Prezident MəhkəməHüquq Şurasının 20 illiyinə həsr olunmuş konfransın iştirakçılarına müraciət ünvanlayıb


Siyasət 18 İyn 2025 16:04:00 58 0

Prezident MəhkəməHüquq Şurasının 20 illiyinə həsr olunmuş konfransın iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunmuş "Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

"Hörmətli konfrans iştirakçıları,

Sizi Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illik yubileyinə həsr olunmuş "Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar" mövzusunda beynəlxalq konfransın öz işinə başlaması münasibətilə salamlayır, hər birinizə ən xoş arzularımı yetirirəm.

2025-ci il Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan edilmişdir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin birbaşa rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğunun bünövrəsini qoymaqla, insan hüquqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi təsbit etmişdir.

İnsan hüquqlarının müdafiəsinin ən mühüm vasitələrindən biri olan müstəqil məhkəmə sisteminin yaradılması və inkişaf etdirilməsi dövlət siyasətimizin daim diqqət mərkəzindədir.

Hüquq islahatları çərçivəsində 2005-ci ildə məhkəmə hakimiyyətinin özünüidarəetmə orqanı qismində təsis edilmiş Məhkəmə-Hüquq Şurası fəaliyyət göstərdiyi 20 il ərzində hər kəsin məhkəməyə müraciət etmək imkanının genişləndirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılması, yüksək hüquqi biliklərə malik hakim korpusunun formalaşdırılması, məhkəmə fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində və digər mühüm istiqamətlərdə əhəmiyyətli irəliləyişə nail olmaqla, cəmiyyətin ədalət mühakiməsinə inamının möhkəmlənməsində xüsusi rol oynamışdır.

Eyni zamanda, ictimai münasibətlərin inkişafı, sürətlə artan rəqəmsallaşma və müasir dövrün digər tendensiyaları məhkəmə idarəçiliyi məsələlərinə yeni yanaşmaların tətbiqini zəruri edir.

Əminəm ki, bugünkü konfransda aparılacaq müzakirələr məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlara cavabların axtarılmasına, bununla da ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına öz töhfəsini verəcəkdir".


Xəbərə aid fotolar

"Qoç Ət"in qarşısında qəza  "Bolt" səkiyə çırpıldı  VİDEO like
  • 18 İyn 16:00  
Digərləri "Qoç Ət"in qarşısında qəza "Bolt" səkiyə çırpıldı VİDEO

Bakıda "Bolt" taksi şirkətinə məxsus "BYD" markalı avt

arrow Ətraflı
ETX adından saxta fişinq epoçtları göndərilir  XƏBƏRDARLIQ like
  • 18 İyn 15:48  
Digərləri ETX adından saxta fişinq epoçtları göndərilir XƏBƏRDARLIQ

Elektron Təhlükəsizlik Xidməti tərəfindən aparılan monitorinqlər zaman

arrow Ətraflı
“Təslim olmaq niyyətində deyilik” like
  • 18 İyn 15:45  
Dünya “Təslim olmaq niyyətində deyilik”

"İran möhkəm dayanacaq və təslim olmaq niyyətində deyil".

arrow Ətraflı
MOSSAD casusları İranda belə kamuflyaj olurlar like
  • 18 İyn 15:36  
Dünya MOSSAD casusları İranda belə kamuflyaj olurlar

MOSSAD casusları son üç ildir İranda əsasən yük avtomobili sürücü ki

arrow Ətraflı
Türkiyənin müdafiə naziri İranla sərhəddə... like
  • 18 İyn 15:24  
Digərləri Türkiyənin müdafiə naziri İranla sərhəddə...

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Silahlı Qüvvələrin Ko

arrow Ətraflı
Pezeşkian hökümət rəsmilərini təcili topladı  FOTO like
  • 18 İyn 15:12  
Dünya Pezeşkian hökümət rəsmilərini təcili topladı FOTO

İran Prezidenti Məsud Pezeşkian hökumət rəsmiləri ilə müşavirə keçir

arrow Ətraflı
Bu ərazilərdə evlər söküləcək like
  • 18 İyn 15:00  
Digərləri Bu ərazilərdə evlər söküləcək

Bakının Binəqədi rayonunda istismara yararsız binalar söküləcək. Artıq

arrow Ətraflı
Burak Özçivitin sərvət dəyərində yeni "Porsche"si  FOTO like
  • 18 İyn 14:48  
Şou-biznes Burak Özçivitin sərvət dəyərində yeni "Porsche"si FOTO

Türkiyəli məşhur aktyor Burak Özçivit avtomobil həvəsi ilə yenidən gü

arrow Ətraflı
Kazino oyunlarında bu şəxslər iştirak edə bilməz like
  • 18 İyn 14:42  
Digərləri Kazino oyunlarında bu şəxslər iştirak edə bilməz

Azərbaycanda kazino oyunlarının yalnız süni torpaq sahələrində təşkil

arrow Ətraflı
Bu qrupda keçid balları artacaq  Məleykə Abbaszadə like
  • 18 İyn 14:38  
Digərləri Bu qrupda keçid balları artacaq Məleykə Abbaszadə

"Ötənilki keçid balı ilə müqayisədə bu il III qrupda bəzi ixtisasl

arrow Ətraflı
İrandan təcili xəbərdarlıq: "Whatsappı silin!" like
  • 18 İyn 14:36  
Dünya İrandan təcili xəbərdarlıq: "Whatsappı silin!"

İran dövlət televiziyası mesajlaşma proqramının İsrailə göndərmək ü

arrow Ətraflı
"Ermənistanla Azərbaycan arasında yeni müharibə olmayacaq" like
  • 18 İyn 14:24  
Dünya "Ermənistanla Azərbaycan arasında yeni müharibə olmayacaq"

Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, İrandakı vəziyyətlə ba

arrow Ətraflı
Pakistan dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib like
  • 18 İyn 14:18  
Digərləri Pakistan dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari Azərbaycan Resp

arrow Ətraflı