Putinin keçmiş arvadı sanksiya siyahısında
Dünya 18 İyn 2025 16:12:00 434 0
Kanada hökuməti Rusiyaya qarşı növbəti sanksiyalar paketini açıqlayıb. Yeni siyahıya 77 fiziki və 39 hüquqi şəxs, eləcə də 201 gəmi daxil edilib. Məhdudiyyətlərə əsasən, həmin şəxslərin Kanadaya girişinə qadağa qoyulur, ölkədəki aktivləri isə dondurulur.
Bu xəbəri də oxu: "Siyasətlə evi istimək mümkün deyil"
Son.az rus mediasına istinadla xəbər verir ki, sanksiyalar Rusiya Prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila Oçeretnaya və onun əri Artur Oçeretni, eləcə də Putinin əmisi oğlu Mixail Putin, sinif yoldaşı Viktor Xmari və ailə üzvlərini əhatə edib. Siyahıda həmçinin "Nord Stream AG"nin sabiq direktoru Matthias Warnig, "Rusnano"nun keçmiş rəhbəri Anatoli Çubays, tanınmış dirijor Valeri Qerqiyev, gimnastika üzrə keçmiş məşqçi İrina Viner, və "AFK Sistema"nın qurucusu Vladimir Yevtuşenkov da var.
Sanksiyalara məruz qalanlar arasında Boris Yeltsinin qızı Tatyana Yumaşeva və onun həyat yoldaşı, Putinin sabiq müşaviri Valentin Yumaşev, eləcə də Sankt-Peterburq Mədən Universitetinin rektoru Vladimir Litvinenko və "Elseti" şirkətinin rəhbəri Samvel Karapetyan da yer alır.
Yeni idxal-ixrac məhdudiyyətləri kömür, metal və digər strateji malları, eləcə də ikili təyinatlı texnologiyaları əhatə edir.
Eyni gün Böyük Britaniya da Rusiyaya qarşı əlavə sanksiyalar elan edib. Sanksiya siyahısında Rusiya Müdafiə Nazirliyinin Dərin Dəniz Tədqiqatları Müdirliyi və bəzi Britaniya yurisdiksiyasında qeydiyyatdan keçmiş şirkətlər də yer alıb.
Rusiya səfirliyi bu addımların "ölkə iqtisadiyyatına və siyasətinə təsir göstərmədiyini" və "əksinə, Qərb dövlətlərinin özlərinə ziyan vurduğunu" bildirib.
Fidan Son.az
Prezident İlham Əliyev Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasını
Bakıda "Bolt" taksi şirkətinə məxsus "BYD" markalı avt
Elektron Təhlükəsizlik Xidməti tərəfindən aparılan monitorinqlər zaman
İyunun 18-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəh
MOSSAD casusları son üç ildir İranda əsasən yük avtomobili sürücü ki
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Silahlı Qüvvələrin Ko
İran Prezidenti Məsud Pezeşkian hökumət rəsmiləri ilə müşavirə keçir
Bakının Binəqədi rayonunda istismara yararsız binalar söküləcək. Artıq
Türkiyəli məşhur aktyor Burak Özçivit avtomobil həvəsi ilə yenidən gü
Azərbaycanda kazino oyunlarının yalnız süni torpaq sahələrində təşkil
"Ötənilki keçid balı ilə müqayisədə bu il III qrupda bəzi ixtisasl
İran dövlət televiziyası mesajlaşma proqramının İsrailə göndərmək ü
Bolqarıstan və Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, İrandakı vəziyyətlə ba
