməsini asanlaşdırır.

Bakı şəhərinin nəqliyyat modelinin mərhələli şəkildə yenilənməsi şəxsi avtomobildən imtinanı təşviq edir. Yerli orqanlar bu keçidin həm şəhərdaxili hərəkətliliyi artıracağını, həm də ekoloji yükü azaldacağını hesab edirlər.

“Akustik Palitra” Musiqi Məktəbinin hesabat konserti baş tutub  FOTO like
  • 16 İyn 17:10  
Kriminal “Akustik Palitra” Musiqi Məktəbinin hesabat konserti baş tutub FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və O

arrow Ətraflı
Evlərimizi niyə sığortalaya bilmirik?  AÇIQLAMA like
  • 16 İyn 17:03  
Digərləri Evlərimizi niyə sığortalaya bilmirik? AÇIQLAMA

Əmlaka dəyən ziyanla bağlı ən ciddi problemlərdən biri də sığorta mə

arrow Ətraflı
İran nüvə sazişindən çıxır  müharibə dayanacaq? like
  • 16 İyn 16:48  
Digərləri İran nüvə sazişindən çıxır müharibə dayanacaq?

İran parlamenti Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmağ

arrow Ətraflı
Cəmil Həsənlinin məntiqsizlyi yoxsa ictimai rəyi çaşdırmaq cəhdi? like
  • 16 İyn 16:43  
Digərləri Cəmil Həsənlinin məntiqsizlyi yoxsa ictimai rəyi çaşdırmaq cəhdi?

Cəmil Həsənli öz "facebook" səhifəsində iddia edir ki, hökumə

arrow Ətraflı
Bakıda daha bir uşaq faciəvi şəkildə öldü like
  • 16 İyn 16:35  
Digərləri Bakıda daha bir uşaq faciəvi şəkildə öldü

Paytaxtın Nərimanov rayonunda azyaşlının ölümü ilə nəticələnən bəd

arrow Ətraflı
Marsda “gizlənmiş” vulkan aşkar edildi like
  • 16 İyn 16:20  
Digərləri Marsda “gizlənmiş” vulkan aşkar edildi

Mars səthində yerləşən və hündürlüyü təxminən 2 kilometr olan Ezero

arrow Ətraflı
"Bitcoin" milyarderi ailə sərvətini oğrulardan qorumaq üçün inanılmaz tədbirlər görüb like
  • 16 İyn 16:04  
Digərləri "Bitcoin" milyarderi ailə sərvətini oğrulardan qorumaq üçün inanılmaz tədbirlər görüb

Kriptovalyutalar gələcəyin pul vahidi ola bilər, lakin onları oğurluq risk

arrow Ətraflı
Azərbaycanda məktəb direktoru vəfat etdi like
  • 16 İyn 15:58  
Digərləri Azərbaycanda məktəb direktoru vəfat etdi

Ağsuda məktəb direktoru vəfat edib.

arrow Ətraflı
Gəncədə partlayış  qadın yandı like
  • 16 İyn 15:51  
Digərləri Gəncədə partlayış qadın yandı

Gəncə sakini yanıq xəsarətləri alıb.

arrow Ətraflı
Ağıllı təkərlər yol vəziyyəti barədə məlumat verəcək like
  • 16 İyn 15:45  
Digərləri Ağıllı təkərlər yol vəziyyəti barədə məlumat verəcək

"Pirelli" şirkətinin yeni layihəsi, ağıllı təkərlərin yol ör

arrow Ətraflı
948 abonentin qazı kəsiləcək  RƏSMİ like
  • 16 İyn 15:30  
Digərləri 948 abonentin qazı kəsiləcək RƏSMİ

Sabah Saatlı rayonunun Əhmədbəyli, Heydərabad və Dədə Qorqud kəndlərin

arrow Ətraflı
Bakıdan Tehran və TəlƏvivə uçuşlar iyunun sonunadək dayandırıldı like
  • 16 İyn 15:18  
Digərləri Bakıdan Tehran və TəlƏvivə uçuşlar iyunun sonunadək dayandırıldı

AZAL uçuşların təhlükəsizliyini prioritet olaraq müəyyən edir və vəzi

arrow Ətraflı
Ərdoğandan Məsud Pezeskian mühüm təklif like
  • 16 İyn 15:12  
Dünya Ərdoğandan Məsud Pezeskian mühüm təklif

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Məsud Pezeskian

arrow Ətraflı
Bakıda bağ evlərinin kirayə qiymətləri nə qədərdir? – QİYMƏTLƏR like
  • 16 İyn 15:00  
Digərləri Bakıda bağ evlərinin kirayə qiymətləri nə qədərdir? – QİYMƏTLƏR

2023 və 2024-cü illərlə müqayisədə dənizətrafı ərazilərdə kirayə q

arrow Ətraflı
AZAL 4 reysi ləğv etdi like
  • 16 İyn 14:55  
Digərləri AZAL 4 reysi ləğv etdi

Yaxın Şərqdə baş verən son hadisələr və bölgədə bir sıra ölkələr

arrow Ətraflı