BQXKnın Azərbaycandakı Nümayəndəliyi fəaliyyətini dayandıracaq
Digərləri 17 İyn 2025 19:40:00 72 0
Beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası (Dövlət Komissiyası) Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində əsir və girov götürülmüş vətəndaşların azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı sahəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərib.
Bu xəbəri də oxu: İranİsrail gərginliyi Azərbaycanda qızılı bahalaşdıracaq? AÇIQLAMA
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında deyilir.
"Münaqişənin əvvəlindən etibarən əsir-girov götürülmüş vətəndaşların və itkin şəxslərin ailə üzvləri hər iki qurum tərəfindən qəbul edilmiş, onların müraciətləri və qaldırdığı məsələlərə baxılmış, zəruri tədbirlər görülmüş, siyahıların dəqiqləşdirilməsi və informasiya mübadiləsi aparılmış, ailələrə, o cümlədən əsir-girovluqdan azad edilmiş şəxslərə sosial və psixoloji dəstək göstərilmişdir.
BQXK-nın Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ölkəmizdə fəaliyyətini yaxın vaxtlarda dayandırması ilə bağlı itkin düşmüş vətəndaşların ailələrinin diqqətinə çatdırırıq ki, itkin düşmüş vətəndaşlarımızın taleyinin müəyyən edilməsi üçün Dövlət Komissiyası və aidiyyəti dövlət qurumları tərəfindən təxirəsalınmaz zəruri tədbirlər görülür, o cümlədən işğaldan azad edilmiş ərazilərdə axtarış, qazıntı və ekshumasiya işləri, aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi və şəxsiyyəti müəyyən edilmiş itkin-şəhidlərin nəşlərinin ailələrinə təhvil verilməsi işi bundan sonra da intensiv aparılacaqdır.
Bildiririk ki, Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hər zaman olduğu kimi, vətəndaşların müraciətlərinə baxılır, onlarla gündəlik təmaslar və İşçi qrupunda qəbullar davam etdirilir.
İtkin düşmüş yaxınları ilə bağlı məlumatların alınması, həmçinin onlara dair müvafiq materialların, ərizə və müraciətlərin təqdim edilməsi üçün vətəndaşlar [email protected] elektron poçt ünvanı, 010-232-33-77 mobil telefon nömrəsi və 81-61 qaynar xəttindən istifadə etməklə İşçi qrupu ilə əlaqə saxlaya bilərlər.
Dövlət Komissiyasının İşçi qrupu Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 1 ünvanında yerləşir", - məlumatda deyilir.
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə

Əfsanəvi aktyor Arnold Şvartsenegger maraqlı etirafı ilə gündəmə gəlib

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley

Külli miqdarda dələduzluqda ittiham edilən riyaziyyat müəlliminə hökm ox

Bakıda CELT Tədris və İnkişaf Mərkəzinin təşəbbüsü ilə hazırlanmı

Bakıda 41, 45, 100, 108A, 108B, 123, 133, 147 və 165 nömrəli marşrut avtobu

Qarğıdalı həm dadı, həm də tərkibi ilə sağlam qidalanmada mühüm yer

İsrail və İran arasında yaranmış mövcud qarşıdurma ilə əlaqədar İsr

23 il əvvəl baş verən dəhşətli cinayət hadisəsinin üstü açılıb.

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinə yeni rəis təyin

Aşıq Əli Tapdıqoğlunun övladlarının ilk dəfə görüntüləri nümayi

Təkcə 2024-cü il ərzində ölkədə təxminən 73 min abort faktı qeydə al

Paltaryuyan maşın istifadəçilərinin çoxu bu sadə, amma effektiv funksiyad

5-7 sentyabr tarixlərində Bakı şəhərində ilin ən çox gözlənilən rəq
