ŞAD XƏBƏR İki yerdən pensiya ala biləcəyik
Digərləri 17 İyn 2025 10:56:00 81 0
Müdafiəsi Nazirliyinin məlumatına görə, onlardan bir qismi Əmək Məcəlləsinə dəyişikliklər, bəziləri isə yeni aktlar kimi təklif olunur. Digər profil qurumlar ilə razılaşdırılmaqda olan qanun layihələrindən biri də "Qeyri-dövlət (özəl) pensiya fondarı" ilə bağlıdır. Özəl pensiya fondlarının yaradılması ilə bağlı 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanıb.
Bu xəbəri də oxu: Bakının bu ərazilərində su yoxdur Qəza niyə baş verib? AÇIQLAMA
Bəs özəl pensiya fondlarının yaradılması vətəndaşlara nə qazandıracaq?
Son.az-ın məlumatına görə, iqtisadçı deputat Vüqar Bayramov bu suala cavab verib.
O bildirib ki, əksər inkişaf etmiş dövlətlərdə vətəndaşlar özəl pensiya fondlarından çox sıx şəkildə istifadə edirlər. Özəl pensiya fondu imkan verir ki, vətəndaşlar pensiya yaşına çatdıqda yalnız dövlətdən deyil, özəl fonddan da pensiya ala bilsin. Bu da təbii ki, pensiya məbləğinin artmasına gətirib çıxarır. Bu kontekstdən, oxşar praktikanın Azərbaycanda tətbiq edilməsinə ehtiyac var idi.
"Özəl pensiya fondu yaradılarsa, vətəndaş pensiyaya çıxan zaman iki mənbədən pensiya ala biləcək. Məsələn, əgər onun pensiya məbləği 600 manatdırsa, özəl pensiya fonduna ödədiyi ödənişlər nəticəsində əlavə olaraq, 300 manat almaq imkanı da qazanacaq. Bu nümunədə, vətəndaş 600 manat deyil, 900 manat pensiya ala biləcək. Təbii ki, özəl fonddan ödənilən pensiya məbləği birbaşa yığımlardan asılı olacaq. Bu zaman daha çox yığım daha çox pensiya məbləği demək olacaq.
Özəl pensiya fondlarının digər səciyyəvi xüsusiyyəti həmin fondda yığılan pensiya kapitalından daha tez istifadə imkanıdır. Əksər dövlətlərdə özəl fondlarda yığılan kapitaldan pensiya yaşından əvvəl istifadə imkanları var. Digər tərəfdən, xarici təcrübə göstərir ki, bu zaman özəl fondda yığılan vəsaitin aylıq və ya hissə-hissə götürlməsi də mümkün olur. Bu kontekstdən belə fondlar həm pensiya kapitalından daha tez istifadəyə, həm ödəniş qrafikinin qarşılıqlı razılaşdırılmasına imkan verir.
Bütün bunlar ilə yanaşı, özəl pensiya fondunun etibarlılığı da çox önəmlidir. Çünki belə pensiya fondları yaranarsa, vəsaitlər manatla yığılacaq və onun idarə edilməsi həyata keçiriləcək. Ona görə də burada ilkin kapitalın formalaşdırılması, etibarlılığın artırılması önəm daşıyır. Bu baxımdan, özəl pensiya fondları yaradıldıqdan sonra orada yığılan vəsaitlərin indeksasiyasının həyata keçirilməsi və valyuta risklərinin sığortalanmasına ehtiyac var. Bu isə praktikada daha təkmil mexanizmin hazırlanıb təqdim edilməsini aktuallaşdırır", - deputat qeyd edib.
"Euronews" telekanalı iyunun əvvəlində keçirilmiş Bakı Enerji H

Xəbər verdiyimiz kimi, Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza

Müasir dövrdə avtomobil sahibi olmaq yalnız nəqliyyat vasitəsinə sahib ol

İsrail ordusunun gecə boyunca həyata keçirdiyi hava zərbələri nəticəsin

Zaqatalada üstündən yük maşını keçən uşaq polis əməkdaşının oğlu

Bu günədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yenidən ti

Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ-nün sabiq lideri Fətullah

Əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb.

ABŞ prezidenti Donald Tramp hər kəsin İranın paytaxtı Tehranı dərhal tə

Yəhudilər bir İranlıyı "Məsih" elan etmişdi – Tarixdə maraqlı fakt

Bu gün Bakının Səbail rayonunun bəzi ərazilərində qaz təchizatı müvə

İsrailin hava hərbi hücumları nəticəsində İranın Teleradio Təşkilatı

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Müğənni Aysun İsmayılova paytaxt məkanlarının birində səhnə alıb.
